Xilaskar LİDER
Müasir parlaq tariximiz məhz xalqımızın müstəqil, müdrik seçiminin məhsuludur. Arzuladığımız qüdrətli dövlətin vətəndaşlarıyıq. Bu möhtəşəm tarixi bizə yaşadan isə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevdir.
Ölkəyə rəhbərlik etdiyi son 19 ildə cənab İlham Əliyevin gördüyü fantastik işlər ona təkcə daxildə deyil, beynəlxalq aləmdə də böyük hörmət, nüfuz qazandırıb. Sadəliyi, səmimiliyi, milli təəssübkeşliyi, Azərbaycan sevgisi, vətəninə, xalqına sədaqəti, qətiyyəti, prinsipiallığı və ən nahayət, 30 illik həsrətimizə son qoyan Vətən müharibəsində Baş Sərkərdə kimi Qarabağı işğaldan azad etməsi ona ümumxalq sevgisi qazandırıb.
Dörd il öncə, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilməsi də məhz bu sevginin, inamın əyani təzahürü idi. Xalq növbəti dəfə cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edərək onu özünə rəhbər seçdi və bu günədək baş verən proseslər bu seçimin nə dərəcədə doğru olduğunu isbatladı.
Xalqın mütləq əksəriyyətinin seçimi
Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev seçicilərin 86,02 faizinin səsini qazanaraq Prezident seçildi. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verdi, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verdi. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşdü. Hər zaman sözü ilə əməli, işi bir olan dövlət başçısı aprelin 18-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı bəyan etdi ki, Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi üçün bütün imkanları səfərbər edəcək: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.
Ötən 4 il ərzində Azərbaycanın ictimai-siyasi həyatında olduqca böyük tarixi hadisələr baş verib, mühüm proseslər yaşanıb. Bu baxımdan son 4 ili Azərbaycan üçün böyük tarixi mərhələ kimi dəyərləndirmək olar.
Mütərəqqiislahatlar, yeniinkişafstrategiyasınınyolxəritəsi
Son 4 il Prezidentin özü üçün də, Azərbaycan xalqı üçün də böyük sınaq və uğur mərhələsi kimi də səciyyələndirilə bilər. Ötən 4 ildə cənab İlham Əliyevin uğurları, nailiyyətləri əsasən 4 mühüm mərhələdə reallaşıb:
- Siyasi və iqtisadi uğurların əldə edilməsini şərtləndirən mütərəqqi islahatlar;
- Qlobal pandemiyaya qarşı səmərəli mübarizənin təşkili;
- Vətən müharibəsindəki Şanlı Zəfərlə torpaqlarımızın işğaldan azad edilməsi;
- Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş quruculuq, yenidənqurma işlərinin başlanması.
Son 4 ildə əvvəlki dövrdə olduğu kimi, Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqlarının təmin edilməsi məsələsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil etdi. Ölkədə dayanıqlı inkişaf, sabitlik və əmin-amanlıq təmin olundu, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirildi. Son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın artdı. Minimum pensiyada 2,2 dəfə, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi istiqamətlərdə 3 dəfədən çox artım baş verdi.
2018-ci il prezident seçkisindən sonra cənab İlham Əliyevin ilk imzaladığı fərman şəhid ailələrinin sosial məsələlərinin həlli istiqamətində oldu. Bu sənədə əsasən 12 min şəhidin 18 mindən çox vərəsəsinə dövlət tərəfindən 11 min manat vəsait ödənildi.
Ümumiyyətlə, Prezidentin mütəmadi olaraq paytaxtda və bölgələrdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlanması, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində verdiyi qərarlar xalqın cənab İlham Əliyevə olan inamını daha da artırdı. Bu amillər həm də Prezident və xalqın birliyi konsepsiyasının əsas qayəsini təşkil etdi.
İqtisadi islahatlarla yanaşı reallaşan siyasi islahatlar daha çevik idarəetmə strukturunun yaradılması ilə nəticələndi. Dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində böyük uğurlara imza atıldı.
Həmçinin Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və digər dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparıldı. Növbədənkənar parlament seçkiləri də bu islahatların tərkib hissəsi oldu.
2019-cu ilin əvvəlindən başlayaraq İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi, sosial sahədə də ciddi islahatlar aparıldı. Ekspertlər tərəfindən sosial inqilab xarakterli qərarlar adlandırılan fərman və sərəncamlar demək olar ki, əhalinin bütün təbəqələrini əhatə etdi.
Fəaliyyəti ədalətə, humanizm və mərhəmət prinsiplərinə söykənən, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı davam etdirən Prezident İlham Əliyev son 4 ildə də ənənəsinə sadiq qalaraq əfv sərəncamları və amnistiya aktları imzalamaqla minlərlə ailəyə sevinc payı bəxş etdi. Vətən müharibəsində böyük qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də qəbul edilmiş Zəfər amnistiyasını da Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü adlandıra bilərik. İcrası bu il martın 5-də başa çatan amnistiya aktı ümumilikdə 15 min 450 nəfərə şamil edildi. Onlardan 8626 nəfər cəzadan tam azad edildi, 6490 nəfərin cəza müddəti azaldıldı.
Dövlət başçısının tapşırıqları ilə 2018-ci ildən Azərbaycanda başlanan köklü sosial islahatlar vətəndaş rifahı və məmnunluğunun təmini istiqamətində inqilabi addımların atılmasına, sosial müdafiə və sosial təminat, məşğulluq, əmək münasibətləri, tibbi-sosial reabilitasiya və sosial sahənin digər sektorları üzrə ötən 4 illik bir dönəmdə ciddi irəliləyişlərə imkan verdi.
Bütün bu islahatlar əlbəttə ki, beynəlxalq səviyyədə təqdir edildi. Azərbaycan Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks islahatlar ölkəmizin yeni rekordlara imza atmasına imkan yaratdı. Dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunan Dünya Bankının “Doing Business-2019” hesabatı İlham Əliyevi ən islahatçı Prezident kimi dəyərləndirdi. Hesabata əsasən Azərbaycan dünyanın 10 islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olundu.
Qlobal
pandemiya ilə mübarizədə nümunəvi ölkə
2020-ci il dünyada baş verən qlobal pandemiyanın
demək olar ki, bütün ölkələrə
yayılması, daha çox yoluxma və insan
ölümünə səbəb olması ilə yadda
qaldı. Müxtəlif ölkələrdə
virusa qarşı peyvəndin yaradılması üzrə
işlər əsasən məhz bu dövrə təsadüf
etdi. Ötən iki il ərzində
dünya ölkələri koronavirusla mübarizəyə
kökləndi. Bu dövrün reallıqlarından biri ondan
ibarət oldu ki, problemə laqeyd yanaşan, virusun təhlükəli
olmadığını düşünən ölkələrdə
daha ciddi fəsadlar baş verdi. Xəstəlik dünyanın bir hissəsi olan Azərbaycandan
da yan ötmədi. Lakin infeksiyanın
aşkarlandığı ilk gündən ölkəmizdə
təxirəsalınmaz addımlar atıldı.
Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə
başladı, “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin
yayılmasının qarşısının alınmasına
dair Fəaliyyət Planı” və daha geniş əhatəli
Tədbirlər Planı təsdiq edildi. 2020-ci il
martın 19-da Koronavirusla Mübarizəyə Dəstək
Fondu dünyada ilk dəfə Azərbaycanda təsis edildi. İlkin olaraq Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait
ayrıldı. Xalqımızın milli həmrəyliyi
və dəstəyi ilə fonda 100 milyon
manatdan artıq vəsait toplandı. Prezident İlham Əliyev
və Birinci vitse-prezident Mehriban Əliyeva birillik əməkhaqlarını
fonda ianə etdilər.
COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi
üçün 46 xəstəxana müəyyən edildi. Hansı ki, bu
xəstəxanalın 41-i 2004-cü ildən sonra inşa
olunub. 11 modul tipli xəstəxana istifadəyə
verildi. Bu, virusa yoluxanların effektiv
müalicə almasında böyük rol oynadı. Daha
bir neçə
modul tipli xəstəxananın tikintisi nəzərdə
tutulsa da, virusun yayılmasına qarşı keçirilən
effektiv mübarizə tədbirlərinin nəticəsində
onlara ehtiyac olmadı.
Prezident
İlham Əliyev 2020-ci il martın 28-də
Bakıda “Yeni klinika”nın, iyulun 6-da isə FHN-nin modul tipli
hospitalının açılışını etdi.
Prezidentin
sərəncamı ilə yaşına və səhhətinə
görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən
yuxarı olan 176 məhkum, o cümlədən 165 kişi və
11 qadın cəzalarının çəkilməmiş hissəsindən
azad edildi.
Ən mühüm addımlardan biri də o oldu ki,
ölkəmizdə qoruyucu və dezinfeksiya vasitələrinin
istehsalı təşkil olundu və qısa müddətdə
bu sahədə olan çatışmazlıqlar aradan
qaldırıldı. 2020-ci il aprelin 6-da Sumqayıt Kimya Sənaye
Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən
yaradılan tibbi maska istehsalı müəssisəsi
açıldı.
Dövlət başçısnın fərman və sərəncamlarına,
tapşırıq və göstərişlərinə
uyğun olaraq bütün dünyada nadir nümunələrdən
biri kimi respublikamızda pandemiya dövründə geniş
sosial proqramlar həyata keçirildi. Müstəqillik tarixinin
ən böyük sosial paketi qəbul olundu. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə
olundu.
Azərbaycan dünyada COVID-ə qarşı vaksinləşdirməyə
başlayan ilk ölkə olaraq, bu sahədə əhəmiyyətli
addımlar atdı. Ölkədə 2021-ci il yanvarın
18-dən başlayan koronavirusa qarşı vaksinasiya dövlət
hesabına aparılır.
Pandemiya
ilə mübarizədə qlobal həmrəyliyə nail
olunmasının vacibliyi ilk gündən meydana çıxan
çağırış idi. Bu
çağırışı ilk dəyərləndirən
Prezident İlham Əliyev oldu. Məhz cənab
İlham Əliyev koronavirusla mübarizədə beynəlxalq
həmrəyliyin əldə olunması üçün təşəbbüslərlə
çıxış etdi. 2020-ci ilin aprel
ayında Prezident İlham Əliyevin təşəbbüsü
ilə Türk Şurasının koronavirusla mübarizəyə
həsr olunmuş Zirvə görüşüünün
keçirilməsi bu istiqamətdə baş tutan ilk beynəlxalq
tədbir idi.
Azərbaycan Prezidenti ortaya qoyduğu məqsədyönlü
mövqeyi, prinsipial yanaşmanı daha bir qlobal təşəbbüslə
davam etdirdi. Türk Şurasının Zirvə
görüşündən sonra Azərbaycanın təşkilatçılığı
ilə koronavirusla mübarizə üzrə növbəti beynəlxalq
tədbir baş tutdu. 2020-ci ilin may ayında Qoşulmama
Hərəkatının Təmas Qrupu formatında videokonfrans
vasitəsilə “COVID-19-a qarşı birlikdəyik”
mövzusunda Zirvə görüşü keçirildi. 2021-ci
il dekabrın 16-da BMT Baş
Assambleyasının 76-cı sessiyası çərçivəsində
assambleyanın plenar iclasında Qoşulmama Hərəkatının
Sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü
ilə QH üzvləri adından irəli
sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə
bərabər, məqbul qiymətə, vaxtında və
universal əlçatanlığın təmin edilməsi”
adlı qətnamə BMT-yə üzv dövlətlərin
mütləq əksəriyyətinin (179 dövlət) dəstəyi
ilə qəbul edildi.
BMT-yə üzv olan 126 dövlət qətnaməyə
həmmüəllif qismində qoşuldu. Qətnamənin
qəbulu Azərbaycan Prezidentinin sədrliyi ilə Qoşulmama
Hərəkatının COVID-19 pandemiyasına qarşı
mübarizədə qlobal təşəbbüslərin mərkəzində
olmağa davam etdiyinin daha bir göstəricisi idi.
Peyvəndlərə
çıxışla əlaqədar dövlətlər
arasında dərinləşən qeyri-bərabərliyin
aradan qaldırılması üçün Azərbaycan
ÜST-ə 10 milyon ABŞ dolları həcmində
könüllü maliyyə töhfəsi etdi ki, onun da
yarısı Qoşulmama Hərəkatının üzvlərinə
birbaşa yardım oldu.
Qələbəyə
aparan yol, hücum diplomatiyası və Baş Sərkərdənin
tarixi zəfəri
Prezident
İlham Əliyevin yürütdüyü hücum
diplomatiyası erməni lobbisinin xaricdəki gücünü
sındırdı, əsl sərkərdəlik qabiliyyəti
isə Qarabağda “keçilməz”, “dağılmaz” dedikləri
müdafiə istehkamları ilə bağlı mifi
darmadağın etdi.
Öncə Azərbaycanın dövlət başçısı
siyasi meydanda möhtəşəm uğurlar qazandı. Ermənistanın baş
naziri Nikol Paşinyanı siyasi dialoqlarda mat vəziyyətində
qoydu. Dünya Dağlıq Qarabağ probleminin
mahiyyətinə varmağa başladı, Azərbaycan
haqqında həqiqətlərə diqqət kəsildi.
Bütün beynəlxalq tribunalardan, ali
kürsülərdən dünyaya səslənən Azərbaycan
Prezidenti Ermənistanın işğalçı dövlət
olduğunu isbatladı. Beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə
dəyişməyə başladı.
Cənab İlham Əliyev Ali Baş Komandan kimi Azərbaycanda
dünyanın 50 ən güclü ordusundan birini qurdu və
bu ordu işğalçıların təxribatlarına
qarşı əks-hücum həmlələri ilə müəyyən
vaxtlarda düşmənə öz gücünü göstərdi.
Ən nəhayət, cənab İlham Əliyev Ali
Baş Komandan kimi xalqa verdiyi vədi gerçəkləşdirdi. Hansı ki, 4 il
öncə andiçmə mərasimində söyləmişdi
ki, Azərbaycan xalqı heç vaxt bu işğal faktı ilə
barışmayacaq və torpaqlarımız düşmən
tapdağından azad ediləcək. Buna nail
olmaq üçün daha da güclü olmalıyıq və
olacağıq.
2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları
ilə başlayan Vətən müharibəsi düşmənə
tarixinin ən ağır zərbəsini vurdu. Düzdür,
bu savaş zamanı Azərbaycana böyük təzyiqlər
də göstərildi. Ancaq qətiyyətli
siyasi iradə nümayiş etdirən cənab İlham
Əliyev bütün təzyiqlərə mərdanə şəkildə
sinə gərərək, öz prinsipial mövqeyindən
dönmədi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi
ilə Azərbaycan Ordusu 44 gün müddətində Ermənistanı
diz çökdürüb hərbi kapitulyasiyaya məcbur etdi. Qələbə
günündən 8 gün və Ermənistanın
kapitulyasiyasından 6 gün keçəndən sonra Ali
Baş Komandan Qalib Sərkərdə kimi noyabrın 16-da
Qarabağa səfər etdi. Həmin an
tarixi gün idi. O gün Prezident İlham Əliyev savaş
dövründə Azərbaycanın qəhrəman
oğullarının döyüşə-döyüşə
Şuşaya qədər getdikləri
çığırları Zəfər yolu adlandırdı
və Füzulidən Şuşaya aparacaq yeni avtomobil yolunun təməlini
qoydu.
2012-ci il
yanvarın 14-də isə Prezident Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin
Füzuli rayonunda hava limanının təməllərini
qoydu, Zəfər yolu ilə Şuşaya Qalib Sərkərdə
kimi ayaq basdı və qədim qalamızdan düşmənə
gözdağı verdi: “Biz qalib xalqıq. Mən Şuşaya
son dəfə 39 il bundan əvvəl gəlmişəm.
39 il bundan əvvəl iki dəfə gəlmişəm
və birinci dəfə yanvarın 14-də gəlmişəm.
Bax, bu gün, yanvarın 14-də yenə də
buradayıq. Bu dəfə müzəffər
Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş
Komandanı kimi gəlmişəm. Düşmənin
belini qıran ordunun Ali Baş Komandanı kimi gəlmişəm
və burada müqəddəs bayrağın altında, qəhrəman
hərbçilərin önündə deyirəm ki, biz bu
torpaqlarda əbədi yaşayacağıq! Biz
Şuşanı və dağıdılmış
bütün başqa şəhər və kəndlərimizi
bərpa edəcəyik. Dağıdılmış
bütün tarixi abidələrimizi bərpa edəcəyik”.
Bu, təkcə Ermənistana deyil, bütün dünyaya
mesaj idi. Azərbaycan
Prezidenti bəşəriyyətə səslənərək dedi
ki, düşmənin 30 ilə daşı daş
üstündə qoymadığı şəhər və kəndlərimizi
qısa zamanda öz gücümüzə bərpa edəcəyik.
Beləliklə, İkinci Qarabağ müharibəsi
böyük zəfərimizlə bitdi. Azərbaycan
son 200 illik tarixində müharibədən ərazi itkisi ilə
yox, ərazi bütövlüyünü bərpa edərək
çıxdı. Bu şanlı qələbədən
sonra regionda Azərbaycanın maraqlarına cavab verən yeni
siyasi reallıq yarandı.
Müharibə dövründə Prezident İlham
Əliyev bütün cəbhələrdə öndə idi və
diplomatik məharəti ilə hətta informasiya cəbhəsində
apardığı mübarizədən qalib
çıxdı. Tutarlı, sərrast cavabları, dəmir
məntiqə əsaslanan arqumentləri ilə dünyanın
aparıcı media mənsublarına verdiyi cavablarla Ermənistanın
bu sahədə apardığı yalan, heç bir həqiqətə
əsaslanmayan böhtan dolu təbliğatını alt-üst
etdi. Təkcə Vətən müharibəsi
dövründə 40-a yaxın xarici KİV-ə müsahibə
verən dövlət başçısı Azərbaycan həqiqətlərini
çatdırmaqla ölkəmiz haqqında dünya ictimaiyyətində
müsbət rəy formalaşdırmağı bacardı.
Artıq mövcud olmayan Qarabağ münaqişəsi,
müharibənin başlama səbəbləri, gedişi barədə
analitik şərhləri, diplomatik cavabları ilə Ermənistanın
işğalçı, təcavüzkar mahiyyətini
açıb göstərdi, terrorun bu ölkə tərəfindən
dövlət səviyyəsində dəstəkləndiyini
sübut etdi. Qərəzli, təxribat xarakterli
suallara verdiyi təmkinli, səbirli, həmçinin əsaslandırılmış
cavablarla hər kəsə öz yerini göstərdi.
Bu müharibə dünyaya Azərbaycan xalqının nə
qədər böyük, yenilməz, dəmir iradəli,
müzəffər xalq olduğunu göstərdi. Bu tarixi nəticə
bizlər haqqında “məğlub xalq” rəyini
sındırdı, xalqımıza özgüvən
aşıladı, milli qürurumuzu qabartdı.
Vətən müharibəsində
qazandığımız qələbə İlham Əliyevin
hakimiyyətdə olduğu illər ərzində həyata
keçirdiyi güclü dövlət, güclü ordu
strategiyasının məntiqi nəticəsi idi. Tarixi qələbə
ilə Azərbaycan bir daha dünyanın inkişaf etmiş
dövlətlərindən biri olduğunu təsdiqlədi.
Bu zəfərlə adını Azərbaycan
tarixinə qızıl hərflərlə yazdıran Ali
Baş Komandana ümumxalq sevgisi daha da artdı.
Qarabağ
və Şərqi Zəngəzurda misli görünməyən
quruculuq işləri
Bu zəfərdən sonra regionda yeni reallıqlar
yarandı. Azərbaycan işğaldan azad etdiyi torpaqlarında
erməni vəhşiliyini, barbarlığını
dünyaya nümayiş etdirdi. Hansı ki,
son 28 ildə şəhərlərimizin, kəndlərimizin
daşı daş üstündə qalmayıb,
darmadağın edilərək sanki torpaq üzərindən
silinib. Bəşəriyyət bir daha
şahidlik etdi ki, Ermənistan illərlə dünyaya yalan
satıb.
Amma düşmənin bu xisləti heç də Azərbaycanı
ruhdan, həvəsdən salmadı. Prezidentin sərəncamı
ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonları yaradıldı və azad edilən
torpaqlarımızda quruculuq, yenidənqurma işlərinin
başlanması ilə bağlı tapşırıq verildi.
Heç bir maliyyə təşkilatından,
beynəlxalq qurumdan, hansısa dövlətdən yardım
almadan Azərbaycan öz imkanları hesabına bu işləri
həyata keçirməyə başladı.
Hava limanları, dəmir və avtomobil yolları, enerji və
su təchizatı, daxili infrastrukturlar, yaşayış məskənləri
və Zəngəzur dəhlizinin açılması istiqamətində
başlanan işlər getdikcə geniş vüsət
aldı. Bu gün işğaldan azad edilmiş
torpaqlarımızda misli görünməmiş quruculuq
işləri davam edir. Prezidentin şəxsi
nəzarətində olan bu işlər sürətlə
aparılır. Cənab İlham Əliyev
mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzura
səfər edərək görülən işlərlə
maraqlanır və hər səfərində hansısa obyektin
ya açılışını edir, ya da təməlini
qoyur.
Artıq vətəndaşlarımız marşrut
avtobusları ilə Şuşaya, Ağdama səfərlər
edirlər. Füzuli hava limanı Qarabağın ilk hava
qapısı kimi vətəndaşların xidmətindədir.
Bu ərazilərdə 16 avtomobil yolunun
inşası davam edir və tezliklə bütün istiqamətlərə
yeni asfalt yollarla hərəkət başlayacaq. Bütün bunlarını baş memarı əlbəttə
ki, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə
çevirən cənab İlham Əliyevdir.
Əminliklə deyə bilərik ki, Azərbaycan
Prezidentinin “Qarabağı yenidən cənnətməkana
çevirəcəyik” fikri tezliklə reallaşacaq və
dünya bir daha ölkəmizin iqtisadi qüdrətinin
şahidi olacaq.
Bütün bunlar onu deməyə əsas verir ki,
Prezident İlham Əliyevin qətiyyəti, yüksək siyasi
iradəsi sayəsində həyata keçirilən
ardıcıl islahatlar ölkəmizi gücləndirir,
insanların rifah halını yüksəldir, dövləti,
dövlət məmurlarını xalqa daha da
yaxınlaşdırıb, doğmalaşdırır.
Sülh
danışıqları prosesini Qalib Komandan idarə edir
Azərbaycanın Qarabağ münaqişəsini həll
etməklə yaratdığı dəyişməz
reallıqlar bu gün bütün tərəflərin
maraqlarına cavab verir. Bunu beynəlxalq təşkilatların, həmçinin
prosesə münasibət bildirən dövlətlərin
davranışları da sübut edir. Reallıq
isə ondan ibarətdir ki, işğala son qoyulmaqla region Ermənistanın
yaratdığı bataqlıqdan xilas olaraq sürətli
inkişaf yoluna qədəm qoyub. Bu,
bütövlükdə region ölkələrinin
siyasi-iqtisadi maraqlarına tam cavab verir.
Postmüharibə dövründə aparılan bütün danışıqlar Azərbaycanın milli maraqları çərçivəsində və irəli sürdüyü təkliflər əsasında aparılır. Bu istiqamətdə aprelin 6-da Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə, Ermənistanın baş naziri Nikol Paşinyanla ikinci görüşünü və əldə olunmuş nəticələri əhəmiyyətli irəliləyiş kimi qiymətləndirmək olar. Bunu həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru kimi dəyərləndirmək lazımdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılması, bu istiqamətdə işçi qrupun yaradılması, Azərbaycanın irəli sürdüyü 5 təklif və bunun əsasında predmetli danışıqların aparılması Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində önəmli işlərdir. Delimitasiya prosesinə başlanılması məsələsi müharibə başa çatdıqdan sonra Azərbaycanın irəli sürdüyü ilk təkliflərdəndir və son danışıqlarda bu barədə razılığın əldə olunması çox əhəmiyyətlidir.
Beləliklə, danışıqlar Azərbaycanın irəli sürdüyü 5 təklifin əsasında aparılır. Bu təklifdəki əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Məhz bu səbəbdən də Brüsseldə keçirilən ikinci görüş Prezident İlham Əliyevin siyasi diplomatiyasının növbəti uğuru hesab olunmalıdır. Çünki görüşdə tərəflərin, konkret olaraq Ermənistanın üzərinə götürdüyü öhdəlik elə Azərbaycanın iradəsinin reallaşması deməkdir. Bütün bunlar onu deməyə əsas verir ki, həm məğlub Ermənistan, həm də vasitəçilik edən beynəlxalq təşkilatlar Azəbaycan Prezidentinin siyasi qərarları ilə razılaşmaq məcburiyyətindədirlər. Çünki bu gün regionda diktəni Qalib Komandan cənab İlham Əliyev edir.
Göründüyü kimi, adını tariximizə həm də Xilaskar Lider kimi yazdıran cənab İlham Əliyev milli maraqlara əsaslanan, tam müstəqil, prinsipial siyasəti ilə Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışır. Bu istiqamətdə həyata keçirilən qətiyyətli siyasətin mərkəzində həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əzmkar fəaliyyəti də dayanır. Dövlət başçısının verdiyi strateji qərarların, islahatların aparılması, müsbətə doğru dəyişikliklərin həyata keçirilməsi niyyəti ilə irəli sürdüyü vəzifələrin uğurla icrasını, öz məqsədinə çatmasını təmin edən başlıca dəstək də məhz Mehriban xanım Əliyeva tərəfindən verilir. Mehriban xanım Əliyeva bütün cəhətləri ilə xalq adamıdır, vətəndaşlarımızın birmənalı dəstəyini qazanmış dövlət xadimidir, gördüyü işlərlə xalqın istəklərini yerinə yetirən, insanların arzularından gəlmiş uğurlu, parlaq simadır. Gördüyü bütün işlərlə Prezidentə dayaqdır, ən yaxın silahdaşdır.
Həm Prezidentin, həm də Birinci vitse-prezidentin Azərbaycanın uğurları naminə həyata keçirdikləri siyasət, apardıqları təbliğat, xalqın xoş rifahı naminə gerçəkləşdirdikləri layihələr onu deməyə əsas verir ki, Azərbaycan daha möhtəşəm, daha qüdrətli gələcəyə doğru inamla addımlayır.
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri
Azərbaycan.-2022.- 10 aprel.- S.7.