Şuşa mədəniyyət beşiyidir
TÜRKSOY-un Baş katibi: “Şuşanı yenidən qurub dirçəltməklə türk dəyərlərini bərpa etmiş olacağıq”
“Mən özüm iki dəfə Şuşada olmuşam, oranı gəzmişəm və oradakı gözəlliyə bələdəm. Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Eyni zamanda Şuşa insanlar üçün mədəniyyət qaynağıdır. Biz bu şəhərdə daha çox tədbirlər təşkil edəcəyik, çünki hər bir türkün ürəyində Şuşa sevgisi var”.
Bu fikirləri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) Baş katibi Sultan Rayev ifadə edib.
Şuşa
təəssüratlarını, işğal
dövründə orada yaranmış
acınacaqlı vəziyyət barədə fikirlərini
bölüşən Baş katib deyib: “Mən
axırıncı dəfə Şuşada
olanda orada çox görkəmli şəxsiyyətlərin
heykəllərini gördüm. Heykəllərin
bu cür vəziyyətə
salınmasını gördükdə çox
pis oldum. Ona görə də əvvəlcə biz şəhərin özünü
bərpa etməliyik. Əgər biz bu şəhəri yenidən qursaq,
eyni zamanda öz türklüyümüzü,
türk dəyərlərini bərpa etmiş olacağıq. Biz
Şuşanın bərpasına hərtərəfli kömək
göstərəcəyik və onun
inkişafını dəstəkləyəcəyik”.
Azərbaycan.- 2022.- 7 aprel- S.7.