Xalqımız öz rəhbəri ilə qürur duyur

 

 

Bu gün Azərbaycan dünya birliyi ölkələri arasında öz yerinüfuzu, beynəlxalq məsələlərin həllində söz demək, təşəbbüslər irəli sürmək imkanlarına malik olan, müstəqil siyasət yürüdən azad, sivildemokratik dövlətlərdən biridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasi xətti ölkəmizi nəinki regionda, eləcə də beynəlxalq aləmdə şöhrətləndirmiş, rolunun artmasına, nüfuzunun gündən-günə yüksəlməsinə zəmin yaratmışdır.

Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən bəşəri ideyalara sahib olduğunu, insanlara sədaqətini, torpağa, vətənə sonsuz məhəbbətini nümayiş etdirmiş, “mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” vədini əməli fəaliyyəti ilə sübut etmişdir. Çox fərəhli haldır ki, bu gün cənab İlham Əliyev yalnız ölkəmizin vətəndaşlarının deyil, dünya ölkələrinin sülhsevər vətəndaşlarının da böyük hörmət etdiyi bir Prezident kimi tanınır, seçilir və qiymətləndirilir.

Əlbəttə, bu, dövlət başçısının xalqımızın milli maraqlarına söykənən və inkişafımıza təkan verən səmərəli fəaliyyətinin, dünyada baş verən hadisələri, reallıqları görmək və qiymətləndirmək bacarığının, düşünülmüş siyasi gedişlərinin nəticəsidir.

Son illərin hadisələri - pandemiyaya qarşı mübarizə, 44 günlük müharibənin gedişi və qazanılan tarixi qələbəmiz, Azərbaycan Prezidentinin bu dövrlərdəki gərgin fəaliyyəti, beynəlxalq aləmdə münasibətlərin tənzimlənməsində göstərdiyi cəhdlər və əldə edilən parlaq nəticələr cənab İlham Əliyevin çox böyük rəhbər, sərkərdə, siyasətçi məharətinə malik olduğunu sübut etdi.

Pandemiyanın tüğyan etdiyi, müharibənin gündən-günə şiddətləndiyi, dinc sakinlərimizin, şəhər və kəndlərimizin top, raket atəşinə tutulduğu, bombalandığı həmin günlərdə Azərbaycan Prezidentinin öz xalqının qayğıları ilə bərabər, xəstəliklərdən əziyyət çəkən ölkələrin vətəndaşlarının qeydinə qalması, halına acıması, bir çox ölkəyə yardım əlini uzatması, maddi kömək göstərməsi, ən mötəbər beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırması, hətta BMT-nin xüsusi sessiyasının, Qoşulmama Hərəkatının toplantısının keçirilməsi, dünya dövlətlərinə müraciətlərin ünvanlanması İlham Əliyev böyüklüyünün, bəşəri ideyalarının təzahürü idi. Bunu ancaq öz taleyini insanların xoşbəxtliyində, işıqlı həyatında görən bir insan edə bilərdi.

Azərbaycan Respublikasının Prezidenti 2018-ci ilin prezident seçkiləri ərəfəsində ən mötəbər tribunalardan qətiyyətlə bildirdi ki, işğal altında olan torpaqlarımız mütləq, hansı yolla olursa-olsun erməni təcavüzkarlarından azad ediləcək, haqq-ədalət bərpa olunacaq, vətəndaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar. Bu təsadüfi səsləndirilən bəyanatlar deyildionlar reallıqlara əsaslanırdı.

Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi illərində Azərbaycan iqtisadiyyatı dinamik olaraq inkişaf etmişdi. Sosial-iqtisadi sahələrdə mühüm islahatlar həyata keçirilmişdi. Ordu quruculuğu sürətləndirilmiş, maddi texniki baza gücləndirilmiş, əsgər və zabitlərdə qələbəyə böyük ruh yüksəkiliyi tərbiyə edilmişdi. Ölkədə ictimai-siyasi sabitlik yaranmış, vətəndaş həmrəyliyi güclənmişdi. Xalq öz Prezidentinə inanır, etimad göstərir və onun milli maraqlara xidmət edən siyasətini dəstəkləyirdi. Dövlət başçısı da hər an insanların arasında idi, onların qayğıları ilə yaşayıb işləyirdi. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu da qat-qat yüksəlmişdi, haqq-ədalət uğrunda mübarizəmizə dəstək verənlərin sayı xeyli artmışdı.

 

Azərbaycan Ordusunun Aprel döyüşlərindəki şücaəti, iki min hektardan artıq ərazimizin, Lələtəpə yüksəkliyinin ələ keçirilməsi, strateji mövqelərin alınması düşmən üzərində qələbənin uzaqda olmadığını göstərir, ölkə rəhbərinin düşünülmüş siyasətinin mütləq bəhrələrini verəcəyinə ümidləri artırırdı. Xalq, ordu öz Prezidentinin döyüş əmrini gözləyirdi.

 

Cənab İlham Əliyev 2018-ci ilin prezident seçkilərinə məhz bu inamla, bu qətiyyətlə, xalqın ruh yüksəkliyi və dəstəyi ilə getdi və seçkilərdə qalib gəldi. Başqa seçimola bilməzdi. Çünki Azərbaycan xalqı İlham Əliyevin qətiyyətinə, uzaqgörənliyinə, vətənpərvərliyinə və torpaqlarımızın azğın düşmənlərdən məhz onun bacarığı sayəsində azad ediləcəyinə inanırdı.

 

Xalq öz inamında yanılmamışdı. Cənab İlham Əliyev Prezident seçildikdən az sonra, ilk günlərdən erməni təcavüzkarlığının bəlalarını, törədilən faciələrin, təxribatların yolverilməzliyini daha qətiyyətlə qabartdı.

 

Ən mötəbər təşkilatlardan - BMT-dən, ATƏT-in Minsk qrupunun həmsədrlərindən, Qarabağ münaqişəsinin tənzimlənməsinə cavabdeh olanlardan haqq-hesab, səmərəli fəaliyyət, təcavüzkarların əməllərinə obyektiv qiymət verməyi tələb etdiözünün kəskin mövqeyini ortaya qoydu: ya sülh, ya müharibə.

 

Çox təəssüflər olsun ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti kimi, beynəlxalq təşkilatlar, eləcə də böyük dövlətlər Azərbaycan Prezidentinin sülh çağırışlarını lazımınca dəyərləndirmədilər.

 

Belə olduqda Azərbaycan Prezidenti öz sözünü dedi, məqsədini bəyan etdi, səsini dünyaya çatdırdı və erməni təcavüzkarları, onların rəhbərləri sülhə gəlmədikdə, danışıqlar fayda vermədikdə Ali Baş Komandan döyüş əmrini verdi və məharətli siyasi gedişləri, müsahibələri, görüşləri ilə, ordumuzun, xalqımızın birliyimübarizliyi ilə bütün dünyanı heyrətdə qoydu, düşmənlərimizi əzdi, çaşdırdı, şoka saldı, dostlarımızı sevindirdi.

 

Cənab İlham Əliyev son prezident seçkilərinə qəlbində qələbəyə inam, xalqına məhəbbət və həm də intizar, torpaq həsrəti ilə getmişdi. Ancaq liderimiz qələbənin yaxınlaşdığını görürdü, duyurdu, çünki bunun üçün güclü zəmin hazırlamışdı, əsaslı tədbirlər həyata keçirmişdi, ürəklərdə qələbəyə ruh oyatmışdı, beynəlxalq imic formalaşdırmışdı.

 

İlham Əliyev prezident seçildiyi ilk gündən beynəlxalq təşkilatlarla, aparıcı dövlətlərlə əməkdaşlığa çox böyük önəm vermişdir. Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Respublikası 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə qeyri-daimi üzvü seçilmişdir. Bu, ölkəmizin dünyada artan nüfuzunun ifadəsi idi və Azərbaycanın Təhlükəsizlik Şurasındakı fəaliyyəti beynəlxalq əlaqələr sistemində unudulmaz bir tarixdir.

 

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı fəaliyyəti geniş və səmərəlidir və ölkəmiz bu təşkilatın ən nüfuzlu üzvlərindən biri kimi seçilir və qiymətləndirilir.

 

Fərəhli haldır ki, Azərbaycan 2019-cu ildən yüz iyirmidən çox ölkənin birləşdiyi Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın bu mötəbər quruma sədrlik müddəti 2022-ci ildə bitməli olduğu halda üzv dövlətlərin yekdil istəyi ilə bu müddət 2023-cü ilə qədər uzadılmışdır ki, bu da ölkəmizə və Prezidentimizə göstərilən etimadın böyük ifadəsidir. Bu, cənab İlham Əliyevin quruma rəhbərlik etdiyi illər ərzində onun nüfuzuna böyük önəm verməsindən, hərəkat üzvlərinin maraqlarının qorunmasından və təmin edilməsindən, beynəlxalq hüququn, haqq-ədalətin müdafiə edilməsi sahəsində həyata keçirilən mühüm tədbirlərdən irəli gəlir.

 

İlham Əliyevin arzu və məqsədləri bəşəridir. O, dünya xalqlarını azad, xoşbəxt və mehriban görmək istəyir. Regionda sabitliyin, təhlükəsizliyin təmin olunması, eləcə də dünyada münaqişələrin aradan qaldırılması üçün əlindən gələni əsirgəmir. Prezidentimiz düşmən Ermənistan üzərində tarixi qələbənin qazanılmasına, bu ölkənin çıxılmaz iqtisadi-siyasi böhran şəraitində olmasına baxmayaraq, Ermənistanla münasibətlərin yaxşılaşdırılmasına, sülh yaradılmasına böyük önəm verir.

 

Aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüş, əldə olunan razılaşmalar da Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur. Bu proses onu deməyə əsas verir ki, sülh gündəliyi Azərbaycanın şərtləri əsasında formalaşır.

 

Ümumilikdə isə Brüssel görüşü Cənubi Qafqazda təhlükəsizliyin yaradılması istiqamətində sülh prosesinin başlanğıcı hesab oluna bilər. Bütün bunlar bir daha təsdiq edir ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, dövlət başçısı ilə yaxın təmasları regionda sülhsabitliyin bərqərar olmasında mühüm amil kimi görür.

 

Azərbaycanı iqtisadi cəhətdən inkişaf edən ölkələr sırasına çıxarmaq, respublikada ictimai-siyasi sabitliyi qorumaquzun illər davam etdirmək, siyasi qüvvələrin, vətəndaşların birliyinə və həmrəyliyinə nail olmaq, 30 il düşmən işğalı altında olan torpaqları az bir müddətdə düşməndən təmizləmək, tarixi ədaləti bərpa etmək, beynəlxalq aləmdə böyük nüfuz qazanmaqsöz sahibi olmaq dövlət rəhbərindən yüksək siyasi bacarıq, dərin zəka, təfəkkür, müdriklik, uzaqgörənlik tələb edir.

 

Cənab İlham Əliyev məhz bu keyfiyyətlərə sahib olan, xalqının sevimlisinə, torpağının cəfakeşinə çevrilən dövlət xadimi, tarixi şəxsiyyət və dünyada tanınan, sevilən, dəyərləndirilən bir dövlət rəhbəridir.

 

Azərbaycan xalqı öz rəhbəri ilə öyünür, qürur duyur, onu dəstəkləyir və İlham Əliyev kimi bir Prezidentin rəhbərliyi altında yaşadığı, işlədiyi üçün özünü xoşbəxt hesab edir.

 

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Azərbaycan.-2022.- 10 aprel.- S.8.