Bu gün aldadılmaqdan heç kimn incimir

 

1 Aprel - Ümumdünya Gülüş Günüdür

 

Bütün dünyada təkcə bu gün - aprelin 1-də yalandan, aldadılmaqdan incimirlər. Yalan bu gün xoş zarafata çevrilir, aldadılmaq təbəssümlə, gülüşlə qarşılanır.

Heç bir ölkənin təqvimində rəsmi bayram kimi yazılmasa da, dünyanın bir çox yerində 1 aprel gülüş günü olaraq qeyd edilir. Böyük BritaniyadaSəfehlər günü”, Fransada isəAprel balığı günüadlandırılan bu günün digər günlərdən fərqlənmə tarixinin çox qədim olması ilə bağlı mənbələrdə müxtəlif məlumatlar var.

Məlumata görə, 1 apreldə bir-birini aldatmaq adəti qədim Romada meydana gəlib. Təxminən 2000 il əvvəl Romada hazırkı gülüş gününə oxşar bayramlar keçirilib. Ağılsızların günüadlandırılan bu bayramın qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər cəsarətlənməsindən başladığı bildirilib. İmperator ona dediklərini həyata keçirmək imkanı yaradıb ilin bir günü Romanı zarafatcıl şəxsin idarə etməsi barədə xüsusi qərar verib. Həmin gün ölkənin hər yerində insanlar gülüb, zarafatlar ediblər.

Digər bir məlumatda bildirilir ki, qədim Romada 17 fevralAvamlar bayramıkimi qeyd edilib. Bu bayram Şərqi Hindistanda martın 31-nə təsadüf edib. Rəvayətə görə, belə qeyri-adi ənənəyə təbiətin özü səbəb olub. Belə ki, sərt keçən qışın ardınca gələn yaz havasının şıltaqlıqlarını zarafatlarla, gülüşlə qarşılamaq, özündə xoş ovqat yaratmaq üçün əhali bu günü seçib.

Bir başqa məlumatda bu bayramın yaranması tarixi Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqələndirilir. O vaxta qədər yeni il həftəsi martın 25-dən başlayaraq aprelin 1-də bitirdi. Təqvim dəyişsə , bəziləri yeni ili köhnə qaydalarla qarşılamaqda davam ediblər.

Bu günün tarixini Pasxa ilə əlaqələndirənlər olub. Bildirilib ki, aprelin 1-də müəyyən ölkələrdə Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi qeyd olunub. Yeni ilin ilk gününü insanlar şən zarafatlarla keçiriblər.

Bir məlumata əsasən, təqribən 5 əsrlik tarixi olan Gülüş Günü ilk dəfə Fransada qeyd olunub. Belə ki, qədim Fransada 1 aprel yeni ilin ilk günü sayılıb. Həmin gün insanlar bir-birlərini təbrik edib hədiyyə olaraq təzə balıq göndəriblər. Ancaq 1564-cü ildə Fransa kralı IX Çarlesin qərarı ilə yanvarın 1-i ilin başlanğıc günü elan edilib. Dövrün rabitə imkanlarının zəifliyi ucbatından kralın bu qərarını bütün ölkəyə yaymaq mümkün olmayıb. Digər tərəfdən, kralın qərarından hali olanlar da etirazla köhnə adətlərinə davam edib, yeni il şənliklərini 1 apreldə keçiriblər. Aprel balığı günü yaddan çıxmayıb. Beləliklə, həmin gün fransızların gülüş gününə çevrilib.

Beləcə, etirazçıların cəhdləri yavaş-yavaş unudulub uzun illər sonra yeni ilin yanvar ayından başlanmasına hər kəs adət edib. Amma istər-istəməz 1 apreli təqvimin adi günlərinin sırasına daxil etməyiblər. Həmin günü Gülüş Günü kimi qeyd ediblər. Zaman keçdikcə, bütün dünyada insanlar üçün 1 Aprel Ümumdünya Gülüş Günü olub.

Gülüş gününün tarixi Rusiyada I Pyotrun hakimiyyəti dövründən başlayıb. Aprelin 1-i səhəri Peterburqda çalınan yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı əhalini yerindən qaldırıb. Ancaq bu, zarafat idi. O vaxtdan Rusiyada 1 aprel zarafat günü kimi qəbul edilib.

Aprelin 1-i Almaniya Avstriyada xoşbəxt olmayan gün hesab edilirmiş. Belə deyirmişlər ki, həmin tarixdə doğulanların həyatda bəxti gətirməyib, çünki aprelin 1-də İsa Məsihi satan İuda anadan olub. Şeytanın göydən yerə endiyi gün saydıqları bu tarixdə kəndlərdə heç kəs işləməzmiş. Böyüklər , uşaqlar da bir-birilərini aldadır, yerinə yetirilməsi mümkünsüz tapşırıqların arxasınca göndərilərmiş.

Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də “İtaətsizlik bayramıkeçirildiyi barədə mənbələrdə məlumatlar əksini tapıb. Çünki aprelin 1-də deyilənlər yalnız zarafat kimi qəbul olunurdu. Həmçinin Zarafatlar kralı təyin edərək şənlənib, lətifələr danışıb, gülüblər. Qaydaya görə, bu gündə tanınmamaq üçün maska geyinirmişlər.

İllər ötdükcə digər ölkələrdə, eləcə Azərbaycanda 1 Aprel Gülüş Günü kimi qeyd olunmağa başlayıb. Bu ənənə bütün dünyada xoş ovqatla, sevinclə davam etdirilir. Adətən, hər ilin aprel ayında hər kəs hər an aldadıla biləcəyi üçün sərvaxt olmağa çalışır. Bütün diqqətini toplayır ki, o gün yalanı doğrudan ayıra bilsin. Amma çox zaman da buna nail ola bilmir. 1 aprel zarafatlarından qurtulmaq, həmin gün aldanmamaq mümkün olmur. 1 apreldə hamı çalışır ki, ətrafındakı insanların üzündə təbəssüm yaratsın. Bir həqiqət var ki, hətta zarafatcıl olmayanlar, ən ciddi adamlar da 1 aprel zarafatlarını, aldatmalarını xoş qarşılayırlar.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2022.- 1 aprel.- S.7.