Azərbaycan dünya üçün əhəmiyyətli tranzit ölkəyə çevrilib

 

 

Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Təqdirəlayiq haldır ki, nəqliyyatın bütün sahələrində yeni layihələr həyata keçirilib. Azərbaycanın zəngin yol infrastrukturu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib.

Çoxsaylı avtomobil yollarının çəkilişi həyata keçirilib. Əvvəlki illərdə beynəlxalq və ölkə əhəmiyyətli yollar tikilirdisə, son dövrlər kəndarası avtomobil yollarının çəkilişi də sürətlə icra edilir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir.

Prezident İlham Əliyevin tapşırığı ilə paytaxtda yeni yolların salınması, yolötürücülərin, yeraltı və yerüstü piyada keçidlərinin, eləcə də mövcud yol qurğularının təmiri və yenidən qurulması sahəsində mühüm işlər görülür. Bu günədək görülən işlər nəticəsində paytaxtda və ətraf qəsəbələrdə yeni alternativ yol infrastrukturu formalaşdırılıb, şəhərin mərkəzindən bir sıra istiqamətlərə, o cümlədən ətraf qəsəbələrə rahat və sürətli gediş-gəliş təmin edilib.

Azərbaycanda beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına da mühüm əhəmiyyət verilir. Bunun sayəsində dəmir yolu vasitəsilə yükdaşımaların həyata keçirilməsində də önəmli ölkəyə çevrilirik. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu sahədə regiondünya üçün əhəmiyyət daşıyan bir sıra layihələrin reallaşmasına nail olub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın 100 iri layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun - Azərbaycanın növbəti beynəlxalq əhəmiyyətli layihəsinin icrası həyata keçirilib. BTQ iqtisadi layihədir, yəni əsas məqsəd Şərqdən, xüsusən Çindən Avropaya yük və sərnişinlərin daşınmasıdır.

2017-ci il noyabrın 1-də Tehranda Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini artıran növbəti addım atıldı. Belə ki, Azərbaycan, İranRusiya prezidentlərinin qatıldığı üçtərəfli zirvə görüşündə region üçün əhəmiyyətli olan digər məsələlərlə yanaşı, “Şimal-Cənub nəqliyyat dəhlizi”nin istifadəyə verilməsi də müzakirə edildi. Bu yeni transmilli layihənin gerçəkləşməsi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini daha da artıracaq. Yəni Şimaldan və Cənubdan gələn yüklər BTQ dəhlizi vasitəsilə AsiyaAvropa ölkələrinə daşınacaq. Belə hal BTQ-nin əhatə dairəsinin daha da genişlənməsi və yük dövriyyəsinin artması deməkdir.

Şübhəsiz, hər bir ölkənin tranzit imkanlarına malik olması onun sabit gəlir əldə etməsində mühüm rol oynayır. Azərbaycanın qarşıdakı illərdə bu layihələrin icrasından yüksək gəlir götürəcəyi məlumdur.

Bununla yanaşı, Azərbaycan beynəlxalq əhəmiyyətli digər bir layihənin də reallaşmasında önəmli oyunçuya çevrilib. 2000-ci ilin 12 sentyabr tarixində Rusiya, İranHindistan arasında imzalanmış hökumətlərarası sazişə əsasən, “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli qoyuldu. Azərbaycan bu prosesin mərkəzində özünə yer aldı. Belə ki, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin qovuşduğu coğrafi məkan Azərbaycandır. Bu o deməkdir ki, Şimalya Cənub dəhlizindən gələn yüklər Azərbaycan vasitəsi ilə həm Şərqə, həm də Qərbə göndərilə bilər.

“Şərq-Qərb” nəqliyyat dəhlizi kimi “Şimal-Cənub” dəhlizi də regionregiondan kənar ölkələrin diqqətini özünə cəlb edib. Bunun nəticəsidir ki, Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Tacikistan, Türkiyə və Ukrayna da bu layihəyə qoşularaq onu qanuniləşdirmək üçün ratifikasiya edib.

Həmin ölkələrin “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşulmaq istəməsi başadüşüləndir. Belə ki, dəhlizin yaradılmasında əsas məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətinin azaldılmasıdır. Qeyd edək ki, hazırkı marşrut üzrə yüklərin çatdırılma müddəti 6 həftədən artıqdır. Mütəxəssislərin hesablamalarına görə, “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə yüklərin daşınma müddətinin 3 həftə olması gözlənilir.

 

Dövlətimizin başçısı “Şimal-Cənub” nəqliyyat dəhlizinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq demişdir: “Keçən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 10 dəfə artıb. Bu sahədə də çox böyük işlər görülür. Biz Azərbaycanın daxilində dəmir yolunun yenidən qurulması prosesinə başlamışıq. Bu il Bakı-Yalama dəmir yolunun yenidən qurulması davam etdiriləcək. Bakı-Astara dəmir yolunun yenidən qurulması üçün bu ilin investisiya proqramında da vəsait nəzərdə tutulub. Bunlar “Şimal-Cənub” dəhlizi üçün çox önəmli layihələrdir. Düzdür, bu dəmiryolu var, ancaq sürət aşağıdır”.

Bu marşrutla yüklərin Şimali və Qərbi Avropa-Rusiya Federasiyası, daha sonra üç istiqamətdə - Qafqaz-Fars körfəzi, Mərkəzi Asiya-Fars körfəzi, Xəzər dənizi-İran İslam Respublikası-Fars körfəzi marşrutları ilə həyata keçirilməsi nəzərdə tutulur. Bu sxemdən də aydın görünür ki, həmin marşrutda Azərbaycan önəmli rol oynayır. Xüsusilə nəhəng Rusiya, Hindistanİran bazarı üçün malların buradan daşınması əhəmiyyətlidir. Çünki bu, daha çox yükdaşınma deməkdir.

Mütəxəssislərin ilkin hesablamalarına görə, bu dəhliz fəaliyyətə başlayandan sonra Azərbaycan ərazisindən daşınan yüklərin birinci mərhələdə 3 milyon, ikinci mərhələdə 5-8 milyon, üçüncü mərhələdə isə15 milyon ton olması gözlənilir.

 

Dəmir yolunun Yalama-Bakı sahəsində 96 kilometr, Bakı-Astara sahəsində 60 kilometr dəmir yolu xətti əsaslı təmir olunmalı, 36 kilometr sahilbərkitmə işləri görülməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb və hazırda davam etdirilir.

 

Azərbaycan dəmir yolunun İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xəttinin, Astaraçay üzərindən dəmir yolu körpüsünün inşası nəzərdə tutulur. Marşrutun işlək vəziyyətə gəlməsi üçün Azərbaycan tərəfi 8,4 kilometr dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini aparacaq.

 

Prezident İlham Əliyev “Şimal-Cənub və Şərq-Qərb” layihələrinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “...Vaxtilə Azərbaycanın təşəbbüsü ilə başlananbizim böyük maliyyə dəstəyimizlə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu xətti çox mühüm əhəmiyyət daşıyır. Mən əvvəllər də, biz dəmir yolunun təməlini qoyanda da bunu demişəm ki, bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edirbu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir... “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir”.

 

Məlumdur ki, hazırda Çin dünyanın nəhəng ixracatçılarındandır. Bu ölkə dünya bazarına ildə 2 trilyon 400 milyard dollar dəyərində məhsul ixrac edir. Bu səbəbdən mallarını dünya bazarına ixrac etmək üçün yeni nəqliyyat marşrutlarının yaradılması barədə təşəbbüs irəli sürüb. Həmin ölkə tərəfindən “Bir kəmər, bir yol” strategiyası üzrə Avropa ilə mal mübadiləsinin əsas marşrutlarından biri “Şərq-Qərb nəqliyyat dəhlizi”dir ki, bu sahədə də ölkəmiz mühüm rol oynayır.

 

İndi dünya ölkələri həmin marşrutun əldə edilməsi üçün qızğın siyasiiqtisadi mübarizəyə başlayıb. Ona görə ki, bu yüklərin daşınması hansı ölkədən keçərsə, həmin dövlətlər milyardlarla dollar gəlir əldə edəcək. Prezident İlham Əliyev uzaqgörənliklə bunun üçün vaxtında lazımi tədbirlər görüb. Belə ki, bizim Xəzər dənizində yükdaşıyan gəmilərdən ibarət nəhəng donanmamız var. Donanmanın tərkibində Xəzərin şərq sahilindən sol sahilinə yük daşımaq üçün bərə gəmilərimiz kifayət qədərdir. İkincisi, Ələt Beynəlxalq Ticarət Limanında nəhəng gəmilərin yan alaraq yükünü doldurulub-boşaldılması üçün hər cür şərait yaradılıb. Üçüncüsü isə, bu yüklərin Avropaya daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolu çəkilib. Qeyd etdiyimiz kimi, bu yolun çəkilməsinin siyasi təşəbbüsçüsü Prezident İlham Əliyevdir. Maliyyələşdirilməsini də Azərbaycan dövləti həyata keçirib.

 

Bu gün Avropa ilə Asiya arasında illik ticarət dövriyyəsi 1 trilyon dollara yaxındır. Bir daha vurğulayaq ki, həmin ticarət yüklərini öz ölkələri vasitəsilə ötürmək uğrunda dövlətlər bir-biri ilə ciddi rəqabət aparır. Ölkələr arasında gedən rəqabətdə siyasi amillər deyil, iqtisadi amillər əsas rol oynayacaq. Bu səbəbdən də ölkəmizin həmin rəqabətdə üstünlük qazanacağına şübhə etmirik. Belə ki, Çinlə Türkiyə arasında yükdaşımaların müddəti bir aydan 12 günə enib. Əlbəttə, daşınmanın belə qısalmasında Azərbaycanın vaxtında icra etdiyi nəhəng infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Bizim yüklərin Xəzərin şərqindən qərbinə və ya əksinə daşınması üçün hər cür imkanımız var. Bununla yanaşı, gəmilərin yan ala biləcəyi hər cür imkanlara sahib Ələt Beynəlxalq Ticarət Limanı da fəaliyyət göstərir. Başlıcası isə, müasir dünya standartlarına cavab verən Bakı-Tbilisi-Qars dəmir yolu yükləri vaxtında Avropaya çatdırma qabiliyyətinə malikdir. Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub nəqliyyat dəhlizinin qovşağına çevrilib. Ölkəmiz mühüm infrastruktur layihələrini rəqiblərimizdən öncə yaratdığı üçün böyük üstünlüyə sahibdir.

 

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi yeni reallıqlar yaratmışdır. Gələcəkdə Zəngəzur dəhlizi ilə daha çox yük göndərmək mümkün olacaq. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə keçirməklə yükləri tez bir zamanda Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Bir sözlə, Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək.

 

Ermənistanın hər bir vəchlə buna müqavimət göstərməsi isə faydasızdır. Azərbaycan bu məsələni regionda söz sahibi olan ölkələrlə çoxdan həll edib. Ötən il oktyabrın 26-da Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın baş naziri arasında Soçidə keçirilən görüşün nəticəsi də  bunu aydın göstərir.

 

İşğaldan azad edilən ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulmasına və təzə xətlərin çəkilməsinə artıq start verilib. Hazırda Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa təzə dəmir yolu xəttinin inşası istiqamətində işlər davam edir.

 

Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110,4 kilometrdir. Qeyd edək ki, bu xətlərin çəkilməsi Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün ilkin şərtdir. Bu səbəbdən də Horadiz-Ağbənd dəmir yolunda işlərin sürətlə həyata keçirilməsinə xüsusi önəm verilir. Birxətli  dəmir yolu üzərində 8 stansiya tikiləcək. Bununla bərabər, layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılıb.

 

Düşmənin bir hissəsini dağıtdığı Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də aparılır. Əvvəlcə yolun fəaliyyət göstərən Bərdə və Köçərli stansiyaları təmir ediləcək, Təzəkənd və Ağdam stansiyaları isə yenidən tikiləcək.  Qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun coğrafi şəraiti, ərazidə dağlıq yerlərin çox olması dəmir yollarının  çəkilişi üçün çətinlik yaradır. Üstəlik, bu yerlər düşmən tərəfindən minalanıb. 

 

Bütün bunlara baxmayaraq, qatarlar Qarabağın zirvəsinə qalxacaq. İlk dəfə Füzulidən Şuşaya 83,4 kilometr uzunluğunda dəmir yolu çəkiləcək və bölgənin inkişafına öz töhfəsini verəcək. Çünki qış aylarında qarın çox yağdığı və yolların buz bağladığı dövrlərdə avtomobil yolu ilə hərəkəti dayandırmaq məcburiyyəti yaranır. Dəmir yolu isə  müstəsna hallarda işləməyə bilər.

 

Hazırda görülən işlərə paralel olaraq, Qarabağın yüksəklikdə yerləşən Kəlbəcər bölgəsinə dəmir yolu xətlərinin çəkilməsi araşdırılır. Dəliməmmədli-Kəlbəcər dəmir yolu layihəsinin ilkin konseptual variantı hazırlanıb. Şuşa və Kəlbəcərə dəmir yolu xəttinin çəkilməsi Qarabağ və Şərqi Zəngəzur bölgələrinin inkişafında müstəsna rol oynayacaq. Bu yolun hərbi-strateji əhəmiyyəti də böyükdür.

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 10 aprel.- S.15.