TAP

 

Kəmərin genişləndirilməsi günün müzakirə mövzusudur

 

Avropanın mavi yanacağa tələbatının çoxaldığı indiki dövrdə gündəmə gələn əsas məsələlərdən biriCənub qaz dəhlizi”nin genişləndirilməsidir. Bu baxımdan TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) ötürücülük qabiliyyətinin artırılması mühüm əhəmiyyət kəsb edir.

 

TAP “Cənub qaz dəhlizi”nin sonuncu seqmenti Azərbaycandan Avropa bazarlarına ildə 10 milyard kubmetr qaz tədarükünü həyata keçirən qovşaq layihəsidir. Boru kəməri 878 kilometr məsafə boyu uzanır. Xəttin 550 kilometri Yunanıstandan, 215 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizinin dibindən keçir 8 kilometrlik hissəsi İtaliya sahillərində quruya çıxır. Burada TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqli şəbəkəsinə qoşulur.

 

TAP-la kommersiya qaz nəqlinə 2020-ci ilin sonuncu günü başlanıb. Həmin vaxtdan bəri Azərbaycan qazı Yunanıstanın Kipoi bölgəsindəki stansiyadan Avropaya çatdırılır. Bu il mart ayının ortalarınadək ölkəmizdən Avropaya ümumilikdə 10 milyard kubmetr təbii qaz daxil olub. Hazırda TAP boru xətti ilə gündəlik olaraq 30 milyon kubmetrədək qaz nəql edilir.

 

Tələbat isə getdikcə artır. Bu daCənub qaz dəhlizi”ninqollar”la şaxələndirilməsini, həmçinin ayrılmaz hissəsi olan TAP-ın genişləndirilməsini gündəmə gətirir. Odur ki, indi TAP-ın genişləndirilməsi ən çox müzakirə edilən məsələlərdəndir. Bu mövzuya cari ayın əvvəlində İtaliyanın xarici işlər beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı keçirilən görüşlərdə toxunulub.Azərbaycan-İtaliya: “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə aparan yolkonfransında ikitərəfli enerji əməkdaşlığının möhkəmlənməsində TAP-ın rolu yüksək qiymətləndirilib. Avropadakı istehlakçıların mavi yanacağa tələbatının artması səbəbindən kəmərin genişləndirilməsi üzrə fəaliyyətə başlamağın vacibliyi qeyd edilib.

 

Mavi yanacaq tədarükünün əhəmiyyəti, böyük qaz resurslarının mövcudluğu, təbii qazın enerji keçidində mühüm rolu təchizat mənbələrinin şaxələndirilməsinə artan maraq TAP-ın genişləndirilməsinə imkan yaradır. Hazırkı artım tempinin davam edəcəyi təqdirdə bu ilin sonuna qədər İtaliyaya uzunmüddətli spot müqavilələr əsasında qaz ixracımızın 9,5 milyard kubmetrə çatacağı gözlənilir. TAP-ın genişləndirilməsi yalnız İtaliyanı deyil, Avropanın digər ölkələrini daha çox təbii qazla təmin edə bilər.

 

Sözügedən tədbirdə həmçinin TAP-ın genişləndirilməsi ilə 10 faiz həcmində hidrogen qarışığının nəqlinin mümkünlüyü qeyd olunub. Dənizdə külək enerjisindən istifadə ilə Avropayayaşıl enerjiyaşıl hidrogenixracının da gündəlikdə olduğu vurğulanıb.

 

TAP-ın potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. Hazırda TAP-ın genişləndirilməsi üzrə bazar araşdırması aparılır. İki mərhələdə aparılan bazar araşdırması ilə kəmər üç genişləndirmə ssenarisi təklif edir. Bunlardan biri məhdud (təqribən ildə 14,4 milyard kubmetr) genişləndirmədir. Qismən genişləndirmə (illik 17,1 milyard kubmetr) tam genişləndirmə (ildə təxminən 20 milyard kubmetr) digər iki ssenaridir.

 

TAP-ın çatdırdığı təbii qaz həcmləri Avropa İttifaqı üçün yeni, etibarlı, təhlükəsiz sərfəli enerji mənbəyi təmin edir. Bu kəmər Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edə bilər. Boru kəmərinin Yunanıstan ilə Albaniyadakı çıxışları İtaliya sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı yol açır. Layihə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə Avstriya kimi böyük Avropa bazarlarına çatdırılmasına böyük imkanlar yaradır.

 

Bu il yanvarın 12-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində cari ildə Azərbaycanda 45 milyard kubmetr qazın hasil olunmasının gözlənildiyini demişdir: “Bu, böyük həcmdir əlbəttə, bizə imkan verəcək ki, həm öz tələbatımızı ödəyək, eyni zamanda Avropa məkanına daha böyük həcmlə çıxa bilək. Məhz bizim bu layihəmiz eyni zamanda Avropa ölkələri arasındakı interkonnektorların, bağlantıların tikintisinə rəvac verdi indi orada bu sahədə işlər görülür. Beləliklə, fiziki olaraq, yəni infrastruktur nöqteyi-nəzərindən biz qazımızı başqa ölkələrə çatdıra bilərik, nəzərə alsaq ki, “Şahdəniz”in çox böyük potensialı var”.

 

 

 

Flora SADIQLI,

 

 Azərbaycan.- 2020.- 8 aprel. S. 5.