Tarixə yazılan 4 il
Müasir dünyamızın ən parlaq siyasi liderlərindən olan cənab İlham Əliyevin xalqımızın yekdil səsi ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən dörd il ötür.
2018-ciilin 11 aprelində xalqımız Prezident İlham Əliyevin şəxsində birdahasülhə, sabitliyə, inkişafa, tərəqqiyə, insanlarıntəhlükəsizhəyatına, cəmiyyətimizingələcəyinə səsverdi. Son onilliklərdə görülmüş işlər, ortaya qoyulan real əməllərin nəticələri ən yüksək səviyyədə və obyektiv qiymətləndirildi.
Bu seçki, bu parlaq qələbə bizi müasir tariximizdəki ən böyük nailiyyətə yetirən böyük bir yolun başlanğıcı idi. Qədirbilən Azərbaycan xalqı bu dəfə də öz müdrik seçimini etdi. Prezident İlham Əliyevə göstərilən mütləq etimadın illərdən bəri torpaqlarımızın azadlığı uğrunda aparılan fədakar mücadilənin son mərhələsini də tamamlamağa şərait yaradacağına, bizi tarixi zəfərimizə qovuşduracağına bütün qəlbi ilə inandı. Xalqımız öz inamında bu dəfə də yanılmadı.
Gələcəyə nikbin nəzərlərlə
“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. Azərbaycan Prezidenti İlham Əliyev seçkidəki qələbəsindən sonra 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki çıxışında belə demişdi. Aradan keçən illər bu kəlmələri real əməllərlə təsdiqlədi. Ölkə rəhbərinin milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə gətirib çıxardığı Azərbaycan daha da gücləndi. Ölkəmiz dörd il əvvəlkindən də qüdrətli oldu. Vətəndaşlarımızın maddi-rifah halı yüksəldi. Ölkə boyu həyata keçirilən infrastruktur layihələri ilə respublikamızın siması bir qədər də yeniləndi, müasirləşdi. Əvvəlki illərdə olduğu kimi, ötən dörd ildə də Azərbaycan böyük inkişaf yolu ilə irəlilədi. Ölkəmizdə tətbiq edilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf modeli üzrə yeni nailiyyətlərə imza atdı.
Azərbaycan dövlətinin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olan bu model ölkəmizin iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına zəmin yaratdı. Prezidentimizin yürütdüyü uğurlu, qətiyyətli siyasət, həyata keçirdiyi dövlət proqramları və makroiqtisadi layihələr ötən dörd ildə Azərbaycan iqtisadiyyatının yüksəlişinə güclü təkan verdi. Bu illərdə iqtisadiyyatımız daha da böyüdü, dövlətçiliyimizin əsasları möhkəmləndi.
Güclü iqtisadiyyat, müstəqil siyasət
“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”. Bu həqiqət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal dünyamızın reallıqlarına baxışında xüsusi yer tutur. İqtisadiyyatın davamlı şəkildə gücləndirilməsi zərurətindən çıxış edərək dövlət başçımız bu sahədə ardıcıl islahatların təşəbbüskarı kimi çıxış edir.
2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri zamanı xalqın İlham Əliyevə göstərdiyi etimad həm də bu uğurlara verilmiş səs, siyasi kursun davamına göstərilmiş etimad idi. Cənab İlham Əliyevin həmin seçkilərə qədər də Azərbaycana rəhbərlik etdiyi 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artmışdır.
Bu illərdə 1 958 400 yeni iş yeri açılmış, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilmişdir. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə endirilmişdir. 245 min nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur.
Azərbaycan Prezidenti ölkəmizdə azad sahibkarlığa, biznes fəaliyyətinə əlverişli şərait yaratmışdır.
Uğurlu enerji layihələri
Bu illərdə ölkə iqtisadiyyatının neft-qaz sektoru da əsaslı şəkildə inkişaf etmişdir. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri 2006-cı ildə istifadəyə verilmiş, ölkə böyük neft gəlirləri əldə etməyə başlamışdır. Bakı-Tbilisi-Ərzurum qaz kəməri isə Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub qaz dəhlizi”nin təməli qoyulmuş, 2018-ci ilin 29 may tarixində Bakıda “Cənub qaz dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olmuşdur. “Cənub qaz dəhlizi”nə yatırılan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulub.
Aparılan düzgün siyasət nəticəsində 2003-2018-ci illər ərzində Azərbaycan həmçinin elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Bu illərdə ölkəmizdə böyük infrastruktur layihələri reallaşdırılmışdır. Ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşmışdır. 30-dan çox elektrik stansiyası tikilmişdir. Həmçinin ölkənin sosial-iqtisadi inkişafı baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edən yol-nəqliyyat infrastrukturunda da sürətli inkişaf baş vermişdir. Təkcə 2003-2018-ci illərdə Azərbaycanda 15 min kilometr yeni yol çəkilişi təmin edilmişdir. Altısı beynəlxalq stasusa malik olmaqla yeddi aeroport tikilmişdir. Dəmir yolu infrastrukturu yenilənmişdir.
Bu illərdə su təchizatı ilə bağlı məsələlər də, demək olar ki, öz həllini tapmışdır. 2003-2018-ci illər Azərbaycanın möhtəşəm idman uğurları ilə də tarixə yazılmışdır. Azərbaycan idmançıları 15 il ərzində Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında parlaq qələbələr qazanmışlar.
Beynəlxalq aləmdə güclənən mövqelər
2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşmış və MDB məkanında liderliyini qoruyub saxlamışdır. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınmışdır. Həmçinin ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olmuşdur. Ölkə ərazisində internetin tətbiqi genişləndirilmişdir.
İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artmışdır. Azərbaycan bütün sahələrdə uğur hekayəsini əzmlə davam etdirir, müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla reaksiya verir. Yüksək texnologiyaların sürətli inkişafı, ölkəmizin dünyanın məhdud sayda üzvə malik kosmik klubuna daxil olması da bunun bariz göstəricilərindəndir.
Bu mənada xalqımızın 2018-ci ilin 11 aprel seçkisi zamanı nümayiş etdirdiyi mövqe tam məntiqli idi və qədirbilən xalqımızın qazanılan nailiyyətlərə ədalətli, obyektiv münasibətini göstərirdi. Bu inkişaf siyasəti 2018-ci ildən keçən müddət ərzində də uğurla davam etdirilməkdədir.
Bu dövrdə beynəlxalq müstəvidə də Azərbaycanın mövqeləri xeyli dərəcədə gücləndi. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, Avropa Şurası, ATƏT,
NATO və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsinə, bir çox məsələdə beynəlxalq aləmin dövlətimizin rəyinə böyük hörmətlə yanaşmasına münbit şərait yaratdı. Ötən 4 il bu istiqamətdə uğurlarımızın sırasını daha da genişləndirdi.
Bu gün bütün dünyada Azərbaycan Respublikası Prezidentinin mövqeyinə, irəli sürdüyü təşəbbüslərə xüsusi diqqət var. Beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin fikirlərinə, yanaşmalarına, qlobal proseslər haqqında rəylərinə həssaslıqla, rəğbətlə yanaşır. Çünki Azərbaycan Prezidentinin yürütdüyü mükahimələrin, proqnozların, irəli sürdüyü təkliflərin düzgünlüyünü zaman dəfələrlə sübuta yetirib.
İnsan
amili, yüksək rifah, milli maraqlar
Prezident İlham Əliyevin siyasətində insan amili hər
zaman xüsusi önəm kəsb edir. Azərbaycan Prezidentinin rəhbərliyi
ilə aparılan və gələcəyə
hesablanmış sosial-iqtisadi siyasət sosial dövlət olaraq ölkəmizdə nəzərdə tutulmuş
bütün layihələrin icrasını və
islahatların dövrün reallıqlarına uyğun olaraq dərinləşməsini
təmin edir. Azərbaycanın bu sahədə nüfuz
qazanmasında, yeni sosial və iqtisadi
çağırışların müzakirəsi
üçün ideal məkan kimi qəbul olunmasında dövlətimizin təkmil
sosial-iqtisadi islahatları, uğurlu siyasəti əsas rol
oynayır.
2003-2018-ci illər ərzində ölkəmizdə
maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən
çox artıb. Sosial infrastruktur inkişaf edib. 3100-dən çox məktəb və 640-dan
çox xəstəxana tikilib, yaxud təmir edilib. Bölgələrdə 43 olimpiya idman kompleksi
yaradılıb. Qeyd olunan rəqəmlər
onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir.
Ötən dörd il bu istiqamətdə əldə
edilmiş nailiyyətlərin sırasını genişləndirən
tarixi mərhələdir.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik
dövrü Azərbaycan Ordusunun da sürətli inkişaf
dövrüdür. Bu illərdə ordu quruculuğuna
xüsusi diqqət yetirilmiş, şəxsi heyətin
hazırlığı, döyüş ruhu, təchizat,
silah-sursat, texnika baxımından ordumuz dünyanın ən
güclü orduları sırasına daxil olmuşdur. 2016-cı ilin Aprel döyüşləri
bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə
əzmini göstərdi. Ədalətin bərpa
olunacağına ümidlərimizi artırdı. Həmin illər ərzində əldə olunmuş
iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində
Ermənistan bütün regional layihələrdən təcrid
olundu. Azərbaycan diplomatiyasının
uğurları sayəsində dünya münaqişə ilə
bağlı həqiqətləri daha aydın görməyə,
regionun əsas güc mərkəzi, lider dövləti olan Azərbaycana
münasibətdə daha rasional mövqe tutmağa
başladı. Azərbaycanın mədəniyyət
diplomatiyasının uğurlarında ölkəmizin Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və
ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın xidmətlərini də xüsusi
vurğulamalıyıq. Mehriban
xanımın təşəbbüskarı olduğu layihələr
sayəsində dünya Azərbaycanın mədəni dəyərlərini,
mənəvi dünyasını yenidən kəşf
etmiş, fərqli mədəniyyətlərin təmas məkanı,
multikulturalizm prinsiplərinə sadiq, zəngin tolerantlıq ənənələrinə
malik ölkə kimi Azərbaycanın mövqeləri daha da
möhkəmlənmişdir.
Sağlamlıq
naminə
Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi
dövrü səhiyyə sektorunda köklü islahatlarla əlamətdardər. Ölkəmizdə
səhiyyə sektorunun inkişafı ilə bağlı
görülən işlər dövlətin həyata
keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən
birini təşkil edir. Təbii ki, bu da dövlətimizin vətəndaş amilinə
verdyi dəyərdən irəli gəlir. İnsanların
sağlam, əmin-amanlıq şəraitində
yaşaması dövlətin siyasətində əsas yer
tutur. Atılan
addımlar, həyata
keçirilən məqsədyönlü siyasət bu sahəni
keyfiyyət və kəmiyyət göstəriciləri ilə
zənginləşdirir. Səhiyyə
sektoru artıq yeni mərhələdə inkişaf edir.
Səhiyyə
ilə bağlı mühüm dövlət
proqramlarının hazırlanaraq həyata keçirilməsi,
əhalinin sağlamlığının daha etibarlı şəkildə
qorunması, onların ən yüksək səviyyədə
tibbi xidmətlərlə təmin olunması bu istiqamətdə
həyata keçirilən siyasətin prioritetləridir. Səhiyyə
müəssisələrinin təmiri və bərpası, ən
müasir avadanlıqlarla təchizatı, vətəndaşların pulsuz dərman preparatları
ilə təmin olunması, müalicəsi, uşaqların
bütün növ tibbi xidmətlərlə əhatə
olunması islahatların əsasını təşkil edir.
Azərbaycan Prezidentinin fərmanları əsasında təsdiqlənərək
uğurla icra edilən regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramları çərçivəsində
bölgələrdə diaqnostika mərkəzlərinin tikilib
istifadəyə verilməsi də bu diqqət və
qayğıdan irəli gəlir. Cənab İlham Əliyevin bölgələrə səfərləri
çərçivəsində yeni səhiyyə ocaqları
istifadəyə verilir. Yeni tibb müəssisələrinin
təməli qoyulur. Regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə
keyfiyyətli şəkildə təmin olunması
üçün bütün növ müayinə və
müalicə prosesləri təşkil edilir. Regionlarda
ən mürəkkəb əməliyyatların həyata
keçirilməsinə imkanlar yaradılır.
Prezident İlham Əliyev digər sahələr kimi, səhiyyədə
də yüksəkixtisaslı kadrların yetişdirilməsinə
xüsusi önəm verir. Dünya səhiyyə elminin
uğurlu inkişafını insanların
sağlamlığına töhfə kimi dəyərləndirən
dövlət başçısı bildirir: “Biz
çalışmalıyıq ki, dünyada bu sahədə
gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq
olunsun. Biz buna hazır olmalıyıq. Yaradılan maddi-texniki baza, müasir avadanlıqlar
belə imkanları verir. Həkimlərin
peşəkarlığı, bilikləri artmalıdır.
Həkimlər daim öz fəaliyyətləri,
işləri ilə elə etməlidirlər ki, daha da bilikli
olsunlar. Elə edək ki, Azərbaycanda istənilən
ən ağır əməliyyat aparıla bilsin. Son illərdə
deyə bilərəm ki, biz buna nail ola
bilmişik. Çünki bu gün Azərbaycanda
ən ağır ürək-damar əməliyyatları, orqan
transplantasiyaları aparılır. Ancaq
sirr deyil ki, bəzi insanlar, xüsusilə imkanlı insanlar
müalicə üçün hələ də daha çox
xaricə üz tuturlar. Biz elə bir vəziyyət
yaratmalıyıq ki, buna ehtiyac olmasın. Azərbaycanda
ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq
olmalıdır. Mən əminəm ki,
birgə səylər, həm dövlət tərəfindən
aparılan siyasət, yeni tibb ocaqlarının
yaradılması, müasir avadanlığın
mövcudluğu və həm də həkimlərin peşəkarlığı,
təkmilləşməsi bizi bu məqsədə nail
olmağa gətirib çıxaracaqdır”.
Azərbaycan dövləti bu istiqamətdə
bütün mümkün addımları atır. Bir məqamı
da qeyd edək ki, beynəlxalq təşkilatlar, o cümlədən
Dünya Səhiyyə Təşkilatı Azərbaycanda həyata
keçirilən islahatları yüksək dəyərləndirir.
Kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə
lazımi səviyyədə nail olmağa əsas yaradır. Bütün dünyanı çənginə
almış koronavirus pandemiyası dövründə Azərbaycan
dövlətinin həyata keçirdiyi tədbirlər, ölkə
səhiyyəsinin bu qlobal bəlanı hazırlıqla
qarşılaması dövlət rəhbərimizin bu sahədə
gördüyü işlərin nəticəsi idi. Qısa müddətdə Azərbaycanda modul tipli xəstəxanalar
quruldu. Tibbi personal koronavirus xəstələrinin
müalicəsi üçün səfərbər edildi.
Xəstələrin bütün
qayğılarını dövlət öz üzərinə
götürdü. Bunun nəticəsində Azərbaycan
pandemiyadan ən az ziyan çəkən, ən
az insan itkisinə məruz qalan ölkələrdən oldu. Azərbaycanda vaksinləşmə prosesi də
vaxtında başlandı və qısa müddətdə
geniş insan kütləsini əhatə etdi. Bütün bunlar bir tərəfdən Azərbaycanın
sosial-iqtisadi imkanlarından irəli gəlir, digər tərəfdən
də dövlət rəhbərimizin vətəndaşlara
diqqət və qayğısının, beynəlxalq
nüfuzunun, hər addımı vaxtında ata bilmək
bacarığının göstəricisidir.
Azərbaycan Prezidentinin insan amilinə verdiyi yüksək
önəm, atılan hər addımda bu önəmin daha
qabarıq şəkildə özünü büruzə verməsi
təbii ki, hər kəsdən üzərinə düşən
vəzifəni yüksək səviyyədə yerinə yetirməyi
bir tələb kimi qarşıya qoyur. İnsanların
sağlamlığının keşiyində dayanmaq, onlara
yüksək xidmət göstərmək səhiyyə
işçilərinin borcudur. İyunun
17-sinin ölkəmizdə tibb işçilərinin peşə
bayramı günü kimi qeyd olunması dövlətimizin bu
sahədə çalışanların əməyinə
verdiyi ən böyük dəyərdir. Bu
diqqət və qayğı hər bir səhiyyə
işçisindən məsuliyyət tələb edir. Möhtərəm Prezident İlham
Əliyevin bu fikirləri insan amilinə dəyəri
bir daha təsdiqləyir: “İnsanların
sağlamlığı dövlətimiz üçün
prioritet məsələdir. Mənim bölgələrə
səfərlərim zamanı açılan xəstəxanalar,
su xətləri, ekologiya ilə bağlı digər tədbirlər
bir məqsədi güdür - Azərbaycanda insan
sağlamlığı qorunsun, keyfiyyətli müalicə
almaq üçün imkan, şərait olsun”.
Ölkəmizdə
icbari tibbi sığorta sisteminin tətbiqinə
başlanması, İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin (TƏBİB) yaradılması da
vətəndaşlarımıza tibbi xidmətin ən yüksək
səviyyədə təşkili və əhalinin
sağlamlığı məqsədlərinə xidmət
edir. Azərbaycanda bütün sahələrdə
aparılan islahatlar yaşayış standartlarını dəyişir,
bu kontekstdə səhiyyə xidmətinin keyfiyyətinə də
tələbat yüksəlir.
Məlumat üçün bildirmək istəyirəm
ki, icbari tibbi sığorta sisteminə keçilməsi “Tibbi
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda təsbit olunmuşdur. Ötən müddət
ərzində yeni sistemin tətbiq edilməsi ilə əlaqədar
çox ciddi islahatlar həyata keçirilmişdir. Hər şeydən əvvəl səhiyyə
infrastrukturunun köklü surətdə yeniləşdirilməsini
qeyd etmək yerinə düşər. Əhalinin
sağlamlıq göstəriciləri
yaxşılaşıb, uşaq ölümləri azalıb,
orta ömür uzanıb. Bütün
bunlar Prezident İlham Əliyevin xüsusi diqqət və
qayğısı sayəsində mümkün olub.
İcbari tibbi sığortaya keçidlə paralel
baş verən bir çox mütərəqqi yenilik,
inkişaf prosesləri Azərbaycanda səhiyyə xidmətinin
fəlsəfəsini dəyişir. Əhaliyə daha
keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsi
mümkün olur. Xidmətin keyfiyyəti
artırılır.
Səhiyyə elə bir sahədir ki, orada islahatlar
daimidir. Burada həyata keçirilən islahatlar
bütövlükdə Prezident İlham Əliyevin modernləşmə
və yeniləşmə siyasətinin tərkib hissəsi kimi
qəbul edilir. İnsanlar səhiyyə
islahatlarının daha ardıcıl surətdə davam etdiriləcəyinə
və müsbət nəticələr verəcəyinə
inanırlar.
Müstəqil
siyasət
Prezident
İlham Əliyev Azərbaycanın milli maraqlarına sadiq
qalaraq ötən dörd il ərzində
xarici aləmlə balanslaşdırma xəttini təmin
etmişdir. Azərbaycanın milli dövlətçilik
maraqlarının müdafiəsini uğurla həyata
keçirmişdir.
Bu dörd ilin və ondan əvvəlki dönəmin
müşahidələri göstərir ki, cənab İlham
Əliyevin xarici siyasət kursu üçün
çoxvektorluluq, çevik alyanslar strategiyası xarakterikdir. Bunlar sadəcə
bəyanat deyil, Azərbaycan Prezidentinin mükəmməl
diplomatik məharətlə, müdrik dövlət rəhbərinə
xas uzaqgörənliklə həyata keçirdiyi xarici siyasətin
sərgilədiyi real nümunələrdir. Bu siyasət əvvəlki illərdə olduğu
kimi, bu gün də Azərbaycanın uzunmüddətli,
dayanıqlı inkişafı üçün nəhəng
potensialı təmin edir. Müstəqil
xarici siyasətin həyata keçirilməsinə etibarlı
təminat verir. Ölkəmizin
işıqlı gələcəyinə zəmin yaradır.
Azərbaycan geosiyasi qruplaşmalardan heç birinə
qoşulmadan, çevik xəttə malik olmaqla bizə dost münasibəti
göstərən yaxın qonşularla, eləcə də
uzaq olan xarici ölkələrlə dostluq və əməkdaşlıq
münasibətlərini yüksək qiymətləndirir. Bu münasibətlərdən hər kəsin
faydalanmasına şərait yaradır.
Prezident
İlham Əliyev cəsarətli, milli mənafelərimizin
qorunmasına və ölkəmizin müstəqilliyinin
gücləndirilməsinə təminat verən uzaqgörən
siyasətinin nəticələrini pandemiya dövrünün
gərgin vaxtlarına təsadüf edən
çıxışlarının birində belə şərh
etmişdir: “Baxmayaraq ki, bölgədə yaranmış
böhranlı vəziyyət bizim iqtisadi maraqlarımıza
ziyan vurmuşdur, ancaq Azərbaycan dövləti və
xalqı bunu hiss etmədi. Yəni bu,
insanların gündəlik həyatında özünü
göstərmədi. Düzdür, Azərbaycanın
ixrac imkanları qısa müddət müəyyən dərəcədə
məhdudlaşdı, ancaq bizim çevik hərəkətlərimiz
və mövcud olan bütün infrastruktur layihələrimiz
və artıq güclü imkanlarımız yol verdi ki, biz bu vəziyyətdən minimum itkilərlə
çıxaq. Bu, bir daha onu göstərdi ki,
bizim həm güclü iqtisadi imkanlarımız var, həm
çox güclü siyasi sistem mövcuddur və həm də
Azərbaycanda dövlətçilik prinsipləri çox
möhkəmdir. Yəni hətta bizim ərazimizin,
hüdudlarımızın yaxınlığında
yaşanan böhranlı vəziyyət bizə təsir etmədi.
Bu, bir daha onu göstərir ki,
apardığımız siyasət düzgün siyasətdir və
biz yalnız və yalnız daxili resurslara istinad edərək,
ölkəmizi inkişaf etdiririk. Azərbaycanda
artıq çox güclü sənaye potensialı, çox
güclü infrastruktur yaradılıbdır. İqtisadiyyat şaxələndirilir və beləliklə,
istənilən böhranlı vəziyyət Azərbaycana az təsir
edir”.
Beləliklə, insan amili, xalqın rifahı və milli
maraqlar əvvəlki illərdə olduğu kimi, ötən
dörd ildə də yenə dövlət siyasətinin
strateji prioritetləri oldu və bunların hər biri üzrə
mühüm nailiyyətlər qazanıldı.
Milli birliyimizin gücü
2018-ci ilin prezident seçkisi maraqlı bir məqamı ilə də diqqəti çəkir. Dörd il əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə və onun şəxsində Azərbaycanın tarixi nailiyyətlərinə səs verməsi ölkəmizin siyasi həyatında da yeni bir səhifə açdı. Xalqın içindəki az sayda destruktiv qüvvələr, xaricdən maliyyələşərək bədxahlarımızın sifarişləri ilə ölkəmizin uğurlarına kölgə salmaq istəyən ziyanlı zümrələr tam iflasa uğradılar. Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi xalqın ölkəmizdəki bütün destruktiv və xain qüvvələrə yox deməsinin təzahürü oldu. 2018-ci ildə keçirilmiş seçkilərin nəticələri bir daha göstərdi ki, radikalizmə, destruktiv qüvvələrə Azərbaycan siyasi səhnəsində yer yoxdur və heç zaman da olmayacaq. Xalq Azərbaycanın son onilliklərdəki tarixi uğurlarının rəhni olan islahatlar yolu ilə inkişaf xəttini alternativsiz saydığını, bu yola inandığını, güvəndiyini sərgilədi. Xarici qrantlar, ianələr hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən ünsürlərə xalqımız bir daha öz yerlərini göstərdi.
Bu seçkilərlə Azərbaycan xalqı ölkəmizdə aparılan demokratik islahatlara səs verdi. Demokratik institutların inkişafı ilə bağlı siyasətin davamlı olması arzusunu ifadə etdi. Cəmiyyətimizdə artıq qaragüruh düşüncəyə yer olmadığı, dövlət müstəqilliyimiz sayəsində öz taleyinin sahibinə çevrilmiş ölkəmizdə siyasi mədəniyyət səviyyəsinin xeyli dərəcədə yüksəldiyi də təsdiqini tapdı.
Bu da Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına yüksək sadiqlik göstərən Azərbaycan Prezidenti İlham Əliyevin xalqı milli strateji hədəflər ətrafında birləşdirmək əzminin qüdrətidir. Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik illərində gündəmə gətirdiyi azərbaycançılıq məfkurəsi bu gün cəmiyyətimizdə tam bərqərar olub. Vətən müharibəsindəki tarixi qələbəmizi də ordumuzun qüdrəti, milli birliyimizin gücü ilə qazandıq.
Əhliman
ƏMİRASLANOV,
Milli Məclisin Səhiyyə
komitəsinin sədri, akademik
Azərbaycan.-2022.- 10 aprel.- S.5.