Azərbaycanla Gürcüstanın
startapçıları və sahibkarları arasında əməkdaşlığın
genişləndirilməsi məsələləri müzakirə
olunub
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyində olub.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Rəşad Nəbiyev Agentliyin nəzdində fəaliyyət göstərən texnoparka baş çəkib, qurumun maddi-texniki bazası ilə tanış olub.
Agentliyin sədri Avtandil Kasradze agentliyin fəaliyyəti, həyata keçirdiyi layihələri və beynəlxalq əməkdaşlıq əlaqələri barədə nazirə ətraflı məlumat verib.
Görüşdə Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq çərçivəsində rəqəmsal texnologiyalar, innovasiyalar sahəsində gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, Gürcüstan startapçıları və sahibkarlarının regional layihələrdə iştirakının artırılması məsələləri müzakirə olunub.
Azərbaycan.- 2022.- 6 aprel.- S.4.