Füzulidə Prezident
İlham Əliyevin uğurlu
xarici siyasəti mövzusunda
tədbir keçirilib
Füzuli rayonunda “Ölkəmizin beynəlxalq nüfuzunun artması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbir Füzuli Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə Horadiz şəhərində
yerləşən rayon təhsil şöbəsində
reallaşıb.
Toplantıda rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək, Prezident İlham Əliyevin uğurlu xarici siyasətindən və bu siyasətin ölkəmiz üçün müsbət nəticələrindən söz açıb. Ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasının Prezident İlham Əliyevin şəxsi nüfuzu, yorulmaz fəaliyyəti, yüksək intellekti sayəsində mümkün olduğunu diqqətə çatdıran natiq hazırda Azərbaycana olan müsbət maraqların daha da artdığını vurğulayıb.
Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev çıxışında ölkəmizin evsahibliyi etdiyi idman oyunlarının, müxtəlif tədbir və yarışların əslində dövlətimizin dünyada təbliği, Azərbaycana olan maraqların artması baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Yüksək liderlik qabiliyyətinə malik olan Prezident İlham Əliyevin ölkəmizin təhlükəsizliyinin təminatı baxımından olduqca düşünülmüş xarici siyasət yürütdüyünü vurğulayan natiq bu siyasi yolun bizi uğurlu sabahlara aparacağından əminliklə danışıb.
Sonda Prezident
İlham Əliyevin uğurlu
xarici siyasətindən bəhs edən videoçarx nümayiş
olunub.
Azərbaycan.-2022.- 9 aprel.- S.6.