Süni qiymət artımı, yoxsa qlobal bazarda böhran

 

 

Dünyada ərzaq məhsullarının bahalaşması daxili qiymətlərə də təsirsiz ötüşmür

 

 

 

"Hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay bundan əvvəl başlayıb. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur hiss olunacaq. İndiki şəraitdə ərzaq qiymətlərinin qalxması süni qiymət artımının qarşısının alınması məsələləri, hesab edirəm ki, ən vacib məsələlərdən biridir".

Bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı son aylarda qiymət artımının baş verməsinə xüsusi olaraq toxunan Prezident İlham Əliyev həm bəzi məsələlərə aydınlıq gətirdi, həm ərzaq ehtiyatının yaradılması, süni qiymət artımının qarşısının alınması ilə bağlı ciddi tapşırıqlar verdi. Son üç ayda inflyasiyanın 18 faizə qalxdığını xatırladan dövlət başçısı bunu yüksək rəqəm adlandırdı.

Lakin bəllidir ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə təsirsiz ötüşmür. Prezidentin söylədiyi kimi, belə hadisələrdə, geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar heç bir əsas olmadan qiymətləri artırırlar. Ona görə dövlət başçısı süni qiymət artımının qarşısının alınması ilə bağlı aidiyyəti qurumlara ciddi tədbirlərin görülməsini tapşırdı.

Bəs görəsən, hazırda qiymət artımının qarşısının alınması üçün hansı işlər görülür, bu prosesin qarşısını necə almaq mümkündür?

 

 

 

Süni qiymət artımı ilə bağlı monitorinqlərin gücləndirilməsinə ehtiyac var

 

 

 

Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə bildirdi ki, 2022-ci ilin birinci rübü üçün ən prioritet məsələlərdən biri qiymət artımına qarşı mübarizə antiinflyasiya tədbirlərinin gücləndirilməsi olub. Dünyada, eləcə region bazarında qiymət artımı müşahidə olunur. Bu da idxalın inflyasiyasının aktivləşməsinə gətirib çıxarır. Dövlət Statistika Komitəsinin elan etdiyi rəqəmlərdə inflyasiya səviyyəsinin birinci rüb üçün ikirəqəmli olduğu görünür.

Deputatın fikrincə, istehlak bazarında aparılan monitorinqlər göstərir ki, qiymətlərin süni şəkildə artırılması tendensiyası bu ilin birinci rübündə baş verib. Buna görə süni qiymət artımına qarşı ciddi mübarizə aparılmalı bu, antiinflyasiya tədbirlərinin əsas elementlərindən birinə çevrilməlidir. Bir tərəfdən sahibkarların təşviq edilməsi ilə bağlı yeni mexanizmlərin tətbiqinə başlanılıb, digər tərəfdən kənd təsərrüfatında istehsalın, emalın güzəştli kreditlər vasitəsilə maliyyələşdirilməsi, eyni zamanda həmin məhsulların emalı ilə bağlı verilən kredit subsidiyaların faizinin bir hissəsinin dövlət tərəfindən ödənilməsi ilə bağlı qərar qəbul edilib. Bu da xərcin azaldılması baxımından vacibdir. Bu sahədə dövlət dəstəyi artırılır, məqsəd istehlak bazarında stabilliyin qorunub saxlanılması, qlobal bazarda baş verən qiymət artımlarının ölkədəki qiymət artımına təsirlərini minimallaşdırmaqdan ibarətdir.

 

Vüqar Bayramov deyir ki, sahibkarlar tərəfindən korporativ sosial məsuliyyətin nümayiş etdirilməsi süni qiymət artımlarına gedilməməsi çox vacibdir. Bu istiqamətdə monitorinqlər gücləndirilməlidir ki, sahibkarlar süni şəkildə qiymət artımı həyata keçirə bilməsinlər.

 

 

 

İşğaldan azad edilmiş torpaqların becərilməsi ərzaq təhlükəsizliyimizin təmininə töhfə verəcək

 

 

 

Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov da hazırda bir çox ölkələrdə ərzaq məhsullarının qiymətində artım müşahidə olunduğunu söyləyir.

 

Qəzetimizə açıqlamasında deputat qeyd edir ki, Azərbaycanda qiymət artımı kəskin deyil, bununla belə bu fakt var: "Elə ərzaq məhsulları var ki, digər ölkələrdən gətirilir, buna görə qiymət idxal olunur. İxrac edən ölkə məhsulu hansı qiymətə satırsa, biz ən zəruri ərzaq məhsullarını o qiymətə almağa məcburuq".

 

Deputat bildirir ki, taxıl taxıl məhsullarının qiymətində artım var. Bu, həm qlobal istiləşmə ilə bağlıdır. Digər tərəfdən Ukrayna Rusiya arasında gedən müharibə bu proseslərə təsirini göstərir. Dövlət tərəfindən bunun qarşısının alınması, ərzaq ehtiyatının artırılması, eləcə daxili bazarda qiymətlərin yüksək həddə qalxmaması istiqamətində müvafiq addımlar atılır. Bu addımlardan biri subsidiyaların verilməsidir. Taxıl taxıl məhsullarının satışı 2024-cü ilə qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Digər tərəfdən hər ton taxıl üçün subsidiyanın məbləği artırılıb.

 

Aydın Hüseynov bildirir ki, belə proseslərdə möhtəkirlik, sui-istifadə halları həmişə olur. Buna görə tez-tez monitorinqlər aparılır, belə halların qarşısının alınması üçün inzibati tədbirlər həyata keçirilir. Bunlar dövlətin həyata keçirdiyi tədbirlərdir. Bu məsələdə ictimaiyyət fəal olmalıdır.

 

Deputatın fikrincə, ölkə rəhbəri ərzaq, xüsusilə taxıl ehtiyatının artırılması ilə bağlı tapşırıq verib əkin sahələrinin artırılması, eləcə Qarabağda yeni torpaq sahələrinin becərilməsi istiqamətində görülən tədbirlər ərzaq təhlükəsizliyini, eyni zamanda qiymətlərin tənzimlənməsini təmin edəcək.

 

 

 

Məhsulun ilkin qiyməti ilə bazar qiyməti arasında 100 faizlik fərq var

 

 

 

İqtisadçı ekspert Eldəniz Əmirov isə deyir ki, hazırda bazarda müşahidə edilən qiymətlərin yüksəlməsi süni qiymət artımı ilə əlaqədar deyil. Təbii ki, süni qiymət artımlarının da burada rolu var. Bu, daxili istehsalın maya dəyərinin daha yuxarı olması, idxaldan asılılıq, qlobal inflyasiyadır.

 

Onun fikrincə, Rusiya-Ukrayna müharibəsi fonunda yaranmış iqtisadi problemlər bazarlarda müşahidə edilən ciddi qiymət artımına gətirib çıxarıb. Süni qiymət artımının səviyyəsi də bazarlarda qiymətlərin daha yuxarı qalxmasına təsir edir. Hazırkı vəziyyətdə fermerlərin becərdikləri məhsula qoyduqları qiymətlə həmin məhsulun marketlərdə satış qiyməti arasında 100 faiz ətrafında fərq var. Fermer tərəfindən 1 manata satılan məhsul marketlərdə 2 manatadaha yüksək qiymətə satılır.

 

Ekspert bildirir ki, Avropada bu fərq adətən 30-55 faiz arasında müşahidə olunur. Azərbaycanda 100 faizlik fərqin yaranmasının səbəbləri sırasında bir neçə amil rol oynayır. Bunlardan ən başlıcası topdan satış yerlərində müəyyən edilmiş qiymətlərin olmasıdır. Məhsulun istehsalçısı da, alıcısı da çoxdur, amma topdan satış yerləri bir o qədər də çox deyil. Yəni normal rəqabət mühitinin olmadığını müşahidə edirik. Bu da qiymətin təyin olunması məsələsini gündəmə gətirir. Məhz son istehlakçı və fermer arasındakı vasitəçilərin davranışlarından dolayı qiymət artımları müşahidə edilir. Həm topdan satış yerlərinin rəqabət aparacaq qədər çox olmaması, həm də məhsulun fermerdən istehlakçıya çatmasına qədər bəzi subyektin iştirakı sonda məhsulun baha olmasına gətirib çıxarır. Bunu da süni qiymət artımı kimi ifadə edirik.

 

 

 

Rəqabət məcəlləsinin qəbulu süni qiymət artımının qarşısını alacaq

 

 

 

Eldəniz Əmirov hesab edir ki, Milli Məclisdə Rəqabət məcəlləsinin qəbul olunması bu süni qiymət artımına və digər bu kimi məsələlərə təsirini göstərəcək.

 

Onun fikrincə, qiymət artımlarının daha silsilə şəkil almaması üçün ölkənin 68 şəhər və rayonunda vaxtaşırı monitorinqlər həyata keçirilir və ölkə rəhbərliyinə bu haqda məruzə olunur. Bir müddət əvvəl antiinflayasiya tədbirləri çərçivəsində verilmiş qərar və qoyulmuş tapşırıqlardan biribu idi.

 

Prezident hər zaman olduğu kimi, yenə də əhalini narahat edən məsələni gündəmə gətirərək süni qiymət artımının qarşısının alınması istiqamətində ciddi tapşırıqlarını verdi. İnanırıq ki, yaxın günlərdə bu məsələ ilə bağlı vəziyyət öyrəniləcək və dövlət Prezidentin verdiyi tapşırıqlar üzrə bu istiqamətdə lazımi tədbirləri görəcək.

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 15 aprel.- S.4.