Zəfər diplomatiyası

 

İlham Əliyev Brüsseldə Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin etdi

 

Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçirildi.

Bu, Azərbaycanın Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyev və Ermənistanın baş naziri arasında keçirilən altıncı görüş idi.

 

Proseslər respublikamızın mənafelərinə uyğun cərəyan edir

 

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış və Ermənistanın məğlubiyyətinin hüquqi-siyasi təsdiqi olan Bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması məqsədilə Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə ilk görüş Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə 2021-ci il yanvarın 11-də Moskvada keçirilmişdi.

Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilən növbəti üçtərəfli görüşü vacib razılaşmaların əldə olunması ilə nəticələndi. Mühüm olan həm də odur ki, bu ilin yanvarında Moskvada keçirilən ilk görüşdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə də müzakirə olunan bütün məsələlərlə bağlı Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilən birgə görüşü bir daha respublikamızın öz milli maraq və mənafelərini qətiyyətlə təmin etdiyini göstərdi. Bu görüşün gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə siyasi sferada uğurla davam etdirən Azərbaycanın növbəti diplomatik nailiyyəti oldu.

Bundan bir gün sonra isə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə Prezident İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri arasında qeyri-formal görüş keçirilib.

Daha bir görüş isə videoformatda baş tutdu. Bu il fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş Vətən müharibəsindəki yeni reallıqlar fonunda bütün proseslərin respublikamızın maraqlarına uyğun cərəyan etdiyini göstərdi.

 

Avropa İttifaqı qalib Azərbaycanın yaratdığı yeni reallıqları bölüşür

 

Bütövlükdə indiyədək keçirilmiş bütün görüşlərin gündəliyinə çıxarılan müzakirə olunan məsələlər göstəir ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə inamla davam etdirir. Dünən Brüsseldə keçirilən görüş bunu bir daha təsdiq etdi. Əvvəlki görüşlərdə olduğu kimi, Prezident İlham Əliyev Brüsseldə növbəti dəfə Azərbaycanın maraq mənafelərini qətiyyətlə təmin etdi.

Xatırladaq ki, bu görüşdən bir gün əvvəl - aprelin 5-də Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. Antoni Blinken Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın yüksək önəm verdiyini bildirib. Prezident İlham Əliyev regionda sülhün sabitliyin təmin olunması, Ermənistan Azərbaycan arasında münasibətlərin normallaşdırılması sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini mövqeyini qeyd edib. Dövlətimizin başçısı humanitar məsələlərə toxunaraq, Birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş hesab olunan 3890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini diqqətə çatdırıb.

Budəfəki görüşdə Şurasının prezidenti tərəfindənDağlıq Qarabağ münaqişəsi”, “status” kimi ifadələrdən istifadə edilmədi. O cümlədən Minsk qrupunun da adı çəkilməyib. Bu da bir daha təsdiq etdi ki, status məsələsi tarixin arxivinə gömülüb Avropa İttifaqı da Azərbaycanın yaratdığı yeni reallıqları bölüşür.

Bütövlükdə bu görüş bir daha Zəfər diplomatiyasının təntənəsi oldu. Görünən həm odur ki, Avropa İttifaqı qalib Azərbaycanın regionda yaratdığı yeni reallıqları bölüşür.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 7 aprel.- S.1; 3.