Azərbaycanın
və Türkiyənin xarici işlər nazirləri telefonla
danışıblar
Aprelin
8-də Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının
xarici işlər naziri Mövlud Çavuşoğlu
arasında telefon danışığı olub.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, nazirlər bölgədə
mövcud olan son vəziyyət, o cümlədən
üçtərəfli bəyanatların icrası üzrə
fikir mübadiləsi aparıblar.
Tərəflər
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin
normallaşması məsələləri və bu xüsusda,
Brüsseldə keçirilmiş yüksək səviyyəli
görüşü müzakirə ediblər.
Telefon
danışığı zamanı, həmçinin Ukraynada və
onun ətrafındakı vəziyyət, çoxtərəfli
platformalarda əməkdaşlıq və
qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə mövzusu təşkil edib.
Azərbaycan.-2022.- 9 aprel.- S.3.