ƏZİZ ŞUŞA, BİZ
QAYITMIŞIQ!
Xəyanətlə verilən
Şuşa mərdliklə qaytarıldı, məhəbbətlə
qurulur
Şuşanın Azərbaycan tarixində
xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər
boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub,
yaradıb. Şuşa nəinki Azərbaycanın,
bütün Qafqazın incisidir.
İlham
ƏLİYEV
Şuşaya
daxil olan hər bir azərbaycanlı Müzəffər Ali
Baş Komandan İlham Əliyevin xalq arasında böyük
şöhrət qazanmış bu kəlamını
qeyri-ixtiyari olaraq pıçıldayır:
“Əziz Şuşa, biz qayıtmışıq!”
Sonra sinədolusu
nəfəs alır, gözdolusu ətrafa baxır!
Nə
gözəldir qalib xalq kimi yenidən doğma Şuşaya
qayıtmaq!
Nə
gözəldir qələbə sevincini, qələbə
qürurunu Şuşada da yaşamaq!
Nə
gözəldir Vətəninə, torpağına sahib
çıxmaq!
Nə
gözəldir Vətən uğrunda “uf” demədən
canını şəhid edən qəhrəman övladlara,
iğid əsgər və zabitlərə sahib olmaq, onlarla
qürur duymaq!
Nə
gözəldir İlham Əliyev kimi rəhbəri, Sərkərdəsi
olmaq!
Bax, onda
qalib xalqa çevrilirsən!
Bax, onda məğrur,
qürurlu millət sayılırsan!
Bax, onda
dünyada da tanınırsan və sevilirsən!
Bax, onda sənə
hörmətlə yanaşırlar, müharibə təcrübəndən
öyrənərək bəhrələnirlər!
Bütövlükdə
itirdiklərini döyüşərək geri qaytarmaqla Vətəninə,
torpağına yiyə durmuş olursan!
***
Əziz Şuşa, biz qayıtmışıq!
Növbəti
dəfə bu sözləri Milli Məclisin bir qrup deputatı
böyük sevinclə, fərəhlə, inamla söylədi!
Hamımızın
ən böyük arzusu idi ki, Milli Məclisin iclaslarından
birini azad Şuşada keçirək!
Bu arzumuza yaşıl işıq yandıranlar var
olsunlar.
Bizə
bu bəxtəvərliyi qismət etdilər...
Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu ilə
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitələrinin birgə iclasının
Şuşada keçirilməsinə qərar verildi!
Xəbəri
eşidəndə minnətdarlıq etməyə söz
tapmadıq!
Erməninin
saxta parlamenti və onun Şuşadakı yeni binası gorbagor
ediləndən sonra Azərbaycan Parlamentinin üzvlərinin
burada iclas keçirmələri düşmənə daha bir
zərbə sayılır!
Bəli,
Azərbaycan Respublikasının Milli Məclisi də
Şuşaya qayıtdı!
Orada ilk komitə iclasını keçirdi.
***
Böyük sevinc və həyəcanla yola düzəldik.
Bu gün
Azərbaycanda ümumilikdə 2 mənzərə var:
İşğal zonasına qədər müasir Azərbaycanın
görünüşü və işğal ərazilərinin
ürəkağrıdan mənzərəsi.
Bakıdan çıxıb ölkənin istənilən
bölgəsinə üz tutsan, hər yerdə geniş və
rahat yollar, yaraşıqlı, gözoxşayan evləri olan
abad yaşayış məntəqələri, əkin sahələri
və bağ-bağçalar görərsən.
İşğaldan azad olunmuş ərazilər isə
erməni vəhşiliyinin və vandallığının əlamətləri
olan dağıntı və xarabalıqlardır.
Ancaq bu
viran qoyulmuş yurd yerləri, qırılmış meşələr
və kimsəsiz torpaqlar bizim üçün daha çox
doğma və əzizdir!
Çünki
ata-baba torpaqlarımızdır!
Çünki
onları döyüşərək, qan tökərək geri
qaytarmışıq!
Çünki
onları şəhid verərək geri qaytarmışıq!
İşğal
ərazilərinin əsas simvolu Zəfər yoludur!
44
günlük Vətən müharibəsində qəhrəman
Azərbaycan döyüşçüsünün günlərlə
rəşadətlə irəlilədiyi, bütün təhlükələrə
sinə gərdiyi, nəhayət, əlbəyaxa
döyüşlə qədim Şuşamızı geri
qaytardığı cığır qısa müddətdə
dövlət başçımız cənab İlham Əliyevin
iradəsi ilə “Zəfər” adını daşıyan qələbə
yoluna çevrildi.
Bu gün
azad Qarabağın şah damarı Zəfər yolu
sayılır!
Artıq işğal ərazilərində
çoxsaylı yollar çəkilir, quruculuq, abadlıq
işləri aparılır, böyük qaydışa sürətli
hazırlıq işləri görülür.
Yolboyu əsasən
rast gəldiklərin torpaq, qum,
çınqıl, mişar daşı daşıyan
ağırtonnajlı yük maşınları, bir də
xüsusi geyimli inşaatçılar olur!
Daş, qum-çınqıl karxanaları, sement
zavodları dayanmadan işləyir.
Elektrik xətləri
hər elə-obaya işıq, nur daşıyır!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə xarabalıqların laləzarlığa çevrilməsi
üçün genişmiqyaslı nəhəng işlər
görülür.
***
Şuşanı
təkcə şuşalılar, qarabağlılar deyil,
bütün Azərbaycan xalqı ürəkdən sevir!
Hərə
öz sevgisini bir tərzdə, bir formada ifadə edir!
Mənim
təsəvvürümdə isə bu qədim şəhəri
Müzəffər Ali Baş Komandan İlham Əliyev qədər
sevən tapılmaz!
Mübaliğə
etmirəm!
Hamının
gördüyünü, bildiyini dilə gətirirəm!
Bir də
qısa müddətdə İlham Əliyevin etdiklərini
xatırladıram:
* Şuşa Müzəffər Ali Baş
Komandanın rəhbərliyi ilə qeyri-adi hücumla
alındı;
*
Döyüşlər vaxtı şəhərdə heç
bir dağıntıya yol verilmədi;
* Şuşa ilə bağlı xüsusi qanun qəbul
edilərək şəhərə fərqli status verildi;
* Heydər
Əliyev Fondunun xətti ilə tarixi abidələrin və
dini məbədlərin bərpasına başlanıldı;
* Şuşa Azərbaycanın mədəniyyət
paytaxtı elan edildi;
* 2022-ci il Azərbaycanda Şuşa ilinə
çevrildi;
*
Şuşada bir-birinin ardınca mədəniyyət, musiqi tədbirləri
keçirilməyə başladı!
*
Cıdır düzündə Novruz tonqalı qalandı;
* Azərbaycan-Türkiyə
qardaşlığını strateji müttəfiqliyə
çevirən Şuşa Bəyannaməsi
bu şəhərdə imzalandı!
*
Şuşadakı erməni vəhşiliyini və
vandallığını bütün dünyaya nümayiş
etdirmək üçün beynəlxalq KİV-lərin, QHT-lərin,
din xadimlərinin, bloqçuların, tanınmış
insanların buraya çoxsaylı səfərləri təşkil
edildi;
*
Şuşanın bərpasını və insanların
qayıdışını təmin etmək üçün
zəruri işlərin görülmə sürəti
artırıldı...
Bütün
bunların hamısını Prezident İlham Əliyev etdi!
Öz
düşüncəsi, öz iradəsi, öz təşəbbüsü
ilə!
Bununla həm
də doğma yurda, doğma Azərbaycana tükənməz
sevgisini bir daha büruzə verdi!
Həm də
bir daha Vətənin, xalqın sevgi və ehtiramını
qazandı!
***
Milli Məclisin budəfəki iclası qeyri-adi idi.
Ona görə yox ki, iki komitə birgə tədbir
keçirirdi.
Ona görə yox ki, iclas parlament binasında deyildi.
Bir neçə komitənin eyni vaxtda toplaşması və
iclasların birlikdə keçirilməsi təcrübəsi
dəfələrlə baş vermişdi.
Qeyri-adilik
onda idi ki, Milli Məclis komitələrinin birgə iclası
Şuşada keçirilirdi!
Müzəffər
Ali Baş Komandan İlham Əliyev tərəfindən
işğaldan azad edilmiş Şuşada!
Yeni
dövrünü, yeni həyatını yaşayan
Şuşada!
Dövlət
başçısı tərəfindən mədəniyyət
paytaxtı elan olunmuş Şuşada!
2023-cü
il üçün Türk
dünyasının mədəniyyət paytaxtı
seçilmiş Şuşada!
Həm də
Şuşa ilində!
Cənab
İlham Əliyev bu xoşbəxtliyi də bizə qismət
elədi!
Ermənilərin
Şuşada qondarma parlament yaradaraq qondarma qurumlarının
iclaslarını bu qədim Azərbaycan şəhərində
keçirmək istəklərini gözlərində qoydu!
Parlament
binalarını gorbagor etdi!
***
Bu sevinc,
bu qürur, bu minnətdarlıq duyğuları iclasın
gedişində aydın duyulurdu, deputatların əhvali-ruhiyyələrində
hiss olunurdu, danışan dillərdə səslənirdi!
Hər
çıxışda həyəcan qarışıq sevinc də
vardı!
Millət
vəkilləri Şuşa ilə
bağlı xatirələrini söyləyir, Şuşaya
olan məhəbbətlərini bölüşürdülər!
Hamı
burada özünü həm də şuşalı hiss edirdi!
Azərbaycan
Milli Məclisinin də qədim Şuşaya
qaydışının təsdiqi sayılan iki komitənin
birgə iclası daha bir maraqlı məqamla yadda qaldı:
İclasda
iştirak edən bütün deputatlar söz alıb ürəyini
boşaltdı!
Bu xoşbəxtliyi, Şuşada ilk parlament
iclasının iştirakçısı olmaq səadətini
onlara qismət edən Müzəffər Ali Baş Komandan
İlham Əliyevə dərin təşəkkür və
minnətdarlığını söylədi.
***
Erməni
yalan danışmaq üçün yaranıb!
Hiyləgərlik
üçün yaranıb!
Aldatmaq
üçün yaranıb!
Yaltaqlanmaq
üçün yaranıb!
Yarınmaq
üçün yaranıb!
Oğurlamaq
üçün yaranıb!
Dağıtmaq,
məhv etmək üçün yaranıb!
Bu xalq
döyüşməyə qadir deyil!
Bu xalq
sözünün sahibi deyil!
Bu xalq
müstəqil yaşamağa qadir deyil!
Bu xalq
müstəqil dövlət qurmağa qadir deyil!
Bu xalq
ağasız, sahibsiz mövcud olmağa qadir deyil!
Bu xalq
qurmağa, yaratmağa qadir deyil!
Torpaq
oğrusudur!
Mədəniyyət
oğrusudur!
Kilsə
oğrusudur!
Mətbəx
oğrusudur!
EYNİ
ZAMANDA:
* Yalan
tarix yazmaq ustasıdır!
* Dini məbədləri
saxtalaşdırmaq ustasıdır!
*
Özünə “qəhrəman keçmiş” uydurmaq
ustasıdır!
*
“Böyük Ermənistan” xülyasına qapılmaq
ustasıdır!
* “Məğlubedilməz
millət” mifi düzəltmək ustasıdır!
*
Bütövlükdə alçaq və şərəfsiz əməllər
ustasıdır!
Qədim
Azərbaycan torpaqlarında məskunlaşdığı iki əsrə
yaxın müddətdə bütün bunları dəfələrlə
nümayiş etdirib!
Deyilənlərin
şahidi olmaq üçün bu gün işğaldan azad
edilmiş Qarabağa və Şərqi Zəngəzura baş
çəkmək kifayətdir!
Ermənilər
bütün vəhşi mahiyyətlərini, rəzil silqətlərini
viran etdikləri bu ərazilərdə tam
çılpaqlığı ilə ortaya qoyublar...
Əsl sifətlərini, simalarını göstəriblər.
Goreşən olduqlarını isbat ediblər.
Başqalarının qoltuğuna qısılaraq
mütiliklərini və qorxaqlıqlarını sübuta
yetiriblər.
Güclünün qabağında kölə kimi, zəifin
qabağında təkəbbürlü
davrandıqlarını göstəriblər.
Bir
sözlə, əsl erməni olublar!
Su murdarlıq götürməz – demişlər.
Şuşa
urde kimi təmiz, saf və pakdır!
Doğrudur,
uzun müddət urder ləpirlilərin sinəsində gəzməsinə
dözdü…
Arxalı
köpəklər Şuşanın dağlarında çox
hürdülər…
Əsgər
payı yeməkdən peysərləri qat baglamış, sinələri
dəmir-dümürlə dolu “generallar” burada çox
lovğalandılar…
Erməni
“haxçıqları” poza verərək özlərini
nümayiş etdirdilər…
Sərxoş
dövlət başçıları yallı getdilər…
“Parlament
binası” tikərək iclas keçirmək fikrinə
düşdülər…
Hətta
bu qədim Azərbaycan şəhərinin adını belə
dəyişərək özününküləşdirməyə
çalışdılar…
Amma elə
ki, bu qala-şəhərin əsl sahibləri hünər və
qəhrəmanlıqla geriyə qayıtdılar, bax, həmin
anda əsl sifətləri, mahiyyətləri üzə
çıxdı!
Dabanlarına
tüpürərək tülkü kimi qaçdılar!
İndi
hürmək səsləri ara-sıra eşidilir!
Uzaqdan,
kiminsə arxasından!
Tezliklə
o səsləri də kəsəcəyik!
Bunu
özləri də yaxşı bilirlər!
Hazırda
işimiz çoxdur: Şuşanı bərpa edirik, yenidən
tikib qururuq.
Şuşaya
şöhrət gətirən şuşalıların
büstlərini geri qaytararaq yerinə qoymuşuq!
Ulu
Öndərimizdən yadiğar qalan Vaqifin məqbərəsini
yenidən bərpa edərək əvvəlki görkəminə
qaytarmışıq!
EYNİ ZAMANDA:
*
Dağıdılmış, yad nəfəs dəymiş və
yad yazılar yazılmış məscidləri təzələyib
bərpa edirik!
* Yeni
içməli su xətləri çəkirik!
*
Qurumuş bulaqlara həyat veririk!
*
Cıdır düzü də əvvəlki
növrağına qayıdıb...
* İndi
buradan “Qarabağ şikəstəsi”, muğam sədaları
ucalır...
* “Xarıbülbül” festivalı keçirilərək
Azərbaycanda yaşayan xalqların və bütün millətlərin
musiqisi, mədəniyyəti nümayiş etdirilir.
* Ənənəvi “Vaqif poeziyası” günləri
keçirilir.
Təzələnən,
saflaşan, əsl həyatına qayıdan Şuşa
yenidən dünyanın hər yerindən gələn
qonaqlarını sevinclə, fərəhlə qəbul edir!
***
Müstəqil dövlətimizin parlament tarixində
qeyri-adi iclaslar çox olub.
Onların bir qismi tarixə çevrilməklə bərabər,
biz deputatların da yaddaşında silinməz izlər
buraxıb.
Ulu
Öndərimizin iştirak etdiyi plenar iclaslar...
Möhtərəm
Prezident İlham Əliyevin iştirakı ilə keçirilən
iclaslar...
Dünyanın
görkəmli siyasi xadimlərinin iştirak etdikləri
iclaslar...
Milli Məclisin belə möhtəşəm komitə
iclasını isə kimsə xatırlamır.
Həm də
işğaldan azad olunmuş, Prezidentimiz tərəfindən mədəniyyət
paytaxtı elan edilmiş Şuşada!
Bu tarixi
iclasın iştirakçıları arasında olmaq da
böyük sevinc və xoşbəxtlik sayılır!
Bəli,
Azərbaycan xalqı sübut etdi ki, o, döyüşkən
və qəhrəman xalqdır!
Əsl sərkərdəsini
tapanda itirdiklərini geri qaytarmağı, qudurmuş
düşməni cəzalandırmağı, qisasını
almağı bacarır!
Sonra isə
yenidən tikib-quraraq xoşbəxt günlərini də geri
qaytarır!
***
“Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Müzəffər
Ali Baş Komandan
İlham Əliyevin bu vədi artıq böyük
sürətlə reallığa çevrilməkdədir.
Çünki
Müzəffər Ali Baş Komandanımız hər şeyi
vaxtında və özü bildiyi kimi edir!
İlham
Əliyev qüdrətli, müasir ordu yaratdı!
İlham
Əliyev bu ordunu ən yeni silahlarla, yeni strategiya və taktika
ilə təmin etdi!
İlham
Əliyev yeni gənclər nəsli - Qarabağı görməyən,
amma Qarabağ uğrunda hər an
döyüşməyə, lazım gələndə şəhid
getməyə hazır olan qəhrəmanlar nəsli tərbiyələndirdi.
Bu ordu, bu
gənclər, bu qəhrəmanlar Şuşanı yalın əllə
- keçilməz cığırlardan keçməklə,
yalçın qayalara dırmaşmaqla, əsgər
süngüsü və lapatkası ilə əlbəyaxa
döyüşməklə aldı!
İndi
isə yenə də İlham Əliyevin rəhbərliyi ilə
Şuşanı yenidən şəhərlər tacına,
Qafqazın incisinə çevirmək üçün ürəklə,
hünərlə çalışırlar!
***
Şuşanın
çox qəribə aurası var...
Buraya gələnlər
geri qayıtmağa heç zaman tələsmirlər!
Geri
dönəndə isə bir daha Şuşa
ilə yenidən görüşəcəkləri barədə
düşünürlər.
Biz də bu düşüncə ilə əziz, doğma Şuşanı tərk etdik!
I Qarabağ müharibəsində Şuşa xəyanətlə düşmənə verilmişdi.
Şəhərin rəhbəri və özünümüdafiə batalyonunun komandiri xaincəsinə qətlə yetirilmişdi.
AXC-nin xəyanətkar müdafiə naziri Şuşaya gedərək özünə yalançı “sui-qəsd” təşkil etdirmişdi, şəhərin müdafiəsini zəiflətmişdi.
Bütövlükdə Şuşanın müdafiəsi düzgün qurulmamışdı, imkanlar səfərbərliyə alınmamışdı.
Beləliklə, başsızlıq və səriştəsizlik nəticəsində qala-şəhər düşmən əlinə keçmişdi.
***
Vətən müharibəsində Şuşanın qəhrəman Azərbaycan döyüşçüləri tərəfindən geri qaytarılması özünün qeyri-adiliyi ilə dünya müharibələri tarixinə düşdü.
İndi isə qədim Şuşa Prezident İlham Əliyevin rəhbərliyi ilə xüsusi plan əsasında və məhəbbətlə, Heydər Əliyev Fondunun bir-birindən dəyərli layihələrinin gerçəkləşdirilməsi yolu ilə bərpa olunaraq abadlaşdırılır.
Bütün bunlar hər bir azərbaycanlıda haqlı qürur, minnətdarlıq və sevinc hissi doğurur!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2022.- 10 aprel.- S.4.