Avropa Şurası ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

 

Aprelin 4-də ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriç rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropa Şurası ilə səmərəli əməkdaşlığı qeyd edən nazir xanım M.Buriç ilə 2019-cu ildə keçirilmiş görüşünü məmnunluqla xatırladaraq ötən müddətdə ölkəmizdə bir çox mühüm yeniliklərin baş verdiyini, xüsusilə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın 30 illik işğaldan azad edilməsi ilə bir milyona yaxın keçmiş məcburi köçkünlərimizin hüquqlarının bərpasına şərait yarandığını onların öz doğma torpaqlarına qayıdışı ilə əlaqədar həmin ərazilərdə nəhəng bərpa quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.

 

Azərbaycanın ötən il Avropa Şurasına üzvlüyünün 20 illiyinin qeyd edildiyinin vurğulandığı görüşdə xanım M.Buriç bu dövrdə ölkəmizin bir çox konvensiyalara qoşulmasının, həmçinin 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə uğurlu sədrliyinin əməkdaşlığın inkişafına geniş imkan yaratdığını vurğulayıb, Ədliyyə Nazirliyinin Avropa Şurası ilə konstruktiv əlaqələrə töhfəsini qeyd edib, səfərin dialoq əməkdaşlığın davam etdirilməsinə xidmət etdiyini söyləyib.

 

Avropa Şurası ailəsində daim firavanlıq olmasını arzulayan Baş katib üzv dövlətlər arasında sabit davamlı sülhə nail olmaq üçün hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

 

Görüşdə əməkdaşlıq çərçivəsində birgə fəaliyyət planlarının uğurla həyata keçirildiyi, 2022-2025-ci illər üzrə qəbul olunan müasir çağırışlara uyğun tədbirləri nəzərdə tutan növbəti Fəaliyyət Planının ikitərəfli əlaqələrə əlavə təkan verəcəyi qeyd olunub, Planın mühüm prioritetlərindən olan məhkəmə-hüquq islahatlarına toxunulub.

 

Nazir F.Məmmədov dövlətimizin başçısının rəhbərliyi ilə məhkəmə sistemindəki yeniliklər, Dünya Bankının iştirakı ilə yüksək texnoloji (hi-tech) məhkəmələrin yaradılması, o cümlədən ötən il Azərbaycan Prezidentinin şəxsən iştirakı ilə 11 məhkəmə üçün yeni, müasir bina komplekslərin istifadəyə verilməsi, “Elektron məhkəməsisteminin tətbiqi barədə məlumat verib. Dövlətimizin başçısının, eyni zamanda, cəmiyyətin həssas qrupu olan qadın yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının qorunmasına xüsusi önəm verərək bu günlərdə onlar üçün yeni inşa olunmuş müasir penitensiar müəssisələrə baş çəkdiyini şəraitlə tanış olduğunu vurğulayıb.

 

M.Buriç ədliyyə məhkəmə sistemindəki yenilikləri təqdir edərək dövlətimizin bu sahələrdə infrastrukturların müasirləşdirilməsinə verdiyi önəmi xüsusilə qeyd edib, müasir texnologiyaların tətbiqinin şəffaflıq baxımından əhəmiyyətinə toxunub, hakimlərin digər hüquqşünasların tədrisində, o cümlədən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi tətbiqi sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə maraq göstərib.

 

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, Avropa Şurasının tövsiyələrinin icrası, qanunvericiliyin təkmilləşdirilməsi, media vətəndaş cəmiyyətinin inkişafı digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

 

Tədbirdə Avropa Şurasının ölkəmizdəki Ofisinin rəhbəri, səfir Zoltan Hernyeş iştirak edib.

 

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

 

Azərbaycan.- 2022.- 5 aprel. S. 3.