Şəhid ailələrinin üzvləri qazilər üçün növbəti tibbi aksiya keçirilib

 

“Regional İnkişafİctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə aprelin 2-də Ağdam ətraf rayonlardan olan şəhid ailələrinin üzvləri qazilər üçün tibbi aksiya keçirilib.

 

TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, müayinələr Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasında paytaxtın müxtəlif dövlət özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq digər ixtisaslar üzrə könüllü həkimlər tərəfindən aparılıb.

 

Keçirilən müayinələrin nəticələrindən asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib, yerində məsləhətlər verilib, digər patologiya müşahidə edilən şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

 

Layihə çərçivəsində, həmçinin zəruri dərman vasitələri ilə təmin olunan xəstəlik aşkarlanmış şəxslərin növbəti mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi ehtiyac olduqda cərrahi əməliyyatları təmin ediləcək.

 

Qeyd edək ki, RİİB könüllülərinin yaxından dəstək verdiyi bu cür aksiyaların digər regionlarda da keçirilməsi nəzərdə tutulur.

 

Azərbaycan.- 2022.- 5 aprel. S. 4.