Sosial şəbəkənin baltaçıları

 

İnsan övladı yaranandan odakomaya ehtiyac duyub!

Vəhşi heyvanlardansoyuqdan daldalanmaqdan ötrü mağaralara sığınıb, meşədən yığdığı quru ağac budaqları ilə od qalayıb, isinib, daha sonralar həmin odda özünə xörək də bişirib.

İnsanların sayı artdıqca təbii mağaralar azlıq edib, daha böyük tonqallar qalanmasına ehtiyac duyulub.

Baltanın kəşfi qədim insanların həyat təminatlarının yaxşılaşdırılmasında mühüm rol oynayıb.

Belə ki, əvvəlcə daş, daha sonra dəmir baltaların meydana gəlməsi insanların işini xeyli asanlaşdırmışdır.

Qəbilə halında ömür sürən insan dəstələri meşədən baltalarla ağac kəsir, özlərinə qazma şəklində və digər formada evlər tikir, istiliyə və oda ehtiyaclarını daha asanlıqla təmin edirdilər.

O zamandan balta insanların ən sevimli və etibarlı alətinə çevrilmişdir.

Bu güninsanlar baltanı əldən yerə qoymayıblar!

 

***

 

Tarixin müəyyən dönəmində “baltaçılar dəstəsi” də meydana gəldi.

Həmin baltaçılar meşədən ağaclar kəsir, ondan kömür hazırlayaraq, yaxud oduncaq kimi sataraq özlərinə çörəkpulu qazanırdılar.

Təbii qazın məişətimizə möhkəm daxil olması, habelə ekologiyanın, meşələrin qorunmasına diqqətin artırılması “baltaçılar dəstəsi”ni tarixin arxivinə göndərmiş oldu.

Bu gün isə yeni “baltaçılar dəstəsi” peyda olubçox fəal şəkildə “fəaliyyət” göstərir.

Əvvəlcə baltaçıların xüsusiyyətləri barədə bir vacib məqama diqqət çəkirik.

Briqada” şəklində çalışan baltaçılar çox olsalar da, işləmə qaydaları eynidir.

Yəni nə qədər ki, ağac öz yerində dik dayanıb (ayaq üstə) onu yıxmaq üçün bir, uzaqbaşı iki nəfər balta vurur!

Çünki bir dəstə adamın bir ağacı baltalamağı praktik cəhətdən mümkün deyil!

Əks halda bir-birlərinə xətər yetirərlər!

Amma ağac kəsilib yerə yıxılan kimi cəmi baltaçılar cumur onun üstünə!

Ağac boyu düzülərək kimi qol-budağını kəsir, kimi doğrayaraq hissələrə bölür!

Belə əlbir uğurlu səmərəli alınır!

 

***

 

Atom, informasiya, texnologiya, internet əsrinin baltaçıları isə bambaşqadır!

Əslində onlar baltaçı üslubunda çalışanyeni nəsil baltaçı”lardır!

Ən sevimli məşğuliyyətləri isə sosial şəbəkədə yetənə yetib, yetməyənə bir daş atmaq, kiminsə kiməsə iddiasına dəstək vermək, şərhlər formasında bilmədikləri məsələlər barədəekspertliketmək, adamlara şəbədələr qoşmaq, bu yolla özlərinin mövcudluqlarını gözə soxmaqdır!

Baltaçılar üçün fərqi yoxdur - yıxılan kimdir:

* ziyalıdır;

* alimdir:

* məmurdur:

* deputatdır:

* adamıdır:

* sənətkardır...

Təki tanınmış sima olsun!

Təki əlindən böyük ya balaca bir xəta çıxmış olsun!

Təki ayağı büdrəyərək ələ fürsət versin!

Dərhal tökülüşürlər həmin yıxılmışağacınüstünə:

Vur ki, vurasan!

Qır ki, qırasan!

Söy ki, söyəsən!

Döy ki, döyəsən!

Söz baltası iti , küt ola bilər!

Dəxli yoxdur, hamısı həvəslə döşəyəcək!

Axı ələ yeni fürsət düşüb!

Axı özünü göstərib sən tanına, fərqlənə bilərsən!

Ən əsası, bu vəziyyətdən istifadə edərək yenidən gündəmə gələ bilərsən!

Vacib deyil ki, haqlı olasan!

Vacib deyil ki, düz danışasan!

Vacib deyil ki, ədalət sənin dediyindədir!

Vacib deyil ki, şər, böhtan atırsan!

Vacib deyil ki, sənin yerə yıxılmış, yaxud büdrəmiş adam barədə söz söyləməyə mənəvi haqqın belə çatmır!

Əsas odur ki, baltaçılar arasında sən varsan!

Əsas odur ki, sənin baltan işləyir!

Əsas odur ki, heç zaman açıq deməyə kişiliyin çatmadığı sözü indi xora qoşularaq söyləyə bilirsən!

Bu “baltaçılarınnəzərində bir nəfər təmiz, düz-əməlli, əməlisaleh insan yoxdur!

* Əgər hədəf məmurdursa, deməli, rüşvətxor korrupsionerdir!

* Əgər hədəf deputatdırsa, deməli, “saxta yolla seçilib mandatını geri qaytarmalıdır!

* Əgər hədəf həkimdirsə, deməli, xəstələrin cibinə girəndir!

* Əgər hədəf alimdirsə, deməli, yazdığı dissertasiyalar saxtadır, plagiatdır!

* Əgər hədəf vəzifəli şəxsdirsə, deməli, birmənalı şəkildə nifrətə layiqdir, çünki insanlara həmişə pislik edir!

Xülasə, bu baltaçıların nəzərində hamı yaramazdır, hamı cəzaya layiqdir indi əməllərinin əvəzi verilməlidir!

 

***

 

Həyatda kimsə ya qəsdən, ya da təsadüfən cinayət törədə bilər...

Bir görürsən ki, iyləyib-çiyləyibtapırlarki, bu, filankəsin, məsələn, hansısa məmurun, deputatın, yaxud vəzifə sahibinin əmisinin xalası nəvəsidir s. i.a.

Cinayət törədən qalır bir yanda, tanınmış simanın adını belədən-belə hallandırırlar, belədən belə!

Heç gör dəxli var!

Biz sovet quruluşunu həmişə ona görə qınamışıq ki, atanıxalq düşməniçıxaran kimi, onun arvadını, uşaqlarını da türməyə salır, ya da sürgünə göndərirdilər!

Sonra yeddi arxa dönənini çarmıxa çəkirdilər ki, sənin filankəsin, yaxud bəhmənkəsin xalq düşməni olub!

İndi bu sovet ənənəsini dirçəltməyin, “qırmızı terrorunüsullarını yenidən tətbiq etməyin yeridirmi?!

Hərənin öz adı, öz əməli var!

Hər kəs törətdiyi əməlinə görə cavab verməlidir!

Daha buyapışdırmağa”, cinayətə zorlaşərikqoşmağa hacət?!

 

***

 

Sosial şəbəkə bir platformadır, bir söz meydanıdır!

Niyə bu məkanı qisas yerinə, “baltaçılarməskəninə çevirməliyik!

Bir-birinə xoş söz söyləmək, ad bayram günlərini təbrik etmək, uğurlardan xəbər tutub sevincini bölüşmək, çətinliklə qarşılaşana mənəvi dayaq durmaq daha məqbul insani yanaşma deyilmi?

* Niyə söz azadlığını söz azğınlığına çevirib kiməsə söz yarası vurmaqdan zövq almalıyıq?!

* Niyə insanların yaxşı tərəflərini, gördükləri xeyirxah işləri unudaraq ancaqpislikləriniyadda saxlamalı çətin günlərdə onlara qarşıbaltayaçevirməliyik?!

* Niyə yıxılanlara balta çalmaqdan bu qədər ləzzət alaraq, bir dəfə olsun özümüzü ədalətsizcəsinə hədəfə çevrilənlərin yerinə qoymuruq?!

* Niyə hamıda hər kəsdə pislik tapmağa kiməsə mənəvi zərbə vurmağa bu qədər hərisik?!

Axı vaxtsa özümüz yalan ya gerçəkdən həminbaltaçalanlarınəlinə düşə bilərik!

Bəlkə ədalətsiz hücumların naqisliyini özümüz hədəfə çevrilməmiş dərk edək?

Bəlkə azad sözdən xoş niyyətlə, qərəzsiz istifadəyə üstünlük verək?!

Onsuz da baltalamağa həmişə vaxt imkan var!

Onsuz da kifayət qədər baltaçılar var!

Bəlkə ədalətlilərin, xeyirxahların sırasına qoşularaq belələrinin sayını artıraq?!

Axı söz yarası çətin sağalan yaralardandır!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2022.- 1 aprel.- S.1; 4.