Baş nazir Əli Əsədov Finlandiya
və Litvanın statistika
qurumlarının rəhbərləri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 11-də Finlandiya Respublikası Statistika İdarəsinin Baş direktoru Markus Sovala və Litva Respublikası Statistika Departamentinin Baş direktoru Yurate Petrauskiene ilə görüşüb.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, görüşdə Azərbaycanda statistika sahəsində
islahatların aparıldığı, milli statistika sisteminin
ölkədə və beynəlxalq aləmdə cərəyan
edən sosial-iqtisadi proseslərə və müasir
çağırışlara uyğun təkmilləşdirilməsi
istiqamətində kompleks tədbirlərin həyata
keçirildiyi qeyd edilib.
Bakıda
keçirilən “Biznes statistikası sahəsində məlumatların
toplanması, işlənilməsi, təhlili, nəşri və
yayımlanması işlərini gücləndirmək məqsədilə
Dövlət Statistika Komitəsinə və İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək”
tvinninq layihəsinin yekunlarına həsr olunmuş
konfransın əhəmiyyəti vurğulanıb.
Layihə
çərçivəsində ölkəmizdə biznes
statistikası sahəsinin müxtəlif istiqamətlərinin
təkmilləşdirilməsi, o cümlədən kiçik
və orta biznes üzrə statistik məlumatlarla işləyən
yerli mütəxəssislərin potensialının
artırılması ilə bağlı müzakirələr
aparılıb.
Azərbaycan.-2022.- 12 aprel.- S.2.