Şəhid ailələrinin
qayğıları qarşılanır
44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Sahib Həsənovun atası Azər Həsənov ürəyin arxa divarının kəskin miokard infarktı diaqnozu ilə Gəncə Şəhər Kardioloji Xəstəxanaya yerləşdirilmişdir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xəstəxanada şəhidin atasını ziyarət etmiş, onun vəziyyəti ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, Azər Həsənova ilkin tibbi yardım göstərildikdən sonra o, bütün müalicə və müayinələrdən keçirilmişdir. Hazırda xəstənin səhhəti qənaətbəxşdir.
Qeyd edək ki, Sahib Həsənov 7 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin sərəncamları ilə o, ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.
Sabir
ƏLİYEV,
Azərbaycan.-2022.- 14 aprel.- S.7.