Pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə əhaliyə 1,6 milyard manatdan çox vəsait ödənilib

 

 

Cari ilin yanvar-mart aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.

 

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə 1 milyard 613 milyon manat vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 5,9 faiz ya 89,7 milyon manat çoxdur.

 

Qeyd edək ki, növbəti islahat paketi olaraq cari ilin əvvəlindən əmək haqqı, pensiya müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin edilib.

 

Bu artımlar üçün illik əlavə 2,1 milyard manat vəsait ayrılıb, artımların şamil olunduğu şəxslərin sayı isə 3,4 milyon nəfərdir.

 

 Azərbaycan.- 2020.- 8 aprel. S. 5.