“Efes-2022” təlimdə iştirak edəcək heyətin hazırlığı yoxlanılıb

 

Müdafiə nazirinin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov “Efes-2022” çoxmillətli təlimində iştirak edəcək hərbi qulluqçularım təminat təchizatı, eləcə şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kontr-admiral S.Bəkirov, həmçinin ölkəmizi təlimdə təmsil edəcək heyətlə görüşərək onlara uğurlar arzulayıb.

Qeyd edək ki, “Efes-2022” çoxmillətli təlimin bu ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçirilməsi planlaşdırılır.

 

Azərbaycan.- 2020.- 8 aprel. S. 3.