"Şuşa ili"nə parlament töhfəsi
Şuşa...
Qədim
və əsrarəngiz
şəhər...
Dağların qoynunda, sıldırımlar
üzərində inşa
edilmiş qızılbürclü
qəsr...
Qəhrəmanlığın, zəfərin, qürurun rəmz qalası...
Bu qədim və
əfsanəvi Azərbaycan
şəhəri hər
zaman yağılar üçün alınmaz
qala, keçilməz sədd olub. Elə buna görədir ki, şəhərə sahibləndiklərini zənn
edən erməni işğalçıları da
Şuşanı "qələbə"lərinin
rəmzi sayaraq işğalda saxladıqları
28 il ərzində orada möhkəmlənməyə,
bu şəhərə
yiyələnməyə çalışıblar.
Erməni mənfurlarının saxta parlament yaratmaq və Şuşada parlament binası tikmək kimi gülünc və quduz iştahları
da elə bu məkrli hisslərindən qaynaqlanıb.
Amma 44 günlük Vətən müharibəsində Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə qazanılan parlaq zəfər sayəsində saxta erməni parlamenti də, onun qondarma
binası da cəhənnəmə vasil
oldu.
İndi azad Şuşada üçrəngli Azərbaycan
bayrağı dalğalanır. Qarabağımızın büllur sarayı dirçəlir, tarixi əzəmətinə qovuşur.
Şuşada gerçəkləşən
mühüm tarixi və düşmənə
böyük zərbə
olan hadisələrdən
biri isə ölkəmizin Ali Qanunverici
Orqanı - Milli Məclisin komitə iclasının ilk dəfə
mədəniyyət paytaxtımızda
keçirilməsi oldu...
Şuşa hər bir azərbaycanlını özünə
çəkir
"Şuşa
hər birimizi özünə çəkir.
Düzdür, mən burada
- Şuşada müxtəlif
tədbirlərin açılışlarında
iştirak etmişdim.
O tədbirlər ki, Şuşanın Azərbaycan
xalqına, Azərbaycan
mədəniyyətinə məxsus
olduğunu bir daha təsdiqləyir. Amma eyni zamanda hər
dəfə Şuşada
hansısa tədbir nəzərdə tutulduqda
böyük həvəslə,
böyük sevgi ilə, məhəbbətlə
Şuşaya gəlirdim
və hesab edirdim ki, bu
günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm".
2021-ci il dekabrın
24-də Prezident İlham
Əliyev 60 illik yubileyini qalib sərkərdə, Müzəffər
Ali Baş Komandan kimi zəfərimizin qürur zirvəsi olan Şuşada qeyd etdiyi zaman
Cıdır düzündən
səsləndirdi bu qürurverici fikirləri.
Vətən müharibəsində Silahlı Qüvvələrin
Ali Baş Komandanı
olaraq "Şuşasız
bizim işimiz yarımçıq olar",
- deyə ordumuza qətiyyətli savaş parolu verərək hədəfi düzgün
istiqamətləndirən İlham
Əliyev 8 noyabrda qazanılan parlaq Zəfərdən sonra qurucu lider kimi
azadlığına qovuşdurulan
torpaqlarımızda genişmiqyaslı
bərpa-quruculuq işlərinə
start verdi. Xüsusilə Qarabağın baş
tacı, hər bir azərbaycanlının
mənəvi paytaxtı
olan Şuşanın
tarixi əzəmətinin,
mədəni ruhunun özünə qaytarılması
istiqamətində nəhəng
layihələrin icrasına
başlanıldı.
Şuşa tarixi günlərini
yaşayır
Təsadüfi deyil ki, ötən il, işğaldan azad edilən torpaqlara 32 dəfə səfər edən İlham Əliyev düz 7 dəfə yolunu Şuşa şəhərindən
saldı, mədəniyyət
paytaxtımızda aparılan
kompleks işlərin gedişatı ilə şəxsən tanış
oldu. Dövlət başçısının hər
gəlişində xalqımız,
eləcə də bütün dünya mənfur erməni vandalları tərəfindən
30 il ərzində
viran qoyulan şəhərimizin necə
möcüzəvi sürətlə
dirçəldiyinin, simasının
dəyişdiyinin şahidi
oldu.
İndi
azadlığına qovuşan
əzəli və əbədi yurdumuz Şuşa tarixi
günlərini yaşayır,
mötəbər tədbirlərə
evsahibliyi edir. Prezident İlham Əliyev tərəfindən Azərbaycanın
mədəniyyət paytaxtı
elan edilən Şuşada illərdən
sonra "Xarıbülbül"
Musiqi Festivalı, Vaqifin bərpa olunan əzəmətli mavzoleyinin qarşısında
"Vaqif Poeziya Günləri" keçirildi.
Bu il qala
şəhərimizin yaradılmasının
270 illiyi təntənəli
şəkildə qeyd
olunacaq. 2023-cü ildə
isə ümumilikdə
türk dünyasının
qürur mənbəyi
olan Şuşa
"Türk Dünyasının
Mədəniyyət Paytaxtı"
kimi mədəni irsinin möhtəşəmliyi
ilə bir daha qürurlanacaq.
Şuşada Milli Məclisin
ilk komitə iclası
keçirilib
Bu il aprelin 8-də Azərbaycanın ali qanunverici orqanı olan Milli Məclisin
Şuşada ilk dəfə
Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitələrinin birgə
iclası keçirildi.
Azərbaycan parlamentinin komitə
iclasının Şuşada
keçirilməsi Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun
44 günlük Vətən
müharibəsində əldə
etdiyi tarixi zəfərin möhtəşəm
nəticələrindəndir.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacib göstəricilərindən biri kimi mühüm siyasi əhəmiyyət kəsb edən bu tədbir, həm də illərdir torpaqlarımıza göz dikən işğalçılara böyük zərbə oldu. Çünki erməni mənfurlarının saxta parlament yaratmaq və Şuşada parlament binası tikmək kimi quduz iştahları Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə sayəsində məhv oldu, işğalçıların 30 il ərzində özləri üçün qurduqları xəyal dünyaları darmadağın olaraq başlarına uçdu.
Şuşa şəhərində keçiriləcək növbəti komitə iclaslarının da qrafiki tərtib olunub
Parlamentin 12 aprel
tarixli iclasında
çıxışı zamanı Milli Məclisin
Sədri Sahibə Qafarova komitə
iclaslarının Şuşa şəhərində
keçirilməsinin Prezidentin sərəncamı
ilə elan edilmiş
"Şuşa ili"nə töhfə
vermək niyyəti ilə bağlı olduğunu
bildirdi. Sədr onu da diqqətə çatdırdı ki, Milli Məclisin komitələrinin
Şuşa şəhərində
keçiriləcək iclaslarının qrafiki
artıq tərtib olunub və komitə sədrlərinə
təqdim ediləcək.
Qarabağın, Şuşanın əzəli sahibləri doğma yurdlarına qayıdıblar. Tarixi torpaqlarını hər ötən gün əvvəlki şanına və şöhrətinə qaytarırlar, dağıdılmış abidələrini, mədəni irslərini bərpa edirlər. Şuşada artıq bir çox dövlət qurumları uğurla fəaliyyət göstərir. Eyni zamanda qalib xalq olaraq Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq Milli Məclisin komitə iclası azad Şuşada keçirildi. Bu, böyük tarixi hadisə olmaqla yanaşı, hər bir azərbaycanlı üçün qürurdur. Həm də onun göstəricisidir ki, doğma Şuşamız 28 il yarım davam edən işğal dövründə də heç vaxt yadları qəbul etmədi, sınmadı, əyilmədi. Hər daşına, ağacına, küçəsinə, məhəlləsinə, abidəsinə əbədi qovuşmuş azərbaycançılıq ruhunu yaşatdı və bu günümüzə, sabahımıza ötürdü.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2022.- 14 aprel.- S.1;5.