Serbiya Respublikasının
Prezidenti Zati-aliləri
cənab Aleksandar Vuçiçə
Hörmətli cənab
Prezident,
Serbiya Respublikasının Prezidenti
vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə
Sizi ürəkdən
təbrik edirəm.
Bu gün
Azərbaycan-Serbiya əlaqələri
uğurla inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz
arasındakı ənənəvi
dostluq münasibətlərinin
daha da genişlənməsi,
strateji tərəfdaşlığımızın
və qarşılıqlı
faydalı əməkdaşlığımızın
möhkəmlənməsi yolunda
birgə səylərimizi
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqının rifahı naminə ali
fəaliyyətinizdə müvəffəqiyyətlər
arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 aprel
2022-ci il
Azərbaycan.- 2022.- 6 aprel.- S.2.