“Gazelli Art House” Aida Mahmudovanın
yeni əsərlərini
təqdim edib
“Gazelli Art House” Aida Mahmudovanın
Alister Hiksin kuratorluğu ilə keçirilən “Liminality”
solo-sərgisində yeni
əsərlərini böyük
məmnuniyyətlə təqdim
edib.
AZƏRTAC xəbər verir ki, A.Mahmudova
sürətlə müasirləşən
ölkəsinin unudulmuş
və əlçatmaz
guşələrindən bəhs
edərək incəsənətdən
bu misilsiz mühitdə mövcud olmaq və yaşamaq
üçün stabillik
hissini ifadə etmək məqsədilə
istifadə edir. İncəsənət sərhəd tanımır
və rəssama fərqli kommunikasiya üsullarından istifadə
etmək imkanı verir.
Rəssam məkan anlayışını
dərindən araşdırır. Mahmudova
bunu belə izah edir: “Biz məkandayıq, paralel dünyalarda mövcudluğumuzu
saxlayırıq və
məkan bizim daxilimizdədir”. Məkan reallıq və illüziyalar haqqında təsəvvürləri formalaşdıraraq
insanın maddi və ya mənəvi
olduğu yer ola bilər.
Mark Ojenin “yersizlik” konsepsiyasında insan münasibətlərinin insan
qavrayışları ilə
kəsişmə nöqtəsi
kimi keçid və ya hüdudların
kandarında olmaq ideyası qismən nəzərdən keçirilir.
Mahmudova şəxsi və ictimai, yer və
yersizlik, məkan və məkansızlıq
ideyalarının qarşılaşdırılması
ilə məşğuldur. Mark Ojenin yersizlik konsepsiyası keçid ideyasını araşdırır,
məkansızlıq ziddiyyətli
“ev” və mənsubiyyət hissinə
əks gələrək
“yuva qurmaq” ideyasını inkar edir. Bu məkan hər kəs üçün bərabər
şəkildə yad olsa da, kimsə
özünü burda
“nisbətən rahat”
hiss edə bilər.
Mahmudova sərhədlər və ya əksliklərin qarşılaşması, hüdudların aşılmasını işıqlandıraraq keçidin baş verdiyi və istiqamətin itirildiyi məkanları araşdırır. Əsası Arnold Van Gennep tərəfindən qoyulmuş keçid mərasimləri (1909) insan həyatının üçmərhələli keçiddən ibarət olduğunu ifadə edir.
Burada sərhəd keçidin özüdür. Sərhədlərin üfüqü həm məkan, həm də zaman ölçülərinə malikdir və müxtəlif subyektlərə - insanlara, icmalara, cəmiyyətlərə və sivilizasiyalara şamil edilə bilər. Təbiət isə, əksinə, stabillik, zamansızlıq və açıq məkan hissinə malikdir. Mahmudova ilham mənbəyi kimi tez-tez təbiətə müraciət edir.
“Hər şey rəssam və mühitdən asılıdır. Mənimlə ətrafımdakılar arasındakı bitməyən münasibətlər əbədi söhbəti xatırladır. Hər iki tərəf bütün varlığı ilə iştirak edir. Hərəkətin özü təmiz yaradılış aktı forması alır. Bu isə öz növbəsində sənə qarşında açılan yeni üfüqlərlə həqiqi və sərbəst ünsiyyətdə olmaq kimi unikal imkan verir. O, bizi indiki zamanda əlaqələndirir və birləşdirir, bizə çoxtərəfli, gözlənilməz və gözəl nəticələr verir”,- deyə Aida Mahmudova bildirib.
Sərgi mayın 14-dək sənətsevərlər üçün açıq olacaq.
Qeyd edək ki, əsası 2010-cu
ildə Mila Əsgərova tərəfindən
qoyulmuş Londondakı “Gazelli
Art House”
dünyanın müxtəlif guşələrindən olan rəssamları dəstəkləyərək,
incəsənət fəaliyyətinin zirvələrinə
çatmış sənətkarlara xüsusi
diqqət göstərərək, onların əsərlərini
yeni auditoriyalara təqdim
edərək Meyferə yeni perspektiv gətirib. Bakıda da
təmsil edilən qalereya bu
coğrafiyanı birləşdirən zəngin linqvistik, dini və tarixi bağların daha dərindən
anlaşılması üçün Azərbaycan
və qonşu ölkələrin incəsənətinin
təşviq edilməsi üzərində
çalışır. Qalereya 2015-ci ildən
başlayaraq GAZELL.iO onlayn platforması vasitəsilə rəqəmsal
incəsənət sahəsində çalışan sənətkarları
da dəstəkləyir. Yaxın
keçmişdə - 2020-ci ildə qalereyanın GAZELL.iO Layihə Məkanı və Virtual Reallıq Kitabxanası yaradılıb. Bu, Meyferdə rəqəmsal incəsənətə
həsr edilmiş ilk daimi incəsənət evidir.
Azərbaycan.-2022.- 10 aprel.- S.16.