ADAU TV ölkəmizdə “Yutub” platformasının rəsmi
təsdiq nişanını
alan ilk universitet
kanalı olub
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Yutub” platformasında fəaliyyət
göstərən kanalı
rəsmi təsdiq nişanını alıb.
Azərbaycanda ali təhsil müəssisələri
arasında bu platformada rəsmi təsdiq nişanını
əldə edən
ilk universitet kanalı
olan ADAU TV 4 mindən çox abunəçi sayı ilə tələbə və müəllimlərin, həmçinin
kənd təsərrüfatı
mütəxəssislərinin, fermerlərin daha çox üz tutduqları kanaldır. Kanalın bazasında 1000-dən çox
onlayn dərs, fermerlər üçün
mütəxəssis məsləhətləri
və tanıtım materialları mövcuddur.
Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizdə
ilk tam Azərbaycan dilində
xidmət göstərən
“Yutub” məzmun idarəetmə sistemi olan Baku Cms Media şirkəti ilə bu platformada videoların lisenziyalaşdırılması
və məzmununun təhlükəsizliyi sahələrində
əməkdaşlıq edir.
S.ƏLİYEV
Azərbaycan.- 2022.- 6 aprel.- S.4.