Milli Məclisin deputatları QDİƏT Parlament
Məclisinin komitə iclasında iştirak
ediblər
Aprelin 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin onlayn formatda 58-ci iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, videokonfransda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Ramin Məmmədov, QDİƏT PM-in Baş katibi Asəf Hacıyev və digər üzv ölkələrin parlamentariləri iştirak ediblər.
QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyevin moderatorluq etdiyi iclasda təşkilatın cari işləri və qarşıdakı tədbirləri barədə məlumat verilib, komitənin 57-cı iclasının protokolu təsdiqlənib, növbəti 59-cu iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.
Azərbaycan.- 2022.- 7 aprel.- S.2.