Toxumluq sahələrə baxış keçirilir

 Dövlət Toxum Fondunun aqronomu mütəxəssisləri tərəfindən əkin sahələrinə nəzarət tədbirləri həyata keçirilir.

Artıq Beyləqan Göygöl rayonlarındaAzəraqrar Dövlət İstehsalat Emal Birliyi” MMC-ə məxsus Dövlət Toxum Fondu tərəfindən toxumla təchiz edilən toxumluq sahələrə baxış keçirilib, fermer təsərrüfat sahibləri ilə söhbətlər aparılıb.

Aqrotexniki qulluqlarla bağlı Dövlət Toxum Fondunun mütəxəssisləri tərəfindən maarifləndirici məlumatlar verilib. Bildirilib ki, toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada qısa vaxt ərzində aparılmalıdır.

Hazırda da toxumluq sahələrə baxış, həmçinin fermer təsərrüfat sahibləri ilə görüşlərin keçirilməsi davam etdirilir.

Qeyd edək ki, ötən il Dövlət Toxum Fondu tərəfindən ölkəmizə 340 ton elit buğda toxumu idxal olunub. Fermer təsərrüfat sahibləri tərəfindən alınan buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib. Ölkədə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə yüksək reproduksiyalı toxumlara olan tələbatı nəzərə alaraq, toxumçuluq üçün nəzərdə tutulan elit toxumlarının gətirilməsi Dövlət Toxum Fondu tərəfindən davam etdiriləcək.

 

Azərbaycan.- 2022.- 5 aprel. S. 5.