Ceyhun Bayramov Gürcüstanın keçmiş xarici işlər naziri ilə telefonla danışıb

 

Aprelin 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın keçmiş xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov David Zalkalianinin Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə iki ölkənin yüksək səviyyəli qarşılıqlı faydalı əməkdaşlığının daha da möhkəmləndirilməsi beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi naminə birgə səyləri məmnunluqla vurğulayıb qarşı tərəfə təşəkkürünü ifadə edib.

 

Nazir David Zalkalianiyə yeni, Gürcüstanın ABŞ-dakı səfiri vəzifəsində uğurlar arzulayıb.

 

Azərbaycan.- 2022.- 5 aprel. S. 3.