Zbiqnev Rau: “ATƏT
Azərbaycanla Ermənistan arasında sülh prosesinə
töhfə verməyə hazırdır”
Polşanın Azərbaycanla
çox sağlam, güclü, ikitərəfli münasibətləri
var. Biz Azərbaycanla müxtəlif səviyyələrdə əməkdaşlığın
artırılması imkanları üzərində
çalışırıq. Bizim üçün ATƏT-in
etimadının artırılması və postmünaqişə
dövründə fəaliyyəti çox önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu
fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramovla görüşdən sonra keçirilən brifinqdə
Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə
olan sədri Zbiqnev Rau söyləyib.
O bildirib ki, ATƏT Azərbaycan ilə
Ermənistan arasında sülh prosesinə töhfə verməyə,
qarşılıqlı və dayanıqlı sazişə
kömək etməyə hazırdır. “Biz, həmçinin
humanitar məsələlər, itkinlərin taleyinin müəyyən
edilməsi, demarkasiya prosesinə də töhfə verməyə
hazırıq. Bizim bu sahədə böyük təcrübəmiz
var. Biz, eyni zamanda, Cənubi Qafqazda sülhün bərqərar
olmasını arzulayırıq. Əsas məqsədimiz
regionda uzunmüddətli sülhün və davamlı əmin-amanlığın
təmin edilməsidir”, - deyə ATƏT-in fəaliyyətdə
olan sədri diqqətə çatdırıb.
Azərbaycan.- 2022.- 1 aprel.- S.2.