Genofondu məhv edən qidalar

 

 

Geni motifikasiya olunmuş məhsullar yenidaha təhlükəli xəstəliklər yaradır

 

 

 

Qida məhsullarının bahalaşması, ərzaq qıtlığı, təhlükəli qida məhsulları son illər qlobal problemlərdən biri hesab olunur. Eyni zamanda dünya əhalisinin sayının  çoxalması qeyri-bərabərliyin, aclıqdan əziyyət çəkən insanların artımına səbəb olur.

Müasir dövrdə və gələcək problemləri nəzərə alaraq ərzaq çatışmazlığının qarşısının alınması üçün alimlər tərəfindən irəli sürülən təklif biotexnoloji metodlardan istifadə edərək genetik modifikasiya olunmuş məhsulların (GMO) istehsalından ibarətdir.  Odur ki, son illərdə geni dəyişdirilmiş orqanizmlərin (GDO) sürətlə artdığı, yediyimiz qidaların əksəriyyətinin  GDO olduğu qeyd olunur.  Belə məhsulların yetişdirilməsi təbii məhsullardan daha ucuz başa gəldiyi üçün bu üsullara əl atılır. Geni modifikasiya olunmuş orqanizmlərin ətraf mühitin mənfi təsirlərinə davamlı, məhsuldar, xəstəliklərə, həşəratlara qarşı güclü olduğu qeyd olunur.

Bununla belə, GMO-lu məhsullara yanaşma birmənalı qarşılanmır. Belə məhsulların insan orqanizmində müxtəlif fəsadlara yol açdığı, zamanla müxtəlif xəstəlikləri meydana çıxardığı qeyd edilir. Hazırda insanlarda müəyyən xəstəliklərin sayındakı artımlar, yeni xəstəliklərin meydana çıxması qəbul etdiyimiz qidalarla daha çox əlaqələndirilir.

 

 

 

GMO-lu kənd təsərrüfatı bitki materiallarının ölkəyə idxalı qadağandır

 

 

 

Hazırda qanunvericiliyə əsasən, Azərbaycan Respublikasında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnolojigen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalı, dövriyyəsi, rayonlaşdırılması, ölkəyə gətirilməsi, dövlət reyestrinə daxil edilməsi qadağandır.

Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya uyğun aşkarlanır, bu bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasına idxal olunan bütün genetik materialların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmaması yoxlanılır və genetik modifikasiya olunmuş materialların hərəkətinə qanuna uyğun qaydada icazə verilmir.

 

 

 

Yeni qanun layihəsi nəyi nəzərdə tutur?

 

 

 

Milli Məclisdə müzakirələri davam edən "Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsinə əsasən genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına dair yeni tələblər müəyyən edilir.

 

Layihədə bildirilir ki, Azərbaycan Respublikası ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olanya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olanya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan sonra icazə verilir.

Bu qanunun 25.8-ci maddəsində nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçməmiş yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olanya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olanya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalı, emalı və dövriyyəsi qadağandır.

Layihəyə əsasən, ölkə ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olanya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olanya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının ilkin istehsalı qadağandır. Genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsullarının qeydiyyata alınması üçün həyat və sağlamlığa zərərli olmamalı, istehlak xüsusiyyətləri ilə bağlı istifadəçiləri aldatmamalı, heyvanların normal qidalanması üçün əvəz etdiyi məhsullardakı zəruri inqrediyentlərə malik olmalıdır.

 

 

 

Genofondumuz risk altındadır

 

 

 

Qida üzrə mütəxəssis Ağa Salamov qəzetimizə açıqlamasında bildirir ki, genlərimiz yediyimiz qidalardan təsirlənir. Bu da xromosomlara təsir edir, çünki xromosomlarda da gen sayları az deyil. Gələcəkdə isə insanların mutasiyaya, yəni ürək qüsurlu, şəkərli diabet, xərçəng şişi ilə doğulmasına səbəb ola bilər.

 

İnsan doğulduğu mühitdə bitən orqanizmləri istehlak etməlidir. Mütəxəssis qeyd edir ki, bədənin bəzi fundamental proseslərini modelləşdirmək üçün maya üzərində aparılan tədqiqatlar genlərimizin fəaliyyətinin maddələr mübadiləmizə təsir etdiyi kimi,  bunun əksinin də mümkün olduğu, yəni hüceyrələr üçün mövcud olan qidaların da genlərimizə təsir etdiyini göstərir. Həkimin sözlərinə görə, bir çox hallarda təsirlərin gücündən hüceyrələrin metabolik profilinin dəyişdirilməsi onun bəzi genlərinin tamamilə fərqli şəkildə davranmasına səbəb olur: "Genləri aktiv etmək, söndürmək açar rolunu oynayan DNT-yə birləşdirilmiş kiçik molekullar tərəfindən tənzimlənir. Belə nəticəyə gəlirik ki, genlərimizi aktivləşdirə və passivləşdirə bilərik. Məsələn, biz Afrikadan gətirilmiş, geni dəyişdirilmiş bananı yeyiriksə, demək bizim orqanizmimizdə bananın geni aktivləşir. Biz yerli məhsuldan imtina ediriksə, həmən yerli məhsulun gen kodunu passivləşdiririk, yəni söndürürük. Onun əvəzinə hibrid adı ilə maskalanmış GMO olan, xarici ölkədən gətirilən məhsulu qəbul edirik. Bu da mutasiyaya səbəb olur, çünki biz onu genlərimizdə aktivləşdiririk".

 

 

 

Hibrid məhsulların da idxalı dayandırılmalıdır

 

 

 

Həkimin sözlərinə görə, belə qidaların gələcəkdə hansı fəsadlara yol açacağı bilinmir. Hesablamalara əsasən, mutasiyalar şəkər xəstəliklərini çoxaldır: "Körpələrin hansı xəstəliklərlə dünyaya gələcəyi və ya insanları hansı fəsadların gözlədiyi ilə bağlı heç kim sığortalanmayıb. O məhsullara zəmanət verilmir. Elmi araşdırmalar da göstərir ki, hər bir insan öz coğrafiyasında bitən orqanik məhsulları istehlak etməlidir. Yaxşı olar ki, orqanik məhsullara üstünlük verilsin, çünki GMO birbaşa genofondumuzu məhv edir. Belə qidaların xromosomlarda olan genlərə təsirini elmsübut edir".

 

Həkim deyir ki, dövlətlər artıq öz məhsulunu digər ölkələrə satmaqya digər ölkədən məhsul almaq istəmir, sanki ayılıblar. Yeni qanun layihəsinə görə, AQTA tərəfindən ölkəyə  GMO yemlər gətirilməsi düşünülür. GMO yemi yeyən heyvanın əti ilə qidalanan insanın xromosomlarına hansı təsir edəcəyinə, onların dünyaya gətirdiyi uşaqların da mutasiyaya uğrayıb hər hansı xəstəliklə doğulmayacağına kim zəmanət verə bilər?

 

Ümumiyyətlə, həkimlər hesab edirlər ki, kənardan gələn heç bir məhsulun faydası yoxdur. Azərbaycan coğrafiyasında bitən, yetişdirilən məhsullarla qidalanmaq lazımdır. Kənardan GMO-nun idxalı, yem belə olsa qadağan edilməlidir. GMO ilə yanaşı, hibrid məhsulların da idxalı dayandırılmalıdır.

 

Kembric Universitetində və Londondakı Francis Crick İnstitutunda professor Markus Ralserin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu hüceyrənin ən əsas funksionallığında maddələr mübadiləsinin rolunu araşdırıblar. Maya hüceyrələrindən istifadə edərək aparılan araşdırmada mühüm metabolitlərin - metabolik reaksiyaların məhsullarının səviyyələrini manipulyasiya edərək bunun genlər və onların istehsal etdikləri molekulların davranışına necə təsir etdiyi öyrənilib. Demək olar ki, on gendən doqquzu və onların məhsulları hüceyrə metabolizmindəki dəyişikliklərdən təsirlənib. Maya böyükmiqyaslı təcrübələr üçün ideal model orqanizmdir, onun manipulyasiyası heyvan modellərinə nisbətən daha asandır, lakin onun bir çox mühüm genləri və əsas hüceyrə mexanizmləri heyvaninsanlarda olanlarla eyniya çox oxşardır.

 

M.Ralser izah edir ki, hüceyrə metabolizmi hüceyrələrdə əvvəllər düşündüyümüzdən daha dinamik rol oynayır. Hüceyrənin demək olar ki, bütün genləri onların əldə edə bildikləri qida maddələrindəki dəyişikliklərdən təsirlənir. Əslində, bir çox hallarda təsirlər o qədər güclü olur ki, hüceyrənin metabolik profilinin dəyişdirilməsi onun bəzi genlərinin tamamilə fərqli şəkildə davranmasına səbəb olur.

 

Ağa Salamov deyir ki, Azərbaycan qanunvericiliyinə görə, GMO məhsulların ölkəyə idxalı birmənalı olaraq qadağandır, amma biz hibrid məhsullar adı altında GMO məhsulların satışına rast gəlirik. Başqa ölkədən gələn limon, xiyar, pomidor  kimi bir çox meyvə və tərəvəzlər genofondumuzu məhv edir. Bu məhsullar yığışdırılmalı, bizim əkin sahələrimizdə əkilib becərilənlər satışa çıxarılmalıdır. Bu iqtisadi tərəfdən də ölkəyə xeyirdir, valyutamız ölkədə qalar.  Xaricdən gələn məhsullar valyutamızın ölkədən axınına səbəb olur. GMO məhsulların sayı çoxdur. Heyvan yemlərində də GMO məhsullara rast gəlinir. Hibrid adı altında yemləri heyvanlara verirlər, bu da geni dəyişdirilmiş bitkilərlə heyvanları yemləməkdir.  Həmin qidaların qəbulu heyvanlar vasitəsilə insanlara zərər verir.

 

 

 

GMO-nun lobbiçiliyini aparanlar var

 

 

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qəzetimizə bildirib ki, genetik modifikasiya olunmuş orqanizmlərin  ölkəyə idxalının məhdudlaşdırılması və qadağan edilməsi barədə ölkə Prezidentinin çox əhəmiyyətli qərarları və fərmanları var. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ərəfəsində "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanun qəbul olundu. Həmin qanunda qeyd olunur ki, GMO elementləri olan mallar ekoloji  təmiz mallar hesab olunmur. Həmçinin ekoloji təmiz olmayan GMO malların markalanması da qanunda əksini tapıb. Eləcə Azərbaycan GMO-nun məhdudlaşdırılması istifadəsinə  dair 153 ölkənin qoşulduğu  "Kartagen protokulu"nu  ratifikasiya  edib. GMO istehsalçısı olan dünyada həqiqət, düzlükdən, ekologiyadan danışan ABŞ isə bu protokulu imzalamayıb.

 

Eyyub Hüseynov qeyd edir ki, Azərbaycan həm ətraf mühitin mühafizəsi sahəsində BMT-nin "Bioloji müxtəliflik haqqında" Konvensiyasına qoşulub.  Bütün bunlar onu göstərir ki, dövlət, ölkə Prezidenti səviyyəsində GMO-nun məhdudlaşdırılması üçün ciddi tapşırıqlar var. Lakin bununla belə, Azərbaycanda bir çox ölkələrdə olduğu kimi, GMO-nun lobbiçiliyini aparanlar var. AİB 12 il əvvəl Avropa İttifaqının maliyyələşdirdiyi 7 ölkədə keçirilən GMO-nun məhdudlaşdırılmasına dair dünyada gedən işlərlə bağlı layihənin Azərbaycan nümayəndəsi olub: "GMO qidalar insan üçün zərərlidir. Elmi təcrübələr göstərir ki, belə məhsullar nəsilartırma qabiliyyətini azaldır, xəstəliklərin artmasına səbəb olur. Lakin türkiyəli alimin dediyi kimi, dünyanı aldatmaq üçün pula satılmış 20 alim tapmaq kifayətdir".

 

AİB sədri bildirir ki, GMO tərəfdarı olan alimlər var. Onun sözlərinə görə, geni dəyişdirilmiş orqanizm istehsalçıları özlərinə haqq qazandırmaq üçün iki tezislə çıxış edirlər. Birincisi, bəşəriyyəti aclıqdan xilas etdiklərini deyirlər, ikincisi isə genetik modifikasiya olunmuş orqanizmlərin hibrid olduğunu bildirirlər. Yəni hibrid adı altında bir çox ölkələrdən GMO yayılır: "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış etmiş Milli Məclisin komitə sədri Siyavuş Novruzovun fikirləri ilə tam razıyam. O, açıq şəkildə dedi ki, ölkədə GMO  əkinçiliyi var, ölkəyə geni modifikasiya olunmuş bitki toxumlar gətirilir, çünki ölkədə neçə ildir soya əkinçiliyi var".

 

 

 

AQTA Prezidentin imzaladığı fərmanlara uyğun qurmalıdır

 

 

 

Eyyub Hüseynov hesab edir ki, ölkəyə gətirilən GMO məhsulların calaq və digər texnologiyalarla əldə olunmuş hibrid adı altında ölkəyə idxal olunur. Amerikanın böyük qida istehsalçısı "Monsanto" şirkətinin istehsal etdiyi və Azərbaycanda satılan "Raund-up" herbisidi var.

 

Bu herbisid GMO bitkiləri alaq otlarından müdafiə etmək üçün istifadə olunur. Əgər bu herbisid Azərbaycanda satılırsa, bu o deməkdir ki, ölkədə GMO əkinçiliyi də var: "Dənizin duzlu olduğunu bilmək üçün onun suyunun hamısını içməyə ehtiyac yoxdur. AQTA tələb  edir ki, biz dəniz suyunu içək, ondan sonra bunu sübut edək. İctimai Şuranın  iclasında tələb etdilər ki, "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin 13.1 maddəsində nəzərdə tutulan - heyvanlar genetik modifikasiya olunmuş  orqanizmlərlə yemlənərsə, onların insanlara zərər yetirə bildiyini sübut edər. AQTA  hər vəchlə isbat etməyə çalışır ki, heyvanlara  GMO yemləri yedizdirilərsə, onların insana heç bir zərəri olmaz. Bu, doğru mövqe deyil. AQTA cənab Prezidentin GMO-nun məhdudlaşdırılmasına dair verdiyi, Azərbaycanın flora və faunasını qoruyan, istehlakçıların həyatını təhlükədən xilas edən fərmanlara uyğun qurmalıdır. Əgər bu qanun layihəsi qəbul olunarsa, o zaman qanuna genetik modifikasiya olunmuş  orqanizmlərlə yemləndirilən heyvan və quşların südündən, ətindən alınan mal olduğunun məhsulun üzərinə yazılması ilə bağlı maddə əlavə olunmalıdır. Qeyd olunmalıdır ki, bu, təsərrüfat GMO yemçiliklə təchiz olunub. Qoy, istehlakçının seçim hüququ olsun".

 

E.Hüseynovun sözlərinə görə, qanun layihəsində yalnız heyvan yemlərinin  idxalından söhbət gedir, lakin ölkədə toxumdan cücərti verməyən qarpız, soğan əkilir. ABŞ istehsalı olan "amerikanka" qarpızı Azərbaycanda neçə ildir ki, yetişdirilir, istiyə və soyuğa davamlı, bol məhsul verən, həşəratlara qarşı davamlıdır. Onun toxumunun 1 kiloqramı 3 min manatdır. Yəni toxum sənayesi ABŞ şirkətinin əlində cəmlənir: "Biz ölkədə olan fauna, floranın qorunmasının və Azərbaycanın qədim bitkilərinin hamısının yetişdirilməsinin tərəfdarıyıq. AQTA-da olan laboratoriya isə partizan ya balıq kimi susur".

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 14 aprel.- S.5.