Maykl Terri: “ABŞ
minatəmizləmə prosesində Azərbaycana kömək
göstərir”
ABŞ minatəmizləmə
prosesində Azərbaycana kömək göstərir.
Bunu AZƏRTAC-ın bölgə
müxbirinə açıqlamasında martın 31-də
Ağdam rayonuna səfər edən ABŞ Dövlət
Departamentinin Hərbi işlər bürosunun Silahların ləğvi
və azaldılması üzrə Avropa ofisinin proqram meneceri
Maykl Terri deyib.
“Bir çox minalanmış ərazilərdə
olmuşam. Minalar insanların həyatı üçün
böyük təhlükədir. Ağdamda
gördüyümüz bu mənzərə,
dağıntılar insanda acı təəssürat
yaradır. Əlbəttə ki, bu ərazilər yenidən bərpa
olunacaq, insanlar öz evlərinə qayıdacaqlar.
Bütün bu işlərin təhlükəsiz şəkildə
görülməsində ANAMA-nın üzərinə
böyük məsuliyyət düşür. Təhlükəsizliyin
təmin olunması, ərazilərin minalardan təmizlənməsi
olduqca vacib elementdir”, - deyə Maykıl Terri bildirib.
Azərbaycan.- 2022.- 1 aprel.- S.4.