Əsl RƏHBƏR, qüdrətli
SƏRKƏRDƏ
Dünyada elə şəxsiyyətlər var ki, onlar haqqında yazmaq, əslində, mənsub olduqları xalqın, rəhbərlik etdikləri dövlətin müəyyən dövründən, uğur, qələbə və sınaqlarından bəhs etmək deməkdir.
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun tarixində də belə şəxsiyyətlər var!
Onlardan biri də müstəqil Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!
Cənab İlham Əliyev on doqquz ildir ki, Azərbaycana rəhbərlik edir.
Dördüncü dəfə xalqın etimadı və etibarı ilə prezident seçilməsinin 4 ili tamam olur.
Zaman baxımından o qədər də çox deyil!
Görülən işlərin miqyası və möhtəşəmliyi sarıdan isə misilsizdir!
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının və dövlətinin qazandığı nailiyyətlər və qələbələr barədə danışsaq, cild-cild kitablara sığmaz!
Qısaca söhbət açsaq isə, yalnız görülən işləri xatırlada bilərik.
Beləliklə, Azərbaycan Prezidenti, xalqın pənahı və sevimlisi cənab İlham Əliyev hansı nailiyyətlərə imza atıb.
***
Bir maraqlı məqama diqqət çəkmək istəyirik:
Cənab İlham Əliyev respublika əhəmiyyətli vəzifələrə təyin olunanda və ya seçiləndə belə daim xarizması, intellekti, yaradıcı fəaliyyəti, təşkilatçılıq məharəti və istedadı sayəsində gördüyü işlərin nəticələrini dünya miqyasına çıxarmağa, çoxlarının bəhrələnməsinə nail olub!
İlk dəfə biz İlham Əliyevi ARDNŞ-in (SOCAR-ın) birinci vitse-prezidenti vəzifəsində gördük.
O ZAMAN:
* Ərazilərimizin 20 faizi düşmən işğalında idi...
* Sabitlik və əmin-amanlıq tam bərpa olunmamışdı, hələ iki dövlət çevrilişinə cəhd baş verəcəkdi...
* Dövlət büdcəsi yoxsul, qaçqınlar və məcburi köçkünlər ağır durumda qalmışdı...
* Yeni ordu qurmaq, onu silahlandırmaq, bazar iqtisadiyyatı prinsiplərini tam bərqərar etmək vacib vəzifə kimi qarşıda dururdu...
* AXC-Müsavat cütlüyünün uğursuz iqtidarı ölkədə xaos və anarxiya yaratmış, onların naşılığı və səriştəsizliyi, maddi maraqlarını üstün tutmaları neft danışıqlarını yarıda qoyaraq dalana dirəmişdi...
Belə ağır məqamda Ulu Öndər Heydər Əliyev danışıqların bütün məsuliyyətini və yükünü cənab İlham Əliyevə həvalə etdi.
Beləliklə, gərgin və mürəkkəb keçən neft danışıqları prosesində Azərbaycan xalqının maraqlarını əks etdirən müqavilə layihəsi hazırlandı.
Sonralar "Əsrin müqaviləsi" adlanan bu neft kontraktı hələ də qüvvədədir, Azərbaycana və Avropaya, həm də dünyaya böyük fayda gətirməkdə davam edir.
***
Cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi təkcə ölkəmizdə deyil, bütün dünyada idmanın inkişafına yeni təkan verdi.
Azərbaycanda yaranmış ümummilli böhran idmandan da yan keçməmişdi!
Sovet dövründə tikilmiş idman qurğuları və sarayları baxımsızlıq üzündən dağılmış, respublika stadionu, velotrek "tolkuçka"ya çevrilmişdi...
Daha ölkə daxilində idman yarışları keçirilmir, vəsaitsizlik üzündən beynəlxalq yarışlara idmançılar göndərilmirdi...
"İşsiz" qalan idmançılar və məşqçilər xarici ölkələrə gedərək özgə bayraqları altında çıxış edirdilər...
Hər şeyə təzədən başlamaq lazım gəlirdi...
İlham Əliyevin Azərbaycan idmanına rəhbərlik etdiyi müddətdə idmanımız dünya miqyasına çıxdı, ön sırada özünə yer tutdu, yüzlərlə gənc olimpiya, dünya, Avropa çempionu olaraq bayrağımızı yüksəltdi, himnimizi səsləndirdi.
Ölkə daxilində qırxdan artıq olimpiya idman kompleksi tikildi, Azərbaycan I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçısı oldu, beynəlxalq idman yarışlarının uğurla keçirildiyi məkana çevrildi.
***
Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinə rəhbərliyi cənab İlham Əliyevin beynəlxalq aləmdə qazandığı sonrakı uğurlarının ilki oldu.
İlham Əliyev beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını necə qorumağın, haqq işini müdafiə etməyin, özünə yeni dostlar qazanmağın, bədxahların isə ağzından vurmağın əsl nümunəsini yaratdı!
Məhz bundan sonrakı dövrlərdə Azərbaycan beynəlxalq qurum və təşkilatlarda fəal iş apararaq yeni nailiyyətlər qazandı, bölgədə və dünyada söz sahibinə çevrildi.
Hücum diplomatiyasına start verildi.
***
2003-cü ilin oktyabrında cənab İlham Əliyev Ulu Öndərimizin zəmanəti, habelə xalqımızın Heydər Əliyev siyasi kursuna sarsılmaz inamı və sədaqəti ilə ilk dəfə Azərbaycan Prezidenti seçildi!
Qısa zaman kəsiyində inam və etimadı doğrultdu, sınaqlarla dolu rəhbərliyi dövründə xalqın sonsuz məhəbbətini və etibarını qazandı.
Ölkəyə rəhbərliyinin hər ilində yeni uğurlar qazandı, cari və perspektiv problemlərin həlli ilə yanaşı, nisbətən uzaq hədəflərə çatmaq üçün təməllər yaratmağı, imkanları səfərbərliyə almağı bacardı.
Qeyd edək ki, İlham Əliyevin prezidentliyinin ilk dövründə görüləsi işlər və problemlər kifayət qədər çox idi.
MƏSƏLƏN:
* bölgələrə elektrik enerjisi fasilələrlə verilirdi;
* regionlara qaz xətti çəkilmədiyindən böyük çətinliklər yaşanırdı;
* şəhərlərarası magistral yollar darısqal, dağılmış və bərbad vəziyyətdə idi;
* sahibkarlıq formalaşmamışdı, işsizlik baş alıb gedir, kəndlər boşalırdı;
* qaçqın və məcburi köçkünlər çadır şəhərciklərində, ictimai binalarda ağır vəziyyətdə yaşayırdı;
* sürətlə ordu qurmaq, onu silahlandırmaq tələb olunurdu;
* transmilli layihələri maliyyələşdirməkdə ciddi çətinliklər mövcud idi;
* Ermənistan sülh danışıqlarına gəlmir, ATƏT öz vəzifəsini icra etmir, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi həyata keçirilmirdi və s.
Qurucu rəhbər adını qazanan cənab İlham Əliyev prezidentliyi dövründə yuxarıda sadalanan bütün problemləri çox böyük uğurla həll etdi, ölkə daxilində, xarici siyasətdə, ordu quruculuğunda möhtəşəm nailiyyətlər qazandı.
Azərbaycan xalqı öz sınanmış oğluna, görkəmli dövlət xadiminə dəfələrlə yüksək etimad göstərdi, dövlət sükanını böyük əminliklə ona etibar etdi.
Bu gün dünya müstəqil Azərbaycanı büsbütün dəyişmiş, yenidən tikilib qurulmuş, güclü iqtisadiyyatı, müstəqil daxili və xarici siyasəti, demokratik təsisatları, müasir beynəlxalq imici, qudrətli ordusu, milli birliyi və tolerantlığı olan ölkə kimi tanıyır!
Hətta bəzən ona "İlham Əliyevin Azərbaycanı" da deyirlər!
***
Sonuncu
prezident seçkilərindən 4 il
keçir!
Prezident
İlham Əliyev bu müddətdə də Azərbaycanı
inkişaf etdirmiş, ölkə qarşısında duran
ciddi problemləri müvəffəqiyyətlə yoluna qoymuş, dövlətin
möhkəmlənməsi, xalqın rifahının yüksəlməsi,
insanların arzu və istəklərinin həyata keçirilməsi
yolunda əsaslı dəyişikliklərə nail olmuş,
apardığı islahatları daha da dərinləşdirmişdir.
Axırıncı
4 ildə baş verən mühüm hadisələrdən
ikisi haqqında ayrıca danışmağa ehtiyac duyulur.
Bunlardan
biri COVID-19
adını almış,
dünyanın yaşam tərzini, insanların həyatını
dəyişmiş pandemiyadır!
Heç
kim təsəvvür
belə etməzdi ki,
XXI əsrdə qəflətən meydana çıxan
hansısa yoluxucu xəstəlik pandemiyaya çevriləcək,
qısa müddətdə
dünyanı caynağına alacaq, milyonlarla insanın
ölümünə səbəb olacaq, dünyanı özünə
qapadacaq, iqtisadiyyata böyük
zərbə vuracaq, tibb elmini
aciz durumda qoyacaqdır!
Amma
bütün bunlar baş verdi!
Həm də
ildırım sürəti ilə!
Çoxları
başını itirdi...
Bir
çox dövlətlər bu bəlanın öhdəsindən gələ bilmədiklərinə,
vaxtında zəruri addımlar atmadıqlarına görə pandemiyaya çevrilmiş COVID-19-un əlində girov
qaldılar, ciddi iqtisadi və insan tələfatı verərək
çətin və çıxılmaz vəziyyətə
düşdülər!
İlham
Əliyevin uzaqgörənliyi və xarizması, hadisələri
qabaqlamaq bacarığı və zamanında düzgün qərarlar
qəbul etmək məharəti bu məqamda da kara gəldi!
Pandemiyanın
genişlənməsinin, vüsətlənməsinin qarşısına sipər çəkildi,
ağırlaşmaların hər
dövründə öncədən
qabaqlama işləri aparıldı, insanlar və
iqtisadiyyat ağır nəticələrdən, sonrakı fəsadlardan uğurla qorundu!
Dövlət
rəhbəri xalqa müraciət etdi, vəziyyətin ciddiliyini və
çətinliyini insanlara
anlatdı, hamını əlbir,
əlaqəli və mütəşəkkil fəaliyyətə səslədi,
Azərbaycan səhiyyəsini
qısa müddətdə
ekstremal vəziyyətə
köklədi.
Prezident İlham Əliyevin pandemiyanın
qarşısını almaq, xalqı bu bəladan
sovuşdurmaq üçün gördüyü işlərin
sayı-hesabı yoxdur!
İnfeksiyanın
aşkarlandığı ilk gündən təxirəsalınmaz
addımlar atıldı:
* Dövlət
başçısının sərəncamı ilə Nazirlər
Kabineti yanında Operativ Qərargah
fəaliyyətə
başladı;
* Xəstəliyin
yayılmasının qarşısının alınmasına
dair "Fəaliyyət Planı" və "Tədbirlər
Planı" təsdiq
edildi;
* 19 mart
2020-ci ildə dünyada ilk olaraq Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu
təsis edildi və Prezidentin Ehtiyat Fondundan oraya 20 milyon manat
vəsait köçürüldü;
* Dövlət
başçısının
tapşırığı əsasında qısa zamanda
səhiyyə infrastrukturu
koronavirusla mübarizəyə
istiqamətləndirildi, yoluxmuş xəstələrin müalicəsi üçün 46
xəstəxana müəyyən edildi, 11 modul tipli yeni xəstəxana
istifadəyə verildi;
* Bu bəlaya
qarşı mübarizə məqsədilə dövlət
büdcəsindən 4 milyard manat vəsait ayrıldı;
*
Koronavirusla mübarizə çərçivəsində məşğulluq
və sosial rifahın dəstəklənməsinə 610 mln. manat, səhiyyə məqsədlərinə
754,2 mln. manat, iqtisadi artım və
sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə
1,1 mlrd. manat,
verilmiş kredit portfeli üzrə 1,5 mlrd. manat, beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsinə
39,3 mln. manat vəsait xərcləndi.
* Prezident
İlham Əliyevin göstərişi ilə minlərlə
Azərbaycan vətəndaşı, xüsusən də xaricdə
təhsil alan tələbələrimiz
müxtəlif ölkələrdən dövlət
hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə
Vətənə qaytarıldı;
* Cənab
İlham Əliyevin dünya miqyasında rəğbətlə
qarşılanan mühüm təşəbbüsləri də
oldu. Belə ki, 2020-ci ilin aprel
ayında koronavirusa qarşı mübarizə ilə
bağlı Türk Şurasının Zirvə
görüşü, may ayında isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşü
keçirildi;
* 2021-ci
il dekabrın 16-da BMT
Baş Assambleyasının 76-cı sessiyası
çərçivəsində assambleyanın plenar
iclasında Qoşulmama Hərəkatının Sədri
qismində Azərbaycan Prezidentinin təşəbbüsü
ilə QH üzvləri adından irəli
sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə
bərabər, məqbul qiymətə, vaxtında və
universal əlçatanlığın
təmin edilməsi" adlı qətnamə BMT-yə üzv
dövlətlərin mütləq əksəriyyətinin (179
dövlət) dəstəyi ilə qəbul edildi;
* Peyvəndlərə
çıxışla əlaqədar dövlətlər
arasında dərinləşən qeyri-bərabərliyin
aradan qaldırılması üçün Azərbaycan
ÜST-ə 10 milyon ABŞ dolları həcmində
könüllü maliyyə töhfəsi etdi ki, onun
yarısı Qoşulmama Hərəkatının üzvlərinə
birbaşa yardım oldu;
* Azərbaycan Qoşulmama Hərəkatının
üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə
humanitar və maliyyə yardımı göstərdi, təmənnasız
olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə
etdi. Son olaraq
2021-ci il dekabrın 6-da Azərbaycan
Burkina-Faso dövlətinə 100 min doza “Sinovac” peyvəndi ianə
edib.
Prezident
İlham Əliyevin zamanında atdığı addımlar gərəkli
və faydalı olmaqla yanaşı, Azərbaycanın və onun
rəhbərinin beynəlxalq
nüfuzunun və
imicinin yüksəlməsinə
də töhfə vermiş oldu.
***
İlham
Əliyevin böyüklüyü həm də ondadır ki, ən çətin, ən
ağır, ən mürəkkəb vəziyyətdən belə
qələbə ilə çıxmağı bacarır!
2020-ci il dünya
üçün mürəkkəb, qorxulu, iqtisadi cəhətdən sarsıdıcı bir il idi!
COVID-19 insanları çöl-bayırdan məhrum
etmiş, iqtisadiyyatın normal ritmini pozaraq inkişaf sürətini
aşağı salmış, ümidsiz vəziyyət
yaratmışdı!
İlham
Əliyevin müdrikliyi və uzaqgörənliyi, nəyi, nə
vaxt və necə etmək məharəti dünya
üçün ən ağır keçən ili Azərbaycan
üçün möhtəşəm qələbə, zəfər ilinə
çevirdi!
İqtidara
gəldiyi ilk gündən işğal altındakı
torpaqları azad etməyi qarşıya məqsəd qoyan, hər
gün, hər saat bu barədə düşünən, əməli
iş görərək zəruri, hesablanmış addımlar
atan cənab İlham Əliyev pandemiyanın tüğyan
etdiyi 2020-ci ili Azərbaycan
tarixinin ən şərəfli ili etdi!
Öz
adını da qızıl hərflərlə tariximizin ən böyük sərkərdələri sırasına yazdı!
Müzəffər
Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi
dövründə:
* Ermənistan
ordusunu məhv etdi!
*
Azğın düşməni qarşısında diz
çökdürdü!
* “Dəmir
yumruğ”u ilə başını əzərək kapitulyasiya aktına imza
atdırdı!
*
Ağdam, Laçın, Kəlbəcər rayonlarını
döyüşsüz geri aldı!
* "Məğlubedilməz" erməni
ordusunu fərarilər, qorxaqlar yığnağına
çevirdi!
* XXI əsrin ən
yeni müharibəsini apardı!
* Bu
müharibədə tətbiq etdiyi silahlar, taktika və
strategiyanı dünya üçün örnəyə
çevirdi!
* Azərbaycan
xalqını dünyaya məğrur, qalib, qəhrəman xalq
kimi tanıtdı!
Bu
müharibədə İlham Əliyevin tərbiyələndirdiyi, idman
meydanlarında erməniləri
dəfələrlə məğlub edən yeni gənc nəsil əsl rəşadət, qəhrəmanlıq
göstərdi!
Bu
müharibədə multikultural ənənələrə sadiq Azərbaycanın
bütün millətlərinin və etnik qruplarının
nümayəndələri
hünərlə döyüşərək Vətən sevgisini hərb
meydanında da nümayiş etdirdilər!
Yüzlərlə
gənc qəhrəmancasına çarpışaraq ərazi
bütövlüyünün bərpası, Vətən
torpaqlarının urder düşməndən təmizlənməsi uğrunda ağır döyüşlərdə
şəhidlik zirvəsinə ucaldılar!
İlham
Əliyev Azərbaycan xalqının milli birliyinə nail oldu,
ölkə vətəndaşlarını Vətən sevgisi,
azğın düşmənə qarşı müharibədə yumruq kimi birləşdirdi, indiyədək
görmədiyimiz həmrəylik yaratdı!
***
Son illərdə
Azərbaycanın
qlobal dünyanın həssas problemlərinin
müzakirə olunduğu məkana çevrilməsi, belə
görüş və müzakirələrin təşkilində
ölkəmizin aparıcı rol alması, dövlət
başçısının
beynəlxalq səviyyəli
nüfuzlu tədbirlərə daim dəvətli olması və
çıxış etməsi iftixar doğuran hadisələrdir!
Artıq
Azərbaycan Prezidenti cənab İlham Əliyev dünya
miqyasında daha aydın görünən, mövqeyinə,
fikirlərinə və təkliflərinə hörmətlə
yanaşılan dövlət başçıları
sırasındadır!
Prezidentimizin Qoşulmama Hərəkatına
uğurlu rəhbərliyi, sədrlik dövrünün daha bir
il artırılması böyük sevinc və fərəh
doğuran haldır.
Azərbaycan-Türkiyə
dostluğu və qardaşlığının
yeni, indiyədək görünməmiş səviyyəyə
yüksəlməsi tarixi əhəmiyyətli hadisələrdəndir.
Bu
yaxınlaşma həm də Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan ilə cənab İlham Əliyevin şəxsi
dostluğundan və səmimi münasibətlərindən qaynaqlanır.
Hər
iki dövlətə böyük fayda gətirir, güclərinə
güc qatır.
44
günlük Vətən müharibəsində biz türk
qardaşlarımızı daim yanımızda
gördük, bütün sahələrdə və məsələlərdə
köməklərini aldıq.
Şuşa Bəyannaməsi isə iki qardaş dövləti
strateji müttəfiqə çevirərək münasibətləri
ən uca zirvəyə yüksəltdi!
İki
görkəmli liderin qurduğu möhtəşəm birlik artıq hamı tərəfindən
etiraf və qəbul olunur:
Türkiyə
deyəndə Azərbaycan, Azərbaycan deyəndə Türkiyə yada
düşür və atılan
addımlarda bu vəhdət daim diqqətdə
saxlanılır.
Prezident İlham Əliyevin ən
böyük uğurlarından
biri də Rusiya-Azərbaycan
dostluğunu daha yüksək
səviyyəyə qaldırmaqla müttəfiqlik
qarşılıqlı əlaqələrinin yeni imzalanan
Moskva Bəyannaməsi ilə daha da möhkəmləndirməsidir.
Müzəffər
Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsindəki
Zəfəri, əslində, 3 qat qələbədir!
Cənab
İlham Əliyev təkcə hərb meydanında düşmənin
başına od ələyərək onu məhv
etmədi!
Həm də
diplomatiya sahəsində və informasiya müharibəsində
də biabırçı məğlubiyyətə
uğratdı!
***
Müharibədən
sonrakı dövr isə bu zəfərin müxtəlif sahələrdə və
ayrı-ayrı müstəvidə davamıdır:
Yeni yollar
çəkilir, dəmir yolu xətti salınır, şəhərlərin
baş planı tutularaq təsdiq edilir, bir-birindən
maraqlı, baş müəllifi cənab İlham Əliyev olan layihələrin icrasına start verilir, mina sahələri
təmizlənərək Böyük qayıdışın
tezliklə baş tutmasına şərait yaradılır.
Bir sözlə, Qarabağa azadlıq gətirən
Prezident İlham Əliyev onun dirçəldilməsi və cənnətə
çevrilməsi üçün mümkün olanların
hamısını fədakarlıqla edir.
Regionların
sosial-iqtisadi inkişafına dair IV Dövlət Proqramı uğurla icra olunur.
Qeyri-ənənəvi enerji istehsalı sahəsində
bir-birindən uğurlu layihələr
reallaşdırılır.
Şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğı göstərilir, onlara dövlət hesabına tikilmiş təmirli mənzillər, minik avtomobilləri verilir, sosial ehtiyacları qarşılanır.
Pandemiyadan uğurla çıxmış, torpaqlarını erməni işğalçılarından azad edərək böyük zəfər qazanmış Azərbaycanı qarşıda daha böyük işlər, yerinə yetiriləsi vəzifələr gözləyir.
Azərbaycan xalqı əmindir ki, bütün hədəflərə ən tez vaxtda və ən qısa yolla çatacaqdır!
Çünki müstəqil dövlətimizin sükanı arxasında əsl rəhbər, qüdrətli sərkərdə, müasir dünya liderləri sırasında özünə layiqli yer qazanmış cənab İlham Əliyev dayanıb!
Onun güclü əlləri, iti zəkası, müstəqil və uzaqgörən siyasəti, xalqına xidmət amalı ilə döyünən vətənpərvər qəlbi vardır.
Belə rəhbərlə yalnız uğur qazanmaq, qalib gəlmək mümkündür!
Sözünün sahibi olan, nəyi, nə vaxt və necə etməyi hamıdan yaxşı bilən, doğma Azərbaycanı daim ucaldan, xalqın hər bir arzu və istəyini reallaşdıran Prezidenti olmaq özü də bir xoşbəxtlikdir!
İlham Əliyev kimi qüdrətli, müdrik, işıqlı qəlb sahibi olan Prezidenti!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2022.- 12 aprel.- S.3.