Vətən müharibəsinin daha
61 iştirakçısı polis
orqanlarında xidmətə qəbul olundu
Aprelin 7-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
Sıra baxışında kütləvi informasiya vasitələrində, o cümlədən Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində verilmiş elana uyğun olaraq nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 277 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 61 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.
Gənclər
qarşısında çıxış edən nazir Vilayət Eyvazov Azərbaycan
Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin ölkəmizin
hərtərəfli inkişafında, həmçinin Vətən
müharibəsində gənclərimizin böyük
rolu olduğunu,
ölkəmizin ümumi inkişafına
töhfə verdiklərini vurğulayıb. O, daxili
işlər orqanlarında xidmətə qəbul ediləcək
gənclərə fəaliyyətlərində uğurlar arzulayıb və tövsiyələrini
verib.
Azərbaycan.-
2022.- 8 aprel.- S.4.