İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla Brüsseldə keçirilmiş üçtərəfli görüşü müzakirə etdi
Aprelin 7-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğana zəng edib.
Telefon danışığı əsnasında
aprelin 6-da Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişelin təşəbbüsü
və iştirakı ilə Avropa İttifaqı, Azərbaycan
və Ermənistan arasında Brüsseldə
keçirilmiş üçtərəfli
görüş haqda söhbət aparıldı.
Prezident İlham Əliyev görüşün nəticələrini
müsbət qiymətləndirdiyini
bildirdi.
Dövlətimizin başçısı
Azərbaycanın təqdim
etdiyi baza prinsipləri, o cümlədən
ərazi bütövlüyünün
qarşılıqlı tanınması
və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqaviləsinin hazırlanması
üzrə Ermənistan
və Azərbaycan arasında işçi qrupunun yaradılması, həmçinin sərhədlərin
delimitasiyası üzrə
kommissiyanın təsis
edilməsi barədə
əldə olunmuş
qərarları qeyd etdi.
Prezident Rəcəb Tayyib Ərdoğan da öz növbəsində
əldə olunmuş
nəticələrdən məmnunluğunu
ifadə etdi.
Söhbət zamanı Ermənistan-Azərbaycan
arasında sülh müqaviləsinin imzalanmasının,
nəqliyyat-kommunikasiya xətlərinin
qurulmasının regionda
davamlı sülhün
və sabitliyin təmin olunmasına,
region ölkələrinin inkişafına
və firavanlığına
xidmət edəcəyi
vurğulandı.
Dövlət başçıları, həmçinin
Azərbaycan və Türkiyə arasında ikitərəfli müttəfiqlik
əlaqələrinin müxtəlif
aspektlərinə dair
fikir mübadiləsi apardılar.
Azərbaycan.- 2022.- 8 aprel.- S.1.