“Hərbi vəzifə və hərbi
xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbayan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli
593 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 2, maddə 82; 2015, ¹ 2, maddə 138, ¹ 7, maddə 831, ¹ 11, maddə 1320; 2016, ¹ 6, maddə 1034, ¹ 10, maddə 1612; 2017, ¹ 12 (I kitab), maddələr 2282, 2294; 2018, ¹ 11, maddə 2258; 2019, ¹ 5, maddə 847; 2020, ¹ 7, maddə 878, ¹ 11, maddə 1349; 2021, ¹ 1, maddə 36) aşağıdakı dəyişikliklər edilsin:
1.1.5.4-cü bənddən “, 45.8-ci, 46.2-ci” sözləri çıxarılsın;
1.2. aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilsin:
“5.4-1. həmin Qanunun 45.8-ci və 46.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri və öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;”;
1.3. 5.12-ci bəndə “Nazirliyi” sözündən sonra “və öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 aprel 2022-ci il
Azərbaycan.- 2022.- 6 aprel.-
S.2.