Azərbaycanın
və Rusiyanın XİN rəhbərlərinin telefon
danışığı olub
Aprelin
8-də Azərbaycan Respublikası xarici işlər naziri
Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər
naziri Sergey Lavrov arasında telefon danışığı
baş tutub.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki, tərəflər bölgədə
mövcud olan hazırkı vəziyyəti, üçtərəfli
bəyanatların icrası ilə bağlı məsələləri
müzakirə ediblər.
Nazirlər
ikitərəfli əməkdaşlıq gündəliyinin
aktual məsələləri üzrə geniş fikir
mübadiləsi aparıblar.
Telefon
danışığı zamanı, həmçinin Ukraynada və
ətrafındakı vəziyyət, habelə
qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə edilib.
Azərbaycan.-2022.- 9 aprel.- S.3.