Regionun lideri

 

İlham Əliyevin təşəbbüsləri Azərbaycanı Cənubi Qafqazın tranzit logistik mərkəzinə çevirib

 

Azərbaycanı regionun lider dövləti edən amillər sırasında son dövrlərdə həyata keçirilmiş nəqliyyat layihələrinin özünəməxsus yeri var.

 

Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində avtomobil dəmir yolları şəbəkələrinin yenidən qurulması,  Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi respublikamızın tranzit imkanlarını daha da artırıb. Xüsusilə qeyd edilməlidir ki, qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə mövqelərinin möhkəmlənməsi strateji əhəmiyyət daşıyır.

 

Torpaqlarımızın azad edilməsi qarşıya qoyulan vəzifələri yeniləyib

 

Artıq Azərbaycan özünü təkcə neft qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı logistika mərkəzi kimi dünyaya təqdim edir. Görünən odur ki, ölkəmizdə güclü nəqliyyat-logistika infrastrukturunun formalaşdırılması istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr uğurla reallaşdırılır. Bu gün respublikamız həyata keçirdiyi layihələrin sayəsində digər nəqliyyat dəhlizləri ilə müqayisədə yüklərin Azərbaycan ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verib, daha əlverişli şərtlərlə yüklərin qısa müddətdə, təhlükəsiz vaxtında çatdırılmasına, həmçinin tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradıb.

 

Bunun nəticəsidir ki, ildən-ilə Azərbaycan ərazisindən tranzit yükdaşımaçılığı artmaqdadır. Beynəlxalq yüklərin daşınmasının çoxalması  ölkəmizdə tranzit imkanlarının artırılması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsindən xəbər verir. Çin Xalq Respublikası da bu ölkənin rəhbəri Si Cinpin tərəfindən irəli sürülmüşBir kəmər, bir yoltəşəbbüsündə Azərbaycanın tranzit imkanlarını yüksək qiymətləndirir. Bu təşəbbüsə bir neçə istiqamət daxildir ki, onlardan biri Çindən başlayıb Mərkəzi Asiya ölkələrindən, Azərbaycan, Gürcüstan Türkiyədən keçməklə Cənubi Avropaya uzanır. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri Çində böyük maraqla qarşılanır təqdir olunur.

 

Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanda tranzit logistika sahəsində qarşıya qoyulan vəzifələri yeniləyib.  Qarabağın Şərqi Zəngəzurun bərpası ilə bağlı həyata keçirilən layihələr bu ərazilərin nəqliyyat infrastrukturunun bərpası ilə yanaşı, onların beynəlxalq tranzit baxımından potensialından istifadəsini nəzərdə tutur. Məsələn,  hazırda icrası davam edən Əhmədbəyli - Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd yeni avtomobil yolu, Zəngilan Hava Limanı kimi layihələr həm respublikamızın beynəlxalq tranzitlə bağlı imkanlarını daha da artırır.

 

 Azərbaycan  Ermənistanı yeni layihədən kənarda  qoydu

 

Mart ayında Azərbacanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumunun imzalanması göstərdi ki, respublikamız indiyə qədər görülmüş işlərlə kifayətlənmir regionun əsas tranzit habı kimi mövqelərini daha da gücləndirmək üçün bütün imkanlardan səmərəli yararlanır.

 

Xatırladaq ki, anlaşma memorandumu İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasını nəzərdə tutur. Daha dəqiq ifadə etsək, bu tarixi sənədin məqsədi respublikamızın əsas hissəsi ilə Naxçıvan arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə rabitə enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.

 

Sənədə əsasən Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, o cümlədən rabitə enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədindən cəmi 5 km aralı inşa olunacaq. Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə rabitə enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirəcək.

 

Vətən müharibəsindən sonra Ermənistanın iqtisadi böhrandan eyni zamanda iqtisadi blokadadan çıxa bilməsi üçün tarixi zəmin yaranmışdı. Azərbaycanın öz tarixi Zəfəri ilə bölgəyə gətirdiyi yeni reallıqlar Ermənistan üçün mühüm imkanlar açmışdı. Çünki Zəngəzur dəhlizinin yaradılması ilə onilliklər boyu işğal siyasətinin qurbanı olan bu ölkənin xarici aləmlə iqtisadi əlaqələri yaranacaqdı. Lakin ötən dövrün reallıqları göstərir ki, Ermənistan tərəfi yaranmış bu tarixi şansı da düzgün dəyərləndirməkdən uzaqdır.

 

İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması regionun strateji yeniliyidir. Təbii ki, bu layihədə, bu strateji yenilikdə Ermənistana yer yoxdur olmayacaq. Ermənistan rəhbərliyi elə düşünürdü ki, belə bir kommunikasiya yalnız onun ərazisindən onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı. Lakin Azərbaycan-İran dostluğu münasibətləri Ermənistanın bu planını alt-üst etdi. Daim Ermənistanı təcrid vəziyyətinə salan Azərbaycan  bu dəfə onu regionun yeni layihəsindən kənarda qoydu.

 

Azərbaycan qarşısına qoyduğu hədəflərə çatan dövlətdir. Nəqliyyat infrastrukturunda həyata keçirilən layihələr Asiya ilə Avropanın qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. İran ərazisindən keçməklə yaradılan yeni bağlantı isə respublikamızın mövqelərini daha da gücləndirəcək.

 

 

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2020.- 5 aprel. S. 1; 2.