Bakıda “Run for Art” beynəlxalq fotomüsabiqəsinin finalçılarının sərgisi açılıb

 

Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Run for Art” beynəlxalq fotomüsabiqəsinin finalçılarının sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun Baş katibi Azər Əliyev, mədəniyyət naziri Anar Kərimov, gənclər idman naziri Fərid Qayıbov İtaliya MOK-un vitse-prezidenti, “Culio OnestiFondunun İdarə Heyətinin üzvü, xizəksürmə üzrə keçmiş Olimpiya çempionu Klaudia Cordani iştirak ediblər.

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev “Run for Art” beynəlxalq fotomüsabiqəsinin münsiflər heyətinin üzvüdür.

Müsabiqə haqqında məlumat verən Klaudia Cordani bildirib ki, “Run For Art” gənc fotoqraflar üçünCulio OnestiFondu tərəfindən hazırlanmış beynəlxalq fotomüsabiqədir. Müsabiqənin məqsədi bədii forma olan fotonun yaradıcı enerjisini idmanın əzmini, yəni incəsənət idmanı birləşdirməkdir.

Müsabiqə 18-35 yaşarası, dünyanın istənilən ölkəsindən həvəskar peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Hər müsabiqə üçün 5 fərqli aspektə görə, fərqli mövzu təklif edilib. kateqoriyaların sayı simvolik olaraq 5 Olimpiya halqasını ifadə edir. Müsabiqənin final mərhələsinə daxil olan 5 kateqoriyanın hər birində, ümumilikdə 40 fotoşəkil üçün, idman yarışında olduğu kimi 8 finalçı seçilib. Fotoşəkillər incəsənət, idman medianı təmsil edən beynəlxalq münsiflər tərəfindən qiymətləndirilib.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Mədəniyyət Nazirliyinə tədbiri beynəlxalq səviyyədə təşkil etdiyi üçün təşəkkür edib. Azərbaycan Milli Olimpiya Komitəsinin 30 il bundan əvvəl yarandığını deyən Ç.Hüseynzadə bildirib ki, bu illər ərzində ölkəmizdə güclü olimpiya hərəkatı yaranıb: “Olimpiya tək idman deyil, həm idmanın təbliğatı deməkdir. Burada təhsil incəsənət xüsusi yer tutur”. O, müsabiqədə qalib gələn iştirakçıları təbrik edib: “Çox şadam ki, qaliblər arasında azərbaycanlı fotoqraflar da var. Sevinirəm ki, xarici ölkələri təmsil edən finalçılar uzaq məsafə qət edib mükafatlandırma mərasimində iştirak edirlər”.

Mədəniyyət naziri Anar Kərimov MOK-un 30 il ərzində çox uğurlu, şərəfli yol keçdiyini vurğulayıb. Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılması Ulu Öndərimizin adı ilə bağlıdır. Prezident İlham Əliyev bu prinsipləri davam etdirir. Komitənın səyləri nəticəsində idmançılarımız Azərbaycan bayrağını yüksəkliklərə qaldırıb Azərbaycanı idman ölkəsi kimi tanıdıblar.

Azərbaycan idmançılarının mötəbər idman tədbirlərində iştirak etdiyini deyən nazir bildirib ki, Komitənin fəaliyyəti nəticəsində idman növləri inkişaf etdirilib, idmançıların beynəlxalq yarışmalarda qazandığı qələbələr yeni nəsildə idmana maraq oyadıb.

İdmanla mədəniyyətin bir-birlərini tamamladığını söyləyən nazir deyib ki, idman ruhu möhkəmləndirir, mədəniyyət vasitəsilə mədəni ruh güclənir.

Sonra “Run for Art” beynəlxalq fotomüsabiqəsində qalib olan Tetsu Çi-Çinqli (Tayvan), Gökhan Taner (Türkiyə), Maks Danlap (ABŞ), Culia Kasu (Fransa), Ris Beyts (Avstraliya) Nəriman Babayev Bayram Musayevə (Azərbaycan) hədiyyə sertifikatlar təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Sərgi aprelin 16-dək Beynəlxalq Muğam Mərkəzində açıq olacaq.

 

Azərbaycan.- 2022.-7 aprel.- S. 4.