Təkbətək görüş
İlham Əliyev
Şarl Mişelin sülh naminə səylərini yüksək
qiymətləndirir
Aprelin 6-da Brüsseldə işgüzar
səfərdə olan
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişel ilə təkbətək görüşü
keçirilib.
AZƏRTAC xəbər
verir ki, Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel dövlətimizin başçısı
İlham Əliyevi qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Görüşdə dövlətimizin başçısı
Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişelin Ermənistanla Azərbaycan
arasında postmünaqişə
dövründə münasibətlərin
normallaşması prosesinə
verdiyi töhfəsini
yüksək qiymətləndirdi
və ötən ilin dekabrında keçirilmiş üçtərəfli
görüşdə müəyyən
edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğuladı. Prezident İlham
Əliyev Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin
iştirakı ilə
bu gün keçiriləcək üçtərəfli
formatda görüşün
nəticəyönümlü olacağına ümidvarlığını
ifadə etdi.
Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişel bu çərçivədə
Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətini qeyd etdi. O, Azərbaycanın Avropanın
enerji təhlükəsizliyində
oynadığı rolu
yüksək qiymətləndirdi.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli
gündəliyə dair
məsələlər müzakirə
edildi və əməkdaşlığın müxtəlif istiqamətlər
üzrə dinamik şəkildə inkişaf
etdiyi qeyd olundu.
Söhbət əsnasında qarşılıqlı
maraq doğuran digər məsələlər,
o cümlədən regional təhlükəsizliyə dair
fikir mübadiləsi aparıldı.
Azərbaycan. - 2022.- 7 aprel.- S.2.