Sonun başlanğıcı

 

 

COVID-19 virusu hələ bəşəriyyəti ciddi şəkildə təhdid edən problem olaraq qalmaqdadır. Pandemiya ilə qlobal səviyyədə mübarizəyə rəğmən, infeksiyanın qarşısını tamamilə almaq mümkün olmayıb.

 

Hətta son günlər bəzi ölkələrdə yoluxmalarda kəskin artım qeydə alınıb. Vaksinasiya prosesi ümumən arzuolunan səviyyədə davam etsə , istənilən həlledici qələbəyə, deyəsən, hələ çox var. Mütəxəssislərin fikrincə, təbiətdə insanlar arasındakı virus sirkulyasiyası kollektiv immunitet tam formalaşanadək davam edəcək.

 

Dünya düzənini silkələyən gözəgörünməz düşmənlə hələlik ən effektiv mübarizə üsulu peyvəndləməni davam etdirmək, fiziki məsafə saxlamaq, qapalı məkanlarda tibbi maskadan istifadə,  karantin rejiminə gigiyenik qaydalara ciddi riayət etməkdir. Son iki il ərzində, yəni pandemiya dövründə müşahidə etdiyimiz xəstəliyin gedişatı, virusun mutasiyaları, yeni ştamların meydana çıxması hamını səbirli, ehtiyatlı olmağa vadar edir.

 

Gələk ölkəmizdə pandemiyanın mənzərəsinə nəticələrinə. Son dövrdə mənfi tendensiyanın müsbətlə əvəzlənməsi pandemiya ilə mübarizədə Azərbaycanın uğurlu dövlət siyasətinin təzahürüdür. Həyata keçirilən çevik səmərəli tədbirlər, vaxtında qəbul edilən qərarlar, tələb olunan müasir tibbi sənayenin formalaşdırılması, qısa müddətdə onlarla ixtisaslaşmış xəstəxananın yaradılması, yüksəkixtisaslı tibbi xidmətlərin təşkili yeri gəlmişkən, müxtəlif ölkələrdən təcrübəli mütəxəssislərin Azərbaycana gətirilməsi, müvafiq təbliğat işlərinin peşəkar səviyyədə təşkili, vətəndaşlarımızın mövcud vəziyyətə həssas münasibəti sayəsində COVID-19-la bağlı vəziyyəti ilk gündən nəzarət altında saxlamaq mümkün olub. Bu sırada bir çox dövlətlər üçün əlçatmaz olan bahalı ən müasir standartlara malik diaqnostik alətlərin, tibbi avadanlıq ləvazimatların, qoruyucu vasitələrin vaxtında ölkəmizə gətirilməsi xüsusi qeyd olunmalıdır. Paytaxt regionlarda xüsusi rejimli xəstəxanalar karantin zonaları yaradıldı. Ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu dezinfeksiya vasitələrinin istehsalı təşkil olundu. Bölgələr daxil olmaqla, modul tipli xəstəxanaların quraşdırılmasına başlandı. Azərbaycan dövlətinin pandemiyaya qarşı mübarizə istiqamətində atdığı mühüm addımlar sırasında böyük əhəmiyyət daşıyan bu xəstəxanalar koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmənin tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynadı. Bütün bunların həyata keçirilməsində, o cümlədən tibb müəssisələrinin vaksinlərlə təmin edilməsində, yüksək effektliyə malik test vasitələri bazasının yaradılmasında Prezident İlham Əliyevin müdrikliyi, iradəsi, Mehriban xanım Əliyevanın qayğısı həlledici rol oynadı.

 

Nəticə göz önündədir. Son  statistik nəticələr Azərbaycanda COVID 19-la bağlı vəziyyətin qənaətbəxş olduğunu söyləməyə əsas verir. Yoluxma ölüm faktları kəskin azalıb. İndi  pandemiya ilə əlaqədar epidemioloji vəziyyət tam nəzarət altındadır. Karantin rejiminin tədricən, mərhələli şəkildə yumşaldılması, dövlətimizin pandemiya ilə mübarizədə apardığı ehtiyatlı tədbirlər proqramı öz effektiv nəticələrini göstərir. Görülən əks-epidemik tədbirlərin səmərəliliyi nəticəsində pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb. Artıq bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verilib. Hazırda əsas məsələ əldə olunan bu müsbət dinamikanı qoruyub saxlamaqdır.

 

Görünən odur ki, koronavirusun sonuna yaxınlaşırıq. Bu mübarizədə sonun başlanğıcı mərhələsindəyik. Hazırda bir çox məhdudiyyətlər aradan qaldırılıb. Amma yumşalmalara gedilməsi pandemiyanın başa çatması anlamına gəlməməli arxayınlıq yaratmamalıdır.

 

 

 

Ülkər XASPOLADOVA,

 

Azərbaycan.- 2020.- 8 aprel. S. 6.