Sahibə Qafarova: “1918-ci il mart
soyqırımı yalnız azərbaycanlılara qarşı
deyil, bütün bəşəriyyətə
qarşı qanlı cinayətdir”
Milli Məclisin sədri Sahibə Qafarova 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar özünün feysbuk səhifəsində paylaşım edib.
AZƏRTAC xəbər verir ki, S.Qafarova paylaşımında bildirib: “1918-ci il mart soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də Azərbaycan xalqı bu vəhşilikləri, etnik təmizləməni, terror və soyqırımı aktlarını unutmayacaq. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik.
Allah rəhmət
eləsin!”.
Azərbaycan.-
2022.- 1 aprel.- S.3.