"Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası Katibliyinin maliyyə
qaydaları haqqında Sazişə üzv dövlətlərin
məcburi ödənişlərinin həcmi ilə
bağlı Protokol"un təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Türk
Dövlətləri Təşkilatının Xarici İşlər
Nazirləri Şurasının İstanbul şəhərində
keçirilmiş 2021-ci il 11 noyabr tarixli iclasında imzalanmış
"Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası Katibliyinin maliyyə qaydaları haqqında
Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin
həcmi ilə bağlı Protokol" təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 aprel
2022-ci il
Azərbaycan.-2022.- 15 aprel.- S.3.