"Azərbaycan Respublikası
Hökuməti ilə Gürcüstan Hökuməti
arasında standartlaşdırma, metrologiya və
uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq
haqqında" Sazişin təsdiq edilməsi və "Azərbaycan
Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti
arasında standartlaşdırma, metrologiya və
sertifikatlaşdırma sahəsində əməkdaşlıq
haqqında Sazişin təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun ləğv edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1. "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında" 2021-ci il sentyabrın 29-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2.
"Azərbaycan Respublikası Hökuməti ilə
Gürcüstan Hökuməti arasında
standartlaşdırma, metrologiya və sertifikatlaşdırma
sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq
edilməsi barədə" Azərbaycan Respublikasının
1997-ci il 15 aprel tarixli 268-IQ nömrəli Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹5, maddə 367) ləğv
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
5 aprel 2022-ci il
Azərbaycan.-2022.- 15 aprel.- S.3.