İşğaldan azad edilmiş ərazilərdə işləmək üçün 28 ölkədən 226 layihə təqdim olunub

 

Kapital qoyuluşu iqtisadiyyatın dinamik inkişafında önəmli rol oynayan maliyyə vasitəsidir. Bu üzdən iqtisadiyyatın artan xətlə yüksəlməsi üçün investisiya qoyuluşu mütəmadi xarakter almalıdır. Azərbaycan iqtisadiyyatının bu günə qədərki inkişafında da məhz yerli xarici sərmayənin yatırılması önəmli rol oynayıb.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-fevral aylarında ölkənin iqtisadi sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 339,7 milyon manat vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,2 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,2 faiz artıb.

 

Hesabat dövründə qoyulan ümumi sərmayənin 25,4 faizi dövlət, 74,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. Yatırılan sərmayənin 60,9 faizindən tikinti-quraşdırma işlərində istifadə olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 58,2 faizini təşkil edib. Cari ilin ilk iki ayında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 61,1 faizi sənaye, 20,1 faizi tikinti, 11,8 faizi nəqliyyat anbar təsərrüfatı, qalan hissəsi iqtisadiyyatın müxtəlif sahələrinə sərf olunub.

 

Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində Tədris Xidmət Kompleksi, “Xanım Fatimeyi-Zəhraməscidinin yeni binası, “Qobuyarımstansiyası Qobu  Elektrik Stansiyası, Gəncə şəhərində Gəncə Dövlət Dram Teatrının yeni binası, Gəncə regional “Asan xidmətMərkəzi, Gəncə lokomotiv deposu, Ağcabədi rayonunda Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi şəhərciyi s. mühüm əhəmiyyətli obyektlərin tikintisi tamamlanaraq istifadəyə verilib.

 

Azərbaycandakı mövcud münbit investisiya mühiti həmişə xarici sahibkarları özünə cəlb edir. Ona görə ki, ölkəmizdə xarici sərmayələrin qorunması üçün mükəmməl qanunvericilik bazası yaradılıb. Bu üzdən dünya iqtisadiyyatındakı çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatına xarici kapital qoyuluşu davam edir. Hesabat dövrü ərzində xarici müəssisə təşkilatlar tərəfindən əsas kapitala 560,2 milyon manat vəsait yönəldilib. Xarici ölkələr beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 554,7 milyon manatı Birləşmiş Krallıq, ABŞ, Yaponiya, İsveçrə, Türkiyə, Norveç, Malayziya, Hindistan, Rusiya İran sərmayədarlarına məxsus olub.

 

44 günlük Vətən müharibəsində torpaqların işğaldan azad edilməsi ölkəmizə xarici sərmayə qoyuluşuna yeni imkanlar yaradır. Belə ki, bu ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün 28 ölkədən olan xarici şirkətlər dövlətimizə müraciət edib. Onlar tərəfindən Azərbaycan Kiçik Orta Biznesin İnkişafı Agentliyinə

 

(KOBİA) 226 layihə təqdim olunub. Bu müraciətlərdə Türkiyə, Rusiya, İsrail Qazaxıstandan olan sahibkarlar üstünlük təşkil edir.

 

Dövlət Şərqi Zəngəzur Qarabağ iqtisadi zonalarında yerli xarici sahibkarları bərpa-quruculuq işlərində dəstəkləmək üçün müxtəlif stimullaşdırıcı addımlar atır. Gələcəkdə burada çalışan sahibkarlar müxtəlif vergi rüsumlardan azad oluna bilər. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərində əsas maliyyə qaynağı dövlət vəsaiti olacaq. Ancaq bu ərazilərə iri məbləğdə xarici investisiya qoyuluşu həyata keçiriləcəyi heç kəsdə şübhə doğurmur. Ona görə ki, dövlət tərəfindən burada çalışan şirkətlərə hər cür dəstək verilir onlar da dövlətimizə inanaraq iri layihələrdə iştirak etmək barədə müraciət edirlər.

 

 

 

Rüstəm KAMAL,

Azərbaycan.- 2020.- 8 aprel. S. 5.