Vətən mənim hər anım...

 

 

Şuşa ili” çərçivəsində tədbir keçirilib

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Şuşa ili” çərçivəsində tədbir keçirilib.

Xocavənd Rayon İcra Hakimiyyəti, Kürdəmir Regional Mədəniyyət İdarəsinin və Xocavənd rayon Tuğ kənd musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Vətən mənim hər anım” konsert proqramı təşkil olunub.

 Tədbirdə çıxış edən akademiyanın rektoru Urxan Ələkbərov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü təmin etdi.

44 günlük Vətən müharibəsində Azərbaycan şanlı zəfər qazandı. 2022-ci ilinŞuşa ilielan olunduğunu xatırladaraq bu tədbirin akademiyada keçirilməsindən fərəh duyduğunu bildirib.

Daha sonra Tuğ kənd musiqi məktəbinin müəllim və şagird kollektivinin xüsusi günlərə  həsr olunmuş çıxışları ilə bağlı fotolent nümayiş olunubmusiqi məktəbinin fəaliyyəti barədə məlumat verilib.

 Tədbir “Vətən mənim hər anım” bədii kompozisiya ilə davam edib. Bu hissədə məktəbin müəllim və şagirdləri müxtəlif milli musiqilər ifa ediblər.

 

 Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 10 aprel.- S.16.