Ceyhun Bayramov: Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin yaxın zamanda tamamlanması gözlənilir

 

Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri arasında yeganə ölkədir ki, Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sazişə malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş qarşılıqlı faydalı və bərabərhüquqlu formatda işlənib hazırlanır. Sazişin çox yaxın zamanda tamamlanması gözlənilir.

 

Azərbaycan.- 2022.- 1 aprel.- S.2.