Türkiyənin xeyriyyə təşkilatı Gəncədə aztəminatlı ailəyə mənzil hədiyyə etmişdir

 

 

Türkiyənin “Hər zaman, hər yerə yaxşılıq” devizi ilə fəaliyyət göstərən  İnsan Hak və Hürriyətləri İnsani Yardım Vakfı” xeyriyyə təşkilatı ötən il olduğu kimi, bu ilramazan ayında Gəncənin bir sıra aztəminatlı ailələri ilə görüşərək yardım paylamışdır.

Keçən ildən fərqli olaraq bu il təşkilat Gəncədəki aztəminatlı bir ailəyə mənzil də hədiyyə etmişdir. Bu günlərdə mənzilin açarları Solmaz Həsənovaya təqdim olunmuşdur.

Təşkilat yeni mənzildə ramazan ayı münasibətilə iftar süfrəsi də təşkil etmişdir. Ramazan süfrəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürkİnsan Hak və Hürriyətləri İnsani Yardın Vakfı”nin Orta AsiyaQafqaz üzrə koordinatoru Məhəmməd Həmzə Nədimoğlu və başqaları iştirak etmişlər. Niyazi Bayramov yeni mənzil münasibətilə ailə üzvlərini təbrik edərək onlara hədiyyə təqdim etmişdir. Solmaz Həsənova təşəkkürünü bildirmişdir.

 

 

S.ƏLİYEV,

Azərbaycan.-2022.- 9 aprel.- S.6.