Özünüməşğulluq özünə geniş yer alır

 

 

Prezidentin tapşırığı ilə bu proqramın icrası zamanı şəhid ailələrinə və qazilərə üstünlük verilir

 

 

 

Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi  daim diqqət mərkəzində  olan məsələdir. Bu, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin, eləcə də həyata keçirilən  sosial islahatların ayrılmaz hissəsini təşkil edir. Əmək qabiliyyətli insanların işlə təmin edilməsi üçün yeni yollar axtarılır, məşğulluğun yeni formaları tapılır, bu məqsədlə  daxili ehtiyat mənbələrindən geniş istifadə olunur.

Son illərdə vətəndaşların işlə təmin olunması istiqamətində atılan önəmli addımlardan biri də  özünüməşğulluqdur. Təqdirəlayiq haldır ki, özünüməşğulluq proqramı həyata keçirilərkən şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə üstünlük verilir. Bu, cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də qeyd edilib. Onların  məşğulluğuna dəstək tədbirlərindən bəhs olunarkən həmin məsələ bir daha vurğulanıb.  Belə ki, işlə təmin edilən şəhid ailəsi üzvləri və müharibə əlillərinin  50 faizi məhz məşğulluğun bu formasına cəlb olunub: "Bu çərçivədə 11 min şəhid ailəsi üzvü və müharibə əlilinə məşğulluq tədbirləri görülmüşdür. Onların yarısı özünüməşğulluq proqramlarına cəlb edilmişbu çərçivədə onlara kiçik ailə təsərrüfatının qurulması imkanı yaradılmışdır. Digər bir istiqamət isə işədüzəltmə, münasib işlə təminetmə proqramı olmuşdur ki, burada da məşğulluq marafonu çərçivəsində, xüsusilə sahibkarlarımızın bu proqrama aktiv qoşulması nəticəsində yaradılmış vakansiyalara iki mindən artıq şəhid ailəsi üzvü və müharibə əlilləri cəlb edilmişdir".

Azərbaycan Respublikasının "Məşğulluq haqqında" qanununda  qeyd olunduğu kimi, özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir. Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Bu proqram  Prezidentin 7 aprel 2016-cı il tarixli  "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" sərəncamına əsasən  həyata keçirilir. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaqya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq istehsalya xidmət avadanlıqları ilə təmin olunur.  Bu, dövlət özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.

 

Özünüməşğulluq  vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə. Bu proqram insanların dolanışığını yaxşılaşdırmaqla yanaşı, iqtisadi inkişafa təkan verir.

 

Özünüməşğulluq proqramı həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Çünki bu proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində paralel nəticələrin əldə edilməsinə imkan yaradır. Ümumilikdə isə özünüməşğulluq proqramının üstün tərəfləri çoxdur və onları  qruplaşdırmaq olar.

 

Beləliklə, özünüməşğulluq  ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasına xidmət edir. O, eyni zamanda mikrokiçik sahibkarlığı inkişaf etdirir. Nəticədə yeni yerləri yaradılır və işsizliyin  səviyyəsi azaldılır. İctimai vəsaitlərin (dövlət vəsaitləri) xərclənməsində səmərəlilik artır. Yoxsulluq səviyyəsi enir. İqtisadiyyatın  inklüzivliliyi  güclənir.

 

Özünüməşğulluğun təşkili tədbirinin həyata keçirilməsinin əsas məqsədi əhalinin sosial cəhətdən həssas təbəqəsinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi üçün ənənəvi "passiv" siyasət tədbirlərindən (müavinət  və yardımların verilməsi)  "aktiv" siyasət tədbirlərinə (sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında məşğulluğunun, o cümlədən özünüməşğulluğun təmin olunmasına dəstək) keçiddir.

 

Özünüməşğulluq  fəaliyyəti biznesin başlanması üçün istək, minimum bacarıqlar və biznes haqqında təsəvvürü olan əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsidir. Məşğulluğun bu forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə işsiz kimi qeydiyyata alınmış şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçirilir.

 

Tədbirlər bir neçə mərhələdən ibarət olur. Bunlar özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsini, əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsini əhatə edir. Özünüməşğulluğun təşkili üçün biznes planın hazırlanmasına kömək göstərilməsi, şəxslərə təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə əmlakın bir il müddətinə müqavilə əsasında verilməsi və s. növbəti mərhələlərdir.

Özünüməşğulluğun təşkili zamanı şəhid ailəsi üzvləri və qazilərlə yanaşı, ünvanlı dövlət sosial yardımı alan, eləcə də  əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz insanlara üstünlük verilir.

2021-ci ildə 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur. Ümumilikdə son 4 ildə və cari ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin təqdim edilməsi prosesi davam edir. Bu ilin əvvəlindən proqram çərçivəsində daha 2300-ə yaxın işsizişaxtaran şəxsə malmateriallar formasında aktivlər təqdim edilməklə onlar üçün kiçik bizneslər yaradılıb. Həmin vətəndaşların mühüm hissəsini şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları təşkil edirlər. Son aylarda daha 300-ə yaxın şəhid ailəsi və qaziyə malmateriallar formasında aktivlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar.

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Bir sözlə, Azərbaycanda əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Bunların da mühüm bir hissəsini yeni yerlərinin açılması, o cümlədən özünüməşğulluq təşkil edir.

 

 Flora SADIQLI,

Azərbaycan.-2022.- 14 aprel.- S.6.