Macarıstan
Azərbaycanla əlaqələrin inkişafına xüsusi
önəm verir
Ötən
30 illik dövrdə Azərbaycan-Macarıstan əlaqələri
iki ölkənin dövlət başçılarının
siyasi iradəsi və səyləri nəticəsində
inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlib. İki ölkə arasında imzalanan
ümumilikdə 50 sənəd əməkdaşlıq sahələrinin
mütəmadi genişlənməsinə imkan verib.
AZƏRTAC
xəbər verir ki, bunu əmək və əhalinin sosial
müdafiəsi naziri, Azərbaycan və Macarıstan Hökumətləri
arasında iqtisadi əməkdaşlıq üzrə birgə
Komissiyanın Azərbaycan tərəfindən həmsədri
Sahil Babayev iki ölkə arasında diplomatik əlaqələrin
qurulmasının 30 illiyi ilə əlaqədar Beynəlxalq
Muğam Mərkəzində təşkil olunan tədbirdə
bildirib.
Nazir
Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsində
müsbət dinamikanı, iqtisadi münasibətlərin
inkişafında Birgə Hökumətlərarası
Komissiyanın xüsusi rolunu qeyd edib. 2005-2021-ci illərdə
Bakı və Budapeştdə 10-dan çox biznes- forum,
işgüzar görüş və digər tədbirlərin,
həmçinin bu ilin fevral ayında Bakıda Birgə Komissiyanın
8-ci iclası və biznes- forumun keçirildiyini, 2019-cu ildə
Budapeştdə Azərbaycan Evinin
açıldığını bildirib.
S.Babayev
erməni işğalından azad edilmiş ərazilərimizdə
aparılan quruculuq işlərinə macar şirkətlərinin
də qoşulmaq istəyinin məmnunluq doğurduğunu
deyib. Macar biznes dairələrinin Ələt Azad İqtisadi
Zonasında reallaşacaq layihələrdə iştirak etməkdə
maraqlı ola biləcəyini qeyd edib. Bildirib ki, elm və təhsil
sahəsində iki ölkənin əlaqələri də
sürətlə inkişaf edir.
Milli
Məclis sədrinin birinci müavini Əli Hüseynli Azərbaycan-Macarıstan
əlaqələrinin iki ölkənin parlamentləri
arasında da yüksək səviyyədə özünü
göstərdiyini vurğulayıb. O, qarşılıqlı
səfərlərin həyata keçirildiyini, parlamentlərin
komitələri arasında sıx əlaqələrin
olduğunu qeyd edib.
Macarıstanın
ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Viktor Szederkenyi ölkəsinin Azərbaycanla əlaqələrinin
inkişafına xüsusi önəm verdiyini, hazırda
strateji əməkdaşlıq səviyyəsində olan bu
münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə
ümidvar olduğunu vurğulayıb.
Tədbirin
sonunda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera
Orkestrinin müşayiəti ilə Azərbaycan və Avropa bəstəkarlarının
əsərlərindən ibarət konsert proqramı təqdim
olunub.
Azərbaycan.-2022.- 9 aprel.- S.4.