Ceyhun Bayramov və britaniyalı həmkarı Brüssel görüşünün
nəticələrini müzakirə ediblər
Aprelin
8-də xarici işlər naziri Ceyhun Bayramovun Böyük
Britaniyanın xarici işlər, Birlik ölkələri və
İnkişaf Ofisində Avropa məsələləri üzrə
dövlət naziri Ceyms Kleverli ilə telefon
danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər, bölgədəki son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və bu xüsusda Brüssel görüşünün nəticələrini müzakirə ediblər.
Telefon
danışığı zamanı, həmçinin
qarşılıqlı maraq doğuran digər məsələlər
üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2022.- 9 aprel.- S.3.