YAP Gənclər Birliyinin illik hesabat iclası keçirilib

 

Aprelin 6–da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin illik hesabat iclası keçirilib.

İclasda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iştirak edib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov təşkilatın 11.03.2021-11.03.2022-ci il ərzində fəaliyyətinə dair hesabatı təqdim edib. B.İslamov bildirib ki, Partiyanın VII Qurultayında qəbul olunmuş yeni Nizamnaməyə əsasən, YAP Gənclər Birliyi yenidən formalaşdırılıb. Onun sözlərinə görə, ötən bir il ərzində birlik üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Diqqətə çatdırılıb ki, hesabat dövründə YAP Gənclər Birliyinin altı iclası keçirilib, 80-dən çox tədbir layihə reallaşdırılıb, region gəncləri ilə görüşlər təşkil olunub. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətiləDavamlı İnkişaf Məktəbilayihəsi, 2021-ci ilin ölkəmizdəNizami Gəncəvi İlielan olunması ilə əlaqədar Ümumrespublika Xəmsə Festivalı, “Viki Klublayihəsi keçirilən tədbirlər sırasındadır. Bundan əlavə, 2 FevralAzərbaycan Gəncləri Günü münasibətilə Prezident İlham Əliyevin gənclərlə keçirdiyi görüşdə YAP Gənclər Birliyinin üzvləri iştirak ediblər. Hesabat dövründə 44 günlük Vətən müharibəsinə, Azərbaycan həqiqətlərinin Ermənistanın xalqımıza qarşı törətdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması işinə həsr olunmuş tədbirlər reallaşdırıb, bu yöndə sosial şəbəkələrdə fəal aparılıb.

YAP Gənclər Birliyinin beynəlxalq əlaqələrinin inkişaf etdiyini deyən B.İslamov hesabat dövründə Türkiyə, Qazaxıstan Ukraynaya baş tutmuş səfərlər haqqında da məlumat verib. O, birliyin fəaliyyətində Heydər Əliyev ideyalarının Prezident İlham Əliyevin siyasətinin təbliğ olunmasının əsas yer tutduğunu diqqətə çatdırıb. B.İslamov göstərilən dəstəyə görə partiya rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Cəbi Quliyev, birliyin üzvləri Ülviyyə Axundova, Nihad Allahyarlı YAP Mərkəzi Aparatının Gender siyasəti gənclərlə şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva çıxış edərək fikir təkliflərini bildiriblər.

İclasda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hesabat dövründə partiyanın Gənclər Birliyinin geniş əhatəli tədbirlər həyata keçirdiyini vurğulayıb. Azərbaycan gənclərinin intellektual potensiala sahib olduğunu deyən Tahir Budaqovun sözlərinə görə, YAP Gənclər Birliyi məhz bu amil əsasında formalaşdırılıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, artıq ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlayıb. Bu baxımdan, YAP qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirməlidir. Bu prosesdə partiyamızın gəncləri fəal iştirak etməlidir.

Azərbaycanda uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini deyən YAP Sədrinin müavini ölkəmizdə gəncliyin inkişafı üçün bütün imkanların yaradıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, YAP-ın gəncləri bundan sonra da Heydər Əliyev irsinin dərindən öyrənilməsi təbliği, Prezidentimizin siyasətinin fəal təbliğatı, milli maraqlarımızın, milli mənəvi dəyərlərimizin qorunması, vətənpərvərlik hisslərinin aşılanması işində, ölkəmizə qarşı yönəlmiş kampaniyalarla mübarizə çərçivəsində sosial şəbəkələrdə fəallığını daha da gücləndirməlidirlər. Qeyd olunub ki, bu il Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 ili tamam olur, eləcə ölkəmizdəŞuşa İlielan edilib. YAP Gənclər Birliyi bu əlamətdar hadisələrlə bağlı yeni təşəbbüslərlə çıxış etməlidir.

İclasda önəmli təkliflərin irəli sürüldüyünü deyən Tahir Budaqov bildirib ki, YAP Gənclər Birliyinin üzvləri partiya rəhbərliyinin etimadını doğrultmaq üçün fəaliyyətlərini daha da gücləndirməlidirlər. YAP Mərkəzi Aparatının rəhbəri qarşıda dayanan vəzifələrlə bağlı gənclərə tövsiyə tapşırıqlarını verib.

http://www.yap.org.az/upload/editorphotos/files/YAP%20GB%20-21-22%20HESABAT.pdf

 

Azərbaycan. - 2022.- 7 aprel.- S.3.